Kaşıkçı işi: Səudiyyədə konfrans Britaniya və ABŞ tərəfindən "boykot oluna bilər"

Demonstrators protest outside the Saudi embassy in Washington DC, 8 October 2018 Fotonun müəllifi AFP
Image caption Washington-da Səudiyyə səfirliyi qarşısında etiraz aksiyası - 8 oktyabr 2018

Səudiyyəli jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) yoxa çıxmasından sonra Britaniya və ABŞ Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan miqyaslı beynəlxalq konfransda iştirakdan imtina edə bilər, BBC-yə məlum olub.

Səudiyyə hökumətinin tənqidçisi jurnalist və yazar Kaşıkçı oktyabrın 2-də İstanbulda Səudiyyə konsulluğuna baş çəkəndən sonra yoxa çıxıb.

İstanbuldakı rəsmilər hesab edirlər ki, o, Səudiyyəli agentlər tərəfindən öldürülüb - Ər-Riyad bu iddiaları rədd edir və onları "yalan" adlandırır.

ABŞ prezidenti Donald Trump deyib ki, əgər jurnalistin yoxa çıxmasında Səudiyyənin əli olduğu təsdiqlənərsə, o, Səudiyyə Ərəbistanını cəzalandıracaq.

Kaşıkçı məsələsinə görə bir neçə sponsor və media qrupu da Ər-Riyadda bu ay keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməmək qəraraına gəlib.

Bu konfrans "Səhrada Davos Forumu" adı ilə də təbliğ olunur.

Bu tədbiri Səudiyyənin vəliəhdi Məhəmməd bin Salman keçirdiyi islahatları təbliq etmək üçün təşkil edir.

BBC-dən James Landale diplomatik mənbələrdən öyrənib ki, ABŞ Maliyyə naziri Steve Mnuchin və Britaniya Beynəlxalq Ticarət naziri Liam Fox-un həmin tədbirdə iştirakı sual altındadır.

Britaniyanın Beynəlxalq Ticarət Departamentinin sözçüsü deyib ki, Liam Fox-un gündəliyi konfransın təsadüf etdiyi həftə üçün hələ tərtib olunmayıb.

Kaşıkçının Səudiyyəli agentlər tərəfindən öldürüldüyü təsdiqlənərsə, ABŞ və Avropa diplomatları buna birgə bəyanatla reaksiya vermək planını nəzərdən keçirirlər.

Kaşıkçının nişanlısı Hatice Cengiz deyib ki, Camal öldürülübsə, bu zaman yalnız pisləyici bəyanatlar kifayət etməyəcək.

Fotonun müəllifi AFP
Image caption Hatice Cengiz: "Hər səhər ondan bir xəbər biləcəyim ümidilə oyanıram"

"Əgər Camalı biz artıq itirmişiksə, yalnız pisləmə kifayət etməyəcək ", - o, New York Times qəzetindəki məqaləsində yazıb.

"Onu həyatdan məhrum edənlər məsuliyyətə cəlb olunmalı və qanunun bütün sərtliyilə cəzalandırılmalıdırlar", - o deyib.

Prezident Trump deyib ki, Səudiyyənin Kaşıkçının ölümündə əli olduğu təsdiqlənərsə, sərt cəzalandırılacaq.

O, "bu hadisədən olduqca məyus və qəzəbli" olduğunu bildirib, lakin Səudiyyə ilə hərbi kontraktların icrasının dayandırılmasını istisna edib.

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Səudiyyə Ərəbistanının istintaqla hələlik əməkdaşlıq etmədyini bildirib, baxmayaraq ki, Səudiyyənin Daxili İşlər naziri şahzadə Əbduləziz bin Səud bin Naif bin Əbduləziz deyib ki, onun ölkəsi "həqiqətin müyyən olunmasını istəyir".

Çavuşoğlu Ər-Riiyadı Türkiyə rəsmilərinə İstanbuldakı Səudiyyə konsulluğuna daxil olmağa icazə verməyə çağırıb.

Səudiyyənin adı açıqlanmayan rəsmisinin sözlərini iqtibas edən dövlət SPA agentliyi yazıb ki, Səudiyyə Ərəbistanı yoxa çıxmış jurnalist Camal Kaşıkçı ilə bağlı siyasi və iqtisadi "hədələri" rədd edir.

"Krallıq təsdiqləyir ki, hər bir addıma daha təsirli addımla cavab verəcək. Səudiyyə iqtisadiyyatının qlobal iqtisadiyyat üçün həyati əhəmiyyəti var", - həmin mənbə bildirib.

Bu barədə daha geniş