Səudiyyə şahzadəsinin taleyi Erdoğanın əlində - Guardian

İki lider Temmuz 2017'de Suudi Arabistan'da bir araya gelmişti Fotonun müəllifi Getty Images
Image caption Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Recep Tayyip Erdoğan 2017-ci ildə Riyadda görüş zamanı

İngiltərədə nəşr olunan Guardian qəzeti Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasındakı münasibətləri araşdıran məqalə yayımlayıb.

Qəzetin diplomatiya redaktoru Patrick Wintour-un müəllifi olduğu analizdə "Türkiyə diplomatik protokolları bilir və Səudiyyə konsulluğunu qanunsuz dinləyərək əldə etdiyi dəlilləri əsaslandırmaq mövzusunda gərgin görünür" ifadələrini işlədib.

Müəllifin fikrincə, Türkiyə bu səbəbdən məlumatları anonim olaraq hakimiyyət yönlü mediaya verməyi seçir. Şahzadə Məhəmmədin yaxın məsləhətçisi Suud el Kahtani-nin cinayəti Skipe-dan idarə etdiyi barədə xəbərlər də buna misal olaraq göstərilir.

Wintour-un yazısı belə davam edir:"Erdoğan ictimaiyyət arasında Səudiyyə Ərəbistanının düşdüyü çətin vəziyyətdən zövq alan kimi görünmür. Türklər qarışıq bir istintaq aparır və özünü İslam dünyasının lideri kimi göstərmək üçün çalışan Erdoğan addımlarını çox diqqətli atır".

"Erdoğan dünənki çıxışında yalnızca dəqiqləşmiş sübutlar haqqında danışılacağını deyib. Ancaq Erdoğanın səsləndirdiyi - Kaşıkçının bədəninə nə oldu və ya Səudiyyə Ərəbistanının İstanbuldakı yerli tərəfdaşı kimdir kimi - suallar tamamilə kral Salmanın oğlundan soruşmasını istədiyi suallardı.

Fotonun müəllifi AFP

"Erdoğanın dünənki çıxışı bəlkə də hələ başlanğıcdır"

"Erdoğan Kral Salmanın istintaq üçün əməkdaşlıq etdiyini və səmimi olduğunu desə də, vəliəhd şahzadə haqqında eyni şeyləri demədi. Erdoğanın nitqi, diqqətli oxunulduqda vəliəhd şahzada haqqında bir iddianamə kimiydi. Məqsədi isə kralı Səudiyyə Ərəbistanının imicini xilas etmək üçün lazım olan şeyin vəliəhd şahzadənin vəzifədən uzaqlaşdırması və ya ən azı onun gücünə nəzarət etməyə inandırmasıdır.

"Bəzi Avropa Birliyi ölkələri silah satışını dayandırmaq istəsə də Səudiyyə Ərəbistanına ən çox silah satan ölkələrdən olan İngiltərə və ABŞ buna qarşı çıxırlar və bunun əvəzinə fərdlərə sanksiya tələb edirlər".

"Axırda ehtimal edilir ki, vəliəhd şahzadənin taleyini müəyyən edən adam Erdoğan və istintaq aparanların ortaya çıxardığı sübutlar olacaq. Dünənki çıxış bəlkə də hələ başlanğıc idi."

Bu barədə daha geniş