Şəkillərdə: Şimali Koreya 70 illiyini qeyd edir

Şəklin mənbəyi, Getty Images
Şimali Koreya Xalq Cümhuriyyətinin yaranmasının 70 illiyi böyük hərbi paradla qeyd olunub.
Tədbirdə sadə xalqdan xüsusi seçilən və çox çətin məşqlərlə hazırlaşan on minlərlə insan iştirak edib.
Şəklin mənbəyi, Getty Images
Paradda Kim Jong-un-un çıxış edib-etməməsi haqda məlumat verilmir.
Şəklin mənbəyi, AFP
Ölkədəki bu cür nümayişlər xalqın ölkələrinə sadəqətini və qürur hissini göstərmək üçün vasitə rolunu oynayır və buna görə də hakimiyyət tərəfindən çox vacib tədbir kimi qiymətləndirilir.
Şəklin mənbəyi, AFP/GETTY
Paradda iştirak edən hərbçilər hərbi məktəblərdən və ya fərqlənən hərbi hissələrdən seçilir.
Şəklin mənbəyi, Getty Images
Bəzi analitiklər deyirdi ki, cənab Kim ABŞ prezidenti Donald Trump-la keçirdiyi sammitdən sonra silah-sursat nümayişini "yumşaldacaq".
Şəklin mənbəyi, Getty Images
Bəzən paradda istedadlı müğənni, rəqqas və gimnastların da iştirak etdiyi görülür.
Şəklin mənbəyi, Getty Images
Paradda iştirak etmək üçün seçilən bütün iştirakçıları bir xüsusiyyət birləşdirir - Kim ailəsinə böyük sədaqətlə bağlı olmaqları.
Şəklin mənbəyi, Getty Images