Sunday Times: Moskvanın mümkün təcavüzünə Britaniya kiber-əməliyyatla cavab verə bilər

Cyber - keyboard - hands Fotonun müəllifi Getty Images

Britaniya hərbçiləri Rusiyanın mümkün təcavüzünə irimiqyaslı kiber-zərbə endirilməsi cavabını imitasiya edən hərbi təlim keçiriblər, Sunday Times Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.

Hərbçilərin fikrinə, genişmiqyaslı kiber-hücum Moskvanın elektrik enerjisi təchizatını kəsməlidir.

Qəzetin yazdığına görə, Moskvanın mümükün aqressiyasına cavab vermək üçün Britaniyanın nüvə silahından başqa qalan imkanları olduqca məhduddur.

Sunday Times-ın yazdığına görə, bu səbəbdən , o cümlədən, Moskvanın enerji təchizatını pozmaq imkanını əldə etmək məqsədilə də, kiber-əməliyyatların hücum potensialını artırmaq qərara alınıb.

Bu cür addımlar, Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istibadən qəzetin xəbər verdiyinə görə, aşağıdakı hallarda atılacaq:

  • Rusiya NATO-nun qətiyyətini yoxlamaq məqsədilə Baltikada Estoniyaya məxsus adaları ələ keçirərsə;
  • Qərbin neft təchizatını pozmaq və Avropaya yeni miqrasiya dalğasını yaratmaq üçün Rusiya Liviyaya soxularsa;
  • Britaniya hərbi qüvvələrinə Rusiya ordusu tərəfindən təhlükə yaranarsa.
Fotonun müəllifi PA
Image caption Britaniyanın yeni aviadşıyıcısı "Kraliça II Elizabeth" Atlantikada

"Ruslar bizim nüvə başlıqlı torpeda daşıyan hərbi gəmimizi batırsalar, bizim cavabımız necə olacaq? Onların sualtı gəmisinin məhv etmək və ya Kamçatkaya nüvə zərbəsi endirməkdən başqa bizm heç bir ara variantımız yoxdur", - qəzet Müdafiə Nazirliyinin yüksəkrütbəli məmurunun dediklərini iqtibas edib.

"Bu səbəbə görə kiber-əməliyyatların keçirilməsi əhəmiyyətlidir - dərhal hücuma keçib, Kremldə işıqları kəsib, Moskvaya anlatmaq olar ki, vəziyyəti gərginləşdirmək onun maraqlarına cavab vermir", - məmur bildirib.

Sunday Times-da dərc olunmuş məqalə Moskvanın qəzəbinə səbəb olub.

"Britaniyaya sual edilməli: orada kimin ağlı qaçıb? Britaniya rəsmilərinin terror hədəsi barədə yazan qəzetin, yoxsa terror hədəsi mənbəyi qismində qəzetin istinad etdiyi Britaniya siyasətçilərinin? Aydındır ki, onlar adekvatlıq böhranı yaşayırlar", - RIA Novosti Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovayanı iqtibas edir.

Qərb dəfələrlə Rusiyanı kiber-hücumlar keçirməkdə ittiham edib, Moskva isə ardıcıl olaraq həmin ittihamları rədd edir.

Bu barədə daha geniş