ABŞ-da qasırğa hazırlığı: 1 milyon adamın təxliyyəsi gözlənilir

qasırğa Fotonun müəllifi NOAA
Image caption Peyk çəkilişlərindən Florensiya qasırğasının gücləndiyi görünür

ABŞ güclü Florensa qasırğasına hazırlaşır. Bununla bağlı Cənubi Karolina əyalətinin sahil bölgələrində yaşayan 1 milyon adamın təxliyyə olunmasına qərar verilib.

Şimali Karolina və Virginiya bölgələrində də fövqəladə hal elan edilib.

Mütəxəssislərə görə, hal-hazırda 4-cü səviyyəyə çatan Florensa qasırğası sahilə yaxınlaşdıqca daha da güclənəcək. 4-cü səviyyədəki qasırğanın sürəti saatda 200 kilometrə qədər qalxır.

Florensa bazar ertəsi 2-ci səviyyədə idi.

Fotonun müəllifi Reuters
Image caption Beynəlxalq Kosmik Agentliyin astronavtı Ricky Arnold sentyabrın 6-da Florensanın formalaşmasını kosmosdan çəkib

Mütəxəssislərin proqnozu özünü doğrultsa, 1989-cu ildə Şimali Karolinanı vuran Hugo qasırğasından sonra bölgədən keçən ən güclü qasırğa olacaq.

Hugo qasırğası nəticəsində 7 milyard dollar ziyan dəymiş, 49 adam həyatını itirmişdi.

Florensa qasırğasının çərşənbə axşamı ABŞ sahillərinə çatması və bir gün boyunca eyni bölgədə qalması gözlənir.

Cənubi Karolinada bir milyon adamın təxliyyə olunması ilə bağlı işlər başlanacaq.

Supermarketlərdə su, batareya və pəncərələri bağlamaq üçün lazımi avadanlıqlar bir an içində tükənib.

Bu barədə daha geniş