İngilis demokratiyasının yaranması: Azadlıqlar Xartiyası (Böyük olmayanı)

Дама и рыцарь Fotonun müəllifi DianaHirsch
Image caption Çoxsaylı romantik əfsanələrə rəğmən orta əsrlərdə gözəl xanımalrın taleyi həsədaparıcı olmayıb.

İngiltərəni tez-tez müasir demokratiyanın vətəni adlandırırlar. Necə oldu ki, əsrlər öncə ingilislər öz krallarının hakimiyyətini məhdudlaşdırmağı uğurla bacardılar?

BBC-nin Rus Xidmətində Yana Litvinova "İngilis demokratiyasının yaranması" adlı layihəsində Britaniyada konstitusiyalı monarxiyanın əsasını təşkil edən sənədlərdən söhbət açır.

Birinci hissə: Azadlıqlar xartiyası

Mütləq monarxiyadan demokratiyaya doğru yolda ilk addım Azadlıqlar Xartiyası oldu. Bu xartiyanı ingilis kralı I Henri (Henry) 1100-cü ildə öz baronları ilə razılaşdırıb.

Fotonun müəllifi Getty Images
Image caption I Vilhelm Fateh oğulları ilə.

Henry I Vilhelm Fatehin dördüncü və ən kiçik oğlu idi - yəni taxt-taca çıxmaq şansları onda, demək olar kı, olmayıb.

Ola bilsin ki, məhz bu səbəbdəndir ki, o gənclik illərini kitab oxumağa həsr edib. Nəticədə, o nəinki oxumağı və latınca yazmağı, eyni zamanda, ingilis qanunlarını və dəqiq elmləri də yaxşı bilib. O dövrün aristokratı üçün belə bilklərə malik olmaq görünməmiş bir iş idi.

Atası Henridən ona miras qalan gümüş pulun dəyəri 5000 funt olub - heç bir torpaq mülkiyyəti onun payına düşməyib.

Gələcək kral, ilk olaraq, ona düşən pulun 3 minini qardışı Robertdən Normandiyada yerləşən Cotentin yarımadasının alınmasına xərcləyib.

İndi bu bölgədə Fransanın Cherbourg şəhəri yerləşir. Henry-nin böyük qardaşı Robert-in yalnız torpaq mülkiyyətinin olması və pulsuzluğu bu sövdələşmənin baş tutmasına imkan verib.

Fotonun müəllifi HARTLEPOOLMARINA2014
Image caption I Vilhelm Fatehin birinci oğlu Robertin qəbri. O, Səlib yürüşünə yollandıqdan sonra taxt-tacı Henry ələ keçirib.

Bu ərəfədə Henrini ingilis taxt-tacından cəmi iki qardaşı ayırırdı: I Vilhelm Fatehin ikinci oğlu Riçard (Richard) ova çıxdığı zaman ölüb - onun heç 20 yaşı da tamam olmamışdı.

Sonrakı hadisələr isə sanki plan üzrə inkişaf edib: böyük qardaş Robert Səlib yürüşünə yollanıb, İngiltərəni müvəqqəti idarə edən üçüncü qardaş - Vilhelm də ova getdiyi zaman ölüb və nəticədə, Henri sahibsiz qalan taxt-taca sahib çıxıb.

Tacı əldə etmək azdır, onu saxlamaq gərəkdir

Henri qarşısında üç əsas məsələnin durduğunu tez bir zamanada başa düşüb.

Birincisi, qəsbkarı qraflar və baronlar qəbul etməyib. İkincisi, onu Kilsə və xüsusilə arxiyepiskop Anselm Kenterberili xoşlamayıb. Üçüncüsü isə, atasının məğlub etdiyi anqlosaksların da ondan xoşu gəlməyib.

Fotonun müəllifi Wikimedia Commons
Image caption Canterbury arxiyepiskopu Anselm

Yeni kral kilsə ilə tez bir zamanda dil tapa bilib, nəticədə, Anselm onu dəstəkləyib.

Anqlosakslarla da dil tapmağın yolu sadə olub: Henry Şotlandiya kralı III Malcolm-un qızı Matilda ilə evlənib.

Fotonun müəllifi Wikimedia Commons
Image caption Şotlandiyalı Matilda XIX əsrdə nəşr olunmuş "Qadınlar üçün tarix" kitabında belə təsvir olunub.

Lakin Normandiya baronlarını yeni kral və kraliça qane etmirdi. Təcili olaraq ölçü götürmək lazım idi.

Beləliklə, Henri baronları razı salmaq üçün onlarla sövdələməyə getməli oldu və bunun nəticəsi olaraq "Azadlıqlar Xariyası" tərtibləndi.

Siyasi vədlər

Fotonun müəllifi Getty Images
Image caption I Henry, XIX əsrin qravürası

Müasir demokratiya anlayışları mövqeyindən Henry-nin verdiyi vədlər demokratik görünməyə bilər.

Sənədin əsas müddəalarına baxanda - kral yaxşı kral olacağını vəd etməyib, o, yalnız çox pis kral olmayacağı ilə həvəssiz razılaşıb.

"Mən, Henri, Tanrının iradəsi ilə İngiltərənin taclı kralı, yepiskop və ya abbatın ölümündən sonra varis seçilməyənə qədər Kilsənin mülkünü nə alaram, nə də sataram", - Xartiya bu cümlə ilə başlayır.

Yüksək dairələrin dindar kəsiminə diqqət yetirən Henri dünyəvi kəsimi də unutmur.

"Mənim baronum və ya qrafım ölərsə, onun varislərini onlara miras qalanı satın almağa məcbur etməyəcəyəm, onlar həmin miras qanun və ənənənin gücü hesabına çatacaq".

Fotonun müəllifi Getty Images
Image caption İngiltərədə kral hakimiyyətini məhdudlaşdıran ilk sənədlər kral xartiyaları idi, baxmayaraq ki, monarxlar bu sənədləri kefindən imzalamamışdı.

"Qızını və ya qohumunu ərə vermək istəyən hər bir baron və ya qraf əvvəlcə məndən icazə almalıdır, amma fəhmli bir nikaha mən etiraz etməyəcəyəm. Dul qadın da ərə getmək istəsə, məndən icazə almalıdır, amma mən onun yaxın qohumlarının və eləcə də digər baron və qrafların rəyini nəzərə alacağam. Lakin mən düşmənimə ərə getməyə icazə verməyəcəyəm ", - sənəddə deyilib.

Kübar qadının özünün nə istədiyini isə soruşmaq, görünür, o dövrdə heç kimin ağlına belə gəlmirdi. Sufrajistlər və qadın emansipasiyası dövrünə hələ yüzilliklər var idi.

Fotonun müəllifi Wikimedia Commons
Image caption I Henri inqilabçı olmasa da, tarixi bir sənəd imazaladı.

Amma bu sənəddə həqiqətən də inqilabi və mütərəqqi (Orta Əsrlər dövrü üçün) maddələr də olub.

Misal üçün: "Baronlarımdan biri cinayət törətsə, pulla özünü qurtara bilməyəcək, lakin məhkəmə qarşısında duracaq və onun hansı ödənişlər etməsi məsələsini məhkəmə həll edəcək".

Henri yeni hökmdarların ənənəyə çevirdiyi addımı da atdı: cinayətkarlara amnistiya elan etməyi vəd etdi. Bu, qısa bir zamanda populyarlıq qazanmaq üçün əla bir imkan idi, eyni zamanda, nümayiş etdirilirdi ki, köhnə cinayətlərin bağışlanması heç də o demək deyil ki, yeniləri törədənlər cəzasız qalacaq.

Fotonun müəllifi Hulton Archive
Image caption Xalqa müəyyən sərbəstlik verib, mühakimə etmək hüququnu kral özündə saxladı.

"Taxt-taca gələnədək törədilmiş bütün qətlləri bağışlayıram. Lakin bundan sonrakı qətllərə kral məhkəməsində baxılacaq, - təzə monarx bildirib. - Atamın ölümündən sonra qanunsuz olaraq məndən alınmış bütün əmlakım dərhal qaytarılmalıdır, bu halda heç bir cərimə olmayacaq. Əgər geri qaytarılmasa, böyük bir cərimə tətbiq olunacaq".

Sənəd şahidlərin imzası və kralın sağollaşması ilə bitir: "Londonda, tac taxıldığı dövrdə tərtiblənib. Xudahafiz!"

"Saziş imzalandı, indi gəlin düşünək, onu necə pozacağıq"

London İqtisadiyyat Məktəbinin hüquqşünaslıq tarixinin ilk dekanı, britaniyalı hüquqşünas və hüquq tarixi üzrə mütəxəssis Theodore Plucknett Azadlıq Xartiyasını Britaniyada (və müəyyən dərəcədə ABŞ-da) bütün sonrakı qanun və konstutusiya aktlarının carçısı sayırdı.

Bəli, bu Xartiya kral tərəfindən siyasi zərurətə görə edilmiş böyük bir güzəşt idi, o, bunu könüllü etməmişdi. Ancaq bu, bir başlanğıc oldu.

Eyni zamanda, qeyd olunmalıdır ki, sənədin mürəkkəbi qurumamış, kral razılığı pozmağa başladı. Buna baxmayaraq, yeni nəsil onu "Ədalət aslanı" adlandırdı.

Fotonun müəllifi Wikimedia Commons
Image caption "Ədalət aslanı" adlandırılan I Henrinin dəfn mərasimi

İş orasındadır ki, Xartiya qanun yox, kralın "hədiyyəsi" idi. Odur ki, hətta aristokratik təbəqə nümayəndələri də sənədin bütün müddəalarına ciddi riayət olunmasını tələb edə bilmirdilər.

Məsələn, Henri kral xəzinədarlığı institutunu yaratdı - guya ki, vergilərin yığılmasında korrupsiya və saxtakarlığı aradan qaldırmaq məqsədilə. Əslində isə bu, kral hakimiyyətini gücləndirməyin daha bir aləti idi.

Asta-asta, lakin ardıcıl olaraq kral və onun birinci naziri Roger Solsberili presedentlər silsiləsi yolu ilə, elə qanunlar toplumu qəbul etdirdilər ki, krallıqdan torpağı mülkiyyətə alan vassallar Avropanın heç bir yeri ilə müqayisə oluna bilməyəcək dərəcədə sıxıntılı bir vəziyyətə düşdülər.

Fotonun müəllifi Getty Images
Image caption Arundel Qəsri. I Henrinin qoşunları bu qəsri 3 ay ərzində mühasirədə saxlayıb.

Ola bilsin ki, sonrakı nəsil I Henriyə "Ədalət aslanı" adını ona görə vermiş oldu ki, onun ölümündən sonra İngiltərədə vətəndaş müharibəsi başladı - kralın qardaşı oğlu Stephen ilə kralın qızı Matilda arasında.

Xalq, bütün əskiklərinə baxmayaraq, qanunçuluğa riyaət olunan dövrü nisgillə xatırlayırdı.

İngilis qanunvericiliyinin təməlinə qoyulan hər bir sənəd monarxlardan qan və bəzən hərb hesabına qoparılırdı.

Aristokratlar təbəqəsi - sonra isə xalq - monarxları demokratiyaya doğru addım atmağa sözün əsl mənasında məcbur etdi.

Və monarxiya üsul-idarəsi hər dəfə daha ciddi dərəcədə məhdudlaşdırıldı.

Kral hakimiyyətinin mütləqiyyəti isə getdikcə daha çox zəifləyirdi.

Bu barədə daha geniş