İstiqamət hissinizin yaxşılaşdırılmasının 8 yolu

Fotonun müəllifi Getty Images
Image caption Xəritə və kompasla hər yeri tapmaq mümkündür.

A məntəqəsindən B-yə çatmaqda çətinlik çəkirsiniz? B əvəzinə gedib L, O, S və T-yə çıxırsınız?

Və ya tez-tez, "Mən azmamışam, sadəcə, oriyentasiyamı itirmişəm" təkrarlayırsınız?

Əgər elədirsə, neyrofizioloq Catherine Loveday-dən bu məsləhətlər sizə kömək edəcək.

1. Marşrutunuzu planlaşdırın

Fotonun müəllifi Getty Images
Image caption Tanımadığınız yerə yollanırsınız? Əvvəlcə virtual məkanda həmin yeri nəzərdən keçirin.

"Streetview" proqramına və fotolara baxmaq imkanınız varsa, təsəvvür edin ki, siz seçdiyiniz marşrutla hərəkət edirsiniz.

Hər bir döngəyə fikir verin, diqqət çəkən əlamətləri yadda saxlamağa çalışın ki, reallıqda həmin yolu keçəndə marşrutunuzu yada sala biləsiniz.

2. Həyəcanlanmayın

Fotonun müəllifi Getty Images
Image caption Həyacanlanıb, gücünüzü stressə sərf etməyin

Çalışın həyəcanlanmayın - həyəcan yükü sizin küçə tanımaq imkanlarınıza əlavə əngəl yaradacaq və düzgün istiqamət tapmaq qabiliyyətiniz zəiflədəcək.

Səyahət marşrutunuzu əvvəlcədən planlaşdırsanız, sizdə yarana bilən nigarançılıq hissini xeyli zəiflədə bilərsiniz.

3. Diqqətinizi cəmləşdirin

Fotonun müəllifi Getty Images
Image caption Marşrutu tapmaq heç də həmişə asan olmur

Telefonla danışmaq, mesaj göndərmək və ya başqa şey haqqında fikirləşmək də sizə mane ola bilər.

Tam konsentrasiya olmağa çalışın.

4. Tarixi yerləri tapın

Fotonun müəllifi Getty Images
Image caption Şəhərin mənzərəsi sizə tanışdırsa, həmin şəhərdə azmaq qorxusu daha zəif, düzgün yol tapmaq isə daha asan olur

Çalışın, tanış və ya seçilən yerləri qeyd edin və nəzərinizdən itirməyin.

Misal üçün, şəhərdə gəzirsinizsə, bu, ən hündür bina ola bilər.

Hər dəfə yolunuz boyu istiqaməti dəyişəndə həmin binanın harada qaldığını təyin etməyə çalışın - bu, sizə ərazinin xəritəsini xəyalən təsəvvür etməyə kömək edəcək.

5. Arxanıza da nəzər salın

Fotonun müəllifi Getty Images
Image caption Bu yeri mən yenidən tanıya biləcəyəmmi?

Çox vaxt insanlar yalnız qarşılarında gördüklərinə fikir verirlər, lakin arxaya da baxanlar daha yaxşı naviqator sayılmalıdırlar.

Bu cəhətin, xüsusilə, geri yolda sizə köməyi dəyə bilər.

6. Marşrutunuzu xatirələrinizlə əlaqələndirin

Fotonun müəllifi Getty Images
Image caption Keçdiyiniz yolları yadda saxlamağa çalışın - sonradan həmin xatirələr sizə yolu tapmaqda kömək edəcək

Siz geri dönəndə və ya nə vaxtsa keşdiyiniz yolu təkrar etməyə çalışında xatirələriniz köməyinizə gələ bilər.

Söhbətləşdiyiniz və ya nəğmə dinlədiyiniz yeri xatırlamaq, geri dönərkən və ya eyni marşrutla yenidən hərəkət edəndə sizin karınıza çata bilər.

7. Fotolar çəkin

Fotonun müəllifi Getty Images
Image caption Yolda çəkdiyiniz şəkillər geri dönəndə düzgün istiqamət seçməyə kömək edə bilər.

Əgər siz hansısa marşrutla təkrar hərəkət etməyi planlaşdırırsnıızsa, gözə dəyən yerlərdə şəkillər çəkin və sonra onları nəzərdən keçirin.

Təhlillər göstərib ki, düzgün istiqamətin tapılmasında fotoların videodan daha çox köməyi dəyir.

8. Keçdiyiniz yolu gözünüzün qabağına gətirin

Fotonun müəllifi Getty Images
Image caption Marşrutunuzun xəritəsini beyninizdə xəyalən cızın - bu, sizə səyahətini daha arxayın vəziyyətdə etməyə kömək edəcək.

Marşrutunuzu bitirkdən sonra, keçdiyiniz yolu təhlil edin, gözünüzün qabağına gətirin.

Bunu etməklə siz həmin marşrut barədə beyninizdə qalan informasiyanı yaddaşınızda cəmləşdirəcəksiniz.

Əgər bundan sonra da siz düzgün istiqamət tapmaqda çətinlik çəkəcəksinizsə, onda əlinizin altında həmişə olan smartfonunuzun GPS naviqasiyası tətbiqinə müraciət edin, amma onu da nəzərə alın ki, GPS-ə nə qədər çox bel bağlayarsansa, təbii yolla düzgün istiqamət tapmaq qabiliyyətiniz də o qədər zəifləyər.

Sizə yaxşı yol!

Bu barədə daha geniş