Moldova prezidenti avtomobil qəzası keçirib

Şəklin mənbəyi, EPA
Moldova prezidenti İqor Dodon paytaxt Kişinyovun şimal-qərbində baş vermiş avtomobil qəzasında yaralanıb.
Yerli media yazır ki, qəza yük avtomobilinin Straseni şəhərinin yaxınlığında prezident korteji ilə toqquşması nəticəsində baş verib.
Prezident Dodon-un yüngül zədə aldığı deyilsə də, Moldova mediası prezidentin anasının vəziyyətinin ciddi olduğunu bildirir.
43 yaşlı prezident keçmiş Sovet Respublikasına 2016-cı ildən başçılıq edir.
Sosial mediada paylaşılan şəkillər avtomobilin yolun kənarına aşdığını göstərir.