Qadınla yemək yediyinə görə misirli kişi həbs olundu

videodan gorunus

Misirli kişinin Səudiyyə Ərəbistanında bir qadınla yemək yediyi video Twitter-də paylaşıldıqdan sonra həbs edilib.

Videoda Misir ləhcəsi ilə danışan bir kişinin üzünü örtən niqab geyinmiş və səudiyyəli olduğu güman edilən qadınla səhər yeməyi yediyi görülür.

Bu, Səudiyyə Ərəbistanında iş yerləri və ya McDonald's və Starbucks kimi kafelərdə ailələrin və tək kişilərin ayrı yerlərdə oturması qanununa ziddir.

Belə yerlərdə qadınlar tək kişilərdən ayrı oturmalıdırlar.

Bu ölkədə qadınlar bir çox işləri onların kişi qəyyumları olmadan edə bilməzlər. Bu qəyyumlar adətən ata və ya həyat yoldaşı, bəzi hallarda isə qardaş və ya oğullar olur.

Misirli kişi Səudiyyə Əmək və Sosial İnkişaf Nazirliyi tərəfindən həbs olunub.

O, "bir neçə qanunu pozmaqda və ancaq səudiyyəlilərin edə biləcəyi mövqedən hərəkət etməkdə" ittiham olunur.

Səudiyyə Ərəbistanından baxış

30 saniyəlik videoda qadın və kişi bir yerdə səhər yeməyi yemək haqda zarafatlar edir.

Lakin qarşı çıxılan əsas məsələ videonun sonunda qadının kişiyə yemək yedirməyə çalışmasıdır.

Ərəblərin bir çoxu sosial mediada həm qadını, həm də kişini tənqid edib, lakin onların böyük qismi kişinin əvəzinə niyə qadının həbs olunmadığını soruşur.

"Mən başa düşməyə çalışıram ki, niyə daim kişilər həbs olunur, qadınlar yox", - Malak adlı Twitter istifadəçisi yazıb. "Mən səudiyyəli qadınam və o qadının kişi ilə birgə cəzalanmasını istəyirəm. Gülmək, ictimai yerdə yemək yemək... sizin həddiniz haradadır?"

Bu barədə daha geniş