Rusiyada 5 milyonluq cərimə təsadüfən necə ləğv oldu?

Krymski Val prospekti - Moskva, 10 oktyabr 2018 Fotonun müəllifi Anadolu Agency/Getty Images
Image caption Bütün Rusiyadakı yol hərəkəti qaydalarının pozulmasının 75 faizi Moskvada baş verir

Moskva polisi 5 milyonadək ödənməmiş cərimə barədə nə edəcəyini bilmir. Kompüter sistemindəki nasazlıq bu qədər cərimələrdəki sürücülərin adlarını və ünvanlarını silib.

Bəzi mütəxəssislər deyirlər ki, Rusiya bütün ölkə boyunca yol polisinin tam mərkəzləşdirilməsinə keçib və qəzanın da bu səbəbdən baş verdiyi düşünülür.

Rusiya Yol Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri Mixail Çernikov deyib ki, indi sistem az-çox düzgün işləyir və keçid dövründə belə qüsurlar tamamilə başadüşüləndir:

"Evlərə göndərilməli olan cərimə bildirişlərindən ya adlar pozulub, ya da ünvanlar natamamdır".

Buna baxmayaraq, texniki qəza nəticəsində itirilən cərimə pullarının təkcə 2016-2017-ci illərdə 15 faiz təşkil etdiyi deyilir.

Fotonun müəllifi Rossiya-1 TV
Image caption Moskvada yol polisi

Qayda pozanlar məmnundurlar

Kommersant qəzetinin yazdığına görə, moskvalılar baş vermiş nasazlıqdan şikayət etməyi düşünmürlər.

Qaydanı pozanlar isə hardansa eşidiblər ki, itmiş cərimə qəbzlərindəki xətaları sürücülərə "bağışlayıblar".

Bir Twitter istifadəçisi yazıb: "Bəzən şad xəbərlər də olur".

Lakin belə görünür ki, avtomobil həvəskarları sevinməyə tələsməməlidirlər. Çernikov deyib ki, əgər yerli bələdiyyələr avtomobillərdən çıxan tullantı qazlarına məhdudiyyət qoysalar, onda köhnə maşınların mühafizə olunan zonalara daxil olması da cərimələrlə nəticələnəcək.

Bununla belə, Rusiyada tullantı qazları barədə məlumat olmayan avtomobillər 60 faiz təşkil edir.

Bu barədə daha geniş