Kimdir? Nədir? Səudiyyə Ərəbistanı

Əl Nəbi məsçidi, Mədinə, Səudiyyə Fotonun müəllifi AFP
Image caption Mədinədə Əl Nəbi məsçidi

Səudiyyə Ərəbistanı krallığı ərəb dünyasının aparıcı ölkələrindən biridir.

Coğrafi ölçüsü ilə (Fransa və Almaniyanın ümumi ölçüsündən iki dəfə böyük) yanaşı, onu böyük edən həm də İslam dininin beşiyi faktorudur. Və təbii ki, neft istehsalçısı kimi nəhəng statusunu vurğulamadan keçmək olmaz.

Neft ixracı isə bu ölkə ilə Qərb arasında qarşılıqlı iqtisadi asılılıq zəruriyyəti yaradıb. Qeyd edək ki, Qərb Səudiyyə neftinin ən böyük istehlakçısıdır.

Bu isə öz növbəsində güclü siyasi və hərbi münasibətlərə yol açıb və bəzən hər iki tərəf üçün həssas məsələlər mənbəyinə çevrilib.

Eyni zamanda İslamın puritan versiyası sayılan Sünnilik (ictimai şəkildə boyun vurma kimi sərt cəzalar və qadınlara qarşı məhdudiyyətləri ilə tanınan təriqət) də inkişaf edib.

Faktlar

Fotonun müəllifi Getty Images

Liderləri

Dövlət başçısı, baş nazir: Kral Salman bin Əbdüləziz əl-Səud

Fotonun müəllifi Getty Images
Image caption Səudiyyə kralı Salman bin Abdüləziz əl-Səud

Əl-Səud sülaləsi siyasi güc monopoliyası sahibidir. Səudiyyə Ərəbistanı 1932-ci ildə kral Əbd-əl-Əziz tərəfindən qurulub və onun müxtəlif oğulları tərəfindən idarə olunub.

Kral Salman bin Əbdüləziz əl-Səud taxta 2015-ci ilin yanvar ayında, atabir qardaşı kral Abdullanın ölümündən sonra çıxıb.

O, kral olana qədər idarəedici şahzadələrdən biri olub, Birləşmiş Ştatlar ilə ittifaqın qorunması və enerji bazarının stabilliyi naminə işlər kimi Səudiyyə Ərəbistanının strateji siyasətlərində əsas təkanverici qüvvə rolunu oynayıb.

Kral Salman 2017-ci ilin iyununda oğlu Məhəmməd bin Salmanı varisi elan edib.

Şahzadə artıq müdafiə və iqtisadiyyat da daxil olmaqla hakimiyyətin əsas qollarına de-fakto rəhbərlik edir. O, 2017-ci ilin noyabrından daxili müxalifətin qalıqlarını aradan qaldıraraq gücü atasından almaq yolunda hazırlıqlar aparmağa başlayıb.

O, özünü eyni zamanda ultra-mühafizəkar krallığın liberal reformatoru kimi təqdim edir. Məsələn, 2018-ci ilin iyununda qadınlara maşın idarə etmək icazəsi kimi bir sıra cəsarətli qərarlar qəbul edib.

Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının de-fakto rəhbəri sayılır

Media

Fotonun müəllifi Getty Images
Image caption Səudiyyə Ərəbistanı regionda ən yüksək smartfon istehlakçısıdır. Bu isə sosial medianın geniş istifadəsinə səbəb olur

Səudiyyə sərmayədarları pan-ərəb televiziya sənayesinin əsas oyunçularıdır, amma regionun ən ciddi nəzarət edilən media mühiti də məhz bu ölkədədir.

Hökumət açıq şəkildə etiraf edir ki, internet filteri geniş şəkildə tətbiq olunur. Buraya "pornoqrafik", İslam ilə bağlı, insan haqları və siyasi səhifələr daxildir.

Səudiyyə Ərəbistanı dünyanın adambaşına düşən YouTube istifadəsinə görə ən yüksək göstəriciyə malik ölkəsidir. Eyni zamanda Ərəb dünyası üzrə 40% aktiv Twitter istifadəçisi də bu ölkənin payına düşür.

Xronologiya

Səudiyyə Ərəbistanı tarixinin bəzi əsas hadisələri

1932 - Kral Əbd-əl-Əziz tərəfindən idarə olunan ərazilər Səudiyyə Ərəbistanı Krallığı adı altında birləşdirilir.

1938 - Neft aşkar olunur və istehsal ABŞ idarəsi altında olan Aramco (Ərəb Amerika Neft Şirkəti - Arabian American Oil Company) vasitəsilə həyata keçirilir.

1960 - Səudiyyə Ərəbistanı Opec-in (Neft İxrac Edən Ölkələr Təşkilatı - Organisation of Petroleum Exporting Countries) qurucu üzvünə çevrilir.

1973 - Səudiyyə Ərəbistanı Misir və Suriyaya qarşı Oktyabr Müharibəsində İsrailə dəstək olan Qərb ölkələrinə qarşı neft boykotuna liderlik edir. Neft qiymətləri dörd dəfə qalxır.

2001 11 sentyabr - New York və Washington-a olan hücumlarda iştirak edənlərin 19-dan 15-i Səudiyyə vətəndaşı çıxır.

2011 - Regionda "Ərəb Baharı" etirazları baş qaldırdığı bir dövrdə, Səudiyyə qoşunları Bəhreyndəki qarışıqlığı yatızdırmaq məqsədli tədbirlərdə iştirak edirlər.

2015 mart - Səudiyyə Ərəbistanı Yəməndəki Huti üsyançılarına qarşı hava hücumları kampaniyasına başlayır.

Fotonun müəllifi Getty Images
Image caption Dünyanın dörd bir yanından gələn müsəlmanlar hər il baş tutan Həcc ziyarəti üçün Məkkədə

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Səudiyyə Ərəbistanı: kinoteatrlar açılır, bəs azad söz?

Kimdir? Nədir? Digər ölkələr

Kimdir? Nədir? - Türkiyə

Kimdir? Nədir? Suriya

Kimdir? Nədir? - İran

Kimdir? Nədir? Ermənistan

Bu barədə daha geniş