Trump: "Kürdlər bizim üçün də ölüblər, bunu unutmayacağam"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Trump: "Kürdlər bizim üçün də ölüblər, bunu unutmayacağam"

ABŞ prezidenti Donald Trump New York-da keçirdiyi mətbuat konfransında Kurdistan TV müxbirinə "Çənab Kürd" deyərək müraciət edib və ona sual vermək haqqı verib. Trump ABŞ-ın kürdlərlə İŞİD-dən sonra münasibətləri necə olacağı barədə suala cavab verərkən deyib: "Kürdlər möhtəşəm insanlardır. Bizim üçün də ölüblər. Bunu unutmayacağam".

Sualı verən müxbir Rəhim Rəşidi sosial media hesablarından "Mən cənab Kürdəm və bundan çox qürur duyuram" mesajını paylaşıb.