Türkiyə Gülen təşklilatına üzvlüyə görə 102 nəfər barədə saxlanma qərarı verib

polis

Şəklin mənbəyi, AFP

İstanbul və Ankara Baş Prokurorluğu tərəfindən ayrı-ayrı aparılan araşdırmalarda ümumilikdə 102 nəfər haqda saxlanma qərarı verilib. Onlardan 84-ü hərbçidir.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu Fetullah Gülen təşkilatına üzv olmaq ittihamı ilə 89 nəfər haqqında saxlanma qərarı verib. Onlardan 71-i orduda qulluq edir.

Eyni zamanda Ankara Cümhuriyyət Baş Prokurorluğu da Türk Silahlı Qüvvələri daxilində Gülen təşkilatının üzvlərini müəyyənləşdirmək üçün apardığı araşdırma çərçivəsində 3-ü hazırda vəzifədə olan 13 minbaşı (mayor) haqqında saxlanma qərarı verib.

DHA-nın xəbərinə görə, vəzifəsindən uzaqlaşdırılan polkovnik E.G. İstanbulda Sabiha Gökçen hava limanından xaricə getmək istəyərkən saxlanıb.

İstanbuldakı əməliyyatda 48-i hərbçi olmaqla 56 nəfər saxlanıb.