ABŞ-da senator, qubernator və Nümayəndələr Palatasına seçkilər niyə önəmlidir?

Konqress ABŞ Fotonun müəllifi Getty Creative / iStock

Çərşənbə axşamı günü amerikalılar 35 senator, 36 ştat qubernatoru və Konqresin Nümayəndələr Palatasının müxtəlif ştatlardan olan 435 üzvünü və müxtəlif səviyyəli təmsilçi qurumlara onlarca nümayəndə seçəcəklər.

Seçkidə demokratlar qalib gəlsə, Donald Trump bir çox təşəbbüsünü Konqresdəki müxalifətlə razılaşdırmalı olacaq. Konqres üzvləri prezident Trump-a qarşı gedən araşdırmaları sürətləndirə biləcəklər.

2016-cı ildə Donald Trump-a səsvermiş ştatlarda qələbə uğrunda 10 Demokrat namizəd mübarizə aparır: Qərbi Virginia, Şimali Dakota, Şimali Dakota, Missouri, Indiana, Florida, Nevada, Arizona, Tennessee, Montana və Texas.

Hazırda senatda respublikaçıların cüzi üstünlüyü var: 51 Respublikaçı və 49 demokrat.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Tarixən prezidentin partiyası ara seçkiləri həmişə uduzub.

Konqresdə üstünlüyü demokratlar qazansa, onlar respublikaçıların qanunvericilik təşəbbüslərinə son qoyacaqlar, prezidentin fəaliyyətlərini daha dərindən araşdıra biləcəklər, hətta impiçment məsələsini də qaldıra bilərlər, amma bunun üçün senat üzvlərinin üçdə ikisi səs verməlidir, yəni bu halda bəzi respublikaçıların da razılığı lazım olacaq.

Demokratlar hökümət üzvlərinin fəaliyyətilə də maraqlanacaqlar.

Onlar, çox güman ki, xüsusi prokuror Müller-in mövqeyini möhkəmlədəcəklər. Ona immunitet verilməsi barədə qanun layihəsi bu ilin yazından öz növbəsini gözləməkdədir.

Onları 2016-cı ilin seçkilərinə Rusiyanın qarışması ilə yanaşı, çox güman ki, Trump-ın və onun ailəsinin biznes işləri və Trump-a qarşı cinsi zəmində sataşma halları və administrasiya üzvlərilə bağlı bütün qalmaqallar da (misal üçün nazirlərin fərdi səfərləri ilə bağlı bədxərclik halları) maraqlandıracaq.

Demokratlar, eləcə də ayrı-ayrı ştatlarda daha liberal qanunlar qəbul etdirmək və öz administrativ mövqelərini nəzarətdə saxlamaq imkanı qazanacaqlar.

Respublikaçılar Konqresə nəzarəti itirsələr çoxluğun dəstəklədiyi qanunları prezident Trump-a imzalanmaq üçün göndərmək imkanını itirəcəklər. Söhbət Obamacare adı ilə tanınan yoxsullar üçün tibbi sığorta proqramına tamamilə xitam verilməsindən, yoxsullar üçün sosial yardımın və ərzaq talonlarının verilməsinə yenidən baxılmasından və bu kimi digər qanunvericilik təşəbbüslərindən gedir.

Digər tərəfdən, demokratlar Konqresin hər iki palatasında qələbə qazansalar belə, öz siyasətlərini tam həcmdə keçirə bilməyəcəklər, çünki ən azı 2020-ci ilədək prezident səlahiyyətlərini yerinə yetirəcək Donald Trump-da prezident vetosu tətbiq etmək hüququ qalır.

Respublikaçılar Konqresdə hakimiyyəti əllərində saxlaya bilsələr, onlar öz mühafizəkar qanunvericilik mövqelərini möhkəmlədə biləcəklər, Trump-ın mövqeyi daha möhkəm olacaq, demokratlar mühüm şahidlərə çağırış göndərmək və ya Trump-ın icra və məhkəmə hakimiyyətinə namizədlərinin yolunu kəsmək imkanından məhrum olacaqlar.

Respublikaçılar qələbə qazansa, yerlərdə daha geniş səlajiyyətlərə malik olacaqlar və öz dairələrində 2020-ci ilin seçkilərinə nəzarət edə biləcəklər.

Hazırda, 2016-cı ilin seçkilərinə Rusiyanın mümkün qarışması ilə bağlı təhqiqat çərçivəsində çağırışı kimə göndərmək məsələsini məhz respublikaçılar həll edir.

Image caption Demokratlar Senatda çoxluq əldə edə bilsələr, onlar 2020-ci ilədək qalan müddət ərzində Trump-ın hakimiyyətini ciddi sürətdə məhdudlaşdıra biləcəklər.

Tarixən, Ağ Evdə prezidentlik edən təmsilçinin partiyası ara seçkilərdə həmişə məğlub olub. Xüsusən də, söhbət ilk prezidentlik müddətindən gedirsə və prezidentin cəmiyyətdə dəstəyi 50 faizdən azdırsa.

Amma bu dəfə respublikaçılar tarixi rekord qırıblar: Respublikaçılardan Nümayəndə Palatasının 24 üzvü və 3 senator təqaüdə çıxdıqlarını elan ediblər, daha 6 nəfər istefa verdiklərini bildiriblər, 12 nəfər isə fərqli vəzifələrə seçkidə iştirak etmək planlarını açıqlayıblar.

Sonuncu dəfə siyasətçilərin bu dərəcədə kütləvi miqrasiyası ötən əsrin 30-cu illərində müşahidə olunub.

Bu barədə daha geniş