Rahat büstqalterlər... qadınlar artıq seksi görünmək istəmirlərmi?

Qadın evə gələn kimi əynindən çıxardığı ilk şey Fotonun müəllifi Getty Images
Image caption Bir qadının evə girən kimi əynindən çıxardığı ilk şey

Günün sonunda büstqalteri əyindən çıxaran zaman hiss edilən rahatlıq...

Nə yaxşı ki, uzun saatlar boyu sinəni sıxan və incidən lifçiyi çıxarmaq mümkündür.

Qadınlar 1930-cu illərdən bəri lifçik geyinirlər, lakin belə görünür ki, onların büstqalter sevgisi azalmağa başlayıb.

Özünə güvənən istehlakçılar rahatlıq və təbii görünüş arzusundadırlar və qadınların bu istəyi dəyəri milyard dollarla ölçülən bir sənayeyə güclü təsir göstərə bilər.

Fotonun müəllifi Vicky Grout
Image caption Lifçiksiz həyatı seçən Chidera Eggerue deyir ki, "qadın olmağın heç bir yanlış yolu" yoxdur

İnfluencer-lər də qadının təbii görünüşünə üstünlük verirlər.

Saggy Boobs Matter adlı bloqunda büstqaltersiz həyat tərzini seçən Chidera Eggerue deyir ki, "gözəl olmaq üçün çoxlu yollar" mövcuddur və "bu heç də döşlərin dolğunluğu ilə ölçülmür".

"Kişiləri cəlb etmək kimi məqsədə dəyməz," o deyir və qadınları təbii görünüşləri vasitəsilə əmin və rahat olmağa səsləyir.

"Qadın olmağın heç bir yanlış yolu yoxdur... təbiət gözəlliyi standartlar əsasında seçmir," o söyləyir.

Image caption Asos gənc qadınları bəyənəcəyi dəmirsiz lifçik variantları ilə doludur

Dükanlar da braletlərin (ənənəvi büstqalterlərdən fərqli olaraq dəmirsiz lifçiklər), qısa maykaların və idman geyimlərinin satışının son iki ildə artdığını deyirlər və bu yeni alt paltarı dalğası təkcə Kendall Jenner-lər və Gigi Hadid-lər kimi məşhurlar yox, hər kəs üçün əlverişlidir.

Ötən 12 ay ərzində Marks & Spencer (M&S) bralet formalarını 19-dan 24-ə qaldırıb və ölçüləri DD+ qədər artırıb.

Asos da 42GG ölçüsünə qədər dəmirsiz variantlar təqdim edib.

New Look isə deyir ki, onların ən bestseller braleti böyük döşlərə uyğun geniş, elastik kəmərlidir.

Fotonun müəllifi Kirsty Bosley
Image caption Kirsty Bosley deyir ki, onun bir dənə belə olsun rahat lifçiyi yoxdur.

West Midlands-dan olan 31 yaşlı Kirsty Bosley, qadınların acılı dəmir lifçiklərdən cana doyduğunu desə də, özü alternativlər tapmaqda çətinlik çəkir.

"Böyük döşlərə sahib olmaq çətindir," o söyləyir.

"Bütün günü hərəkət etdikdə insanın çiyinləri və kürəyi ağrıyır, amma ən pisi narahat büstqalterlərdir.

"Hər günün sonunda lifçiyimi çıxardıqdan sonra, bədənimdə qırmızı izlər qaldığını görürəm. Dəmirlər qabırğalarımın üzərini sıxır.

"Lifçiksiz həyat variantı mənim üçün yoxdur, çünki gərəksiz diqqət məni narahat edəcək. Ona görə də əziyyətli olsa da, bu həyatı yaşayıram.

"Bizə daha enli kəmərlər lazımdır və çəkini bərabər saxlamaq üçün ikidən çox bənd-qarmaq olmalıdır.

"Hər kəs əynindəki geyimləri ilə özünü rahat və xoşbəxt hiss etməlidir, kaş ki, böyük ölçülü bədənə malik qızlar üçün də hər şey rahat olardı."

Fotonun müəllifi PA
Image caption Əlvida, oğlanlar - qadınlar "narahat" stillərə arxa çevirirlər və özünü qurban verməyi yox, rahatlığı seçirlər.

Dəmirsiz variantlar həm də millennialların meqa-trendi sayılan alt paltarı üst paltarı kimi tərzi ilə üst-üstə düşür.

İdman büstqalteri və reytuzu ilə və ya bralet və cins şalvarla gəzmək artıq tərzli axıma çevrilib. Bu isə özləri, dostları və Instagram üçün geyinən bədənindən razı bir nəsil yaradır.

M&S-in dizayn üzrə meneceri Soozie Jenkinson deyir ki, braletlər "alt paltarları siyirməsinin ştapelinə" çevrilib.

"Alt paltarları sənayesi rahatlıq və təbii qadın siluetinə üstünlük verən bir real dəyişiklik ilə qarşılaşıb. Bu da qadınların yüngül və zərif xüsusiyyətləri ilə bralet seçməsinə səbəb olur," o söyləyir.

Fotonun müəllifi Marks & Spencer
Image caption İstehsalçılar, DD+ ölçüsünə çatan dəmirsiz növlər istehsal edirlər

"Büstqalterin bu məşhur stilini seçən müştərilərimiz rahat, yüngül quruluşlu və gündəlik formalara üstünlük verirlər."

New Look-un sözçüsü isə deyir: "Tarixən müştərilər dəmirli lifçikləri dəstək və qabardıcı xüsusiyyətlərinə görə seçiblər. Lakin keçən iki il ərzində biz yumşaq siluetlər və funksional rahatlıq zövqünün artdığının şahidi olmuşuq."

Fotonun müəllifi Kendall Jenner
Image caption Kardashian-lar hara aparırlar... Kendall və qəbiləsi alt paltarı üst paltarı kimi tərzinin azarkeşləridir

Sosial mediada büstqalterləri "taxtabənd" və "evə gələn kimi əyindən ilk çıxan geyim" kimi təsvir edən qadınlar "azadlıq" və "rahatlıq" sözlərini çox işlədirlər.

"Ənənəvi dəmir lifçiklərdən uzun zamandır ki istifadə etmirəm və adətən rahat braletlər geyinirəm... kürəyim və ya çiyinlərimdə kəmərlər istəmirəm. Bunun ölçü ilə heç bir əlaqəsi yoxdur," bir Reddit istifadəçisi yazır.

Fotonun müəllifi Getty Images
Image caption 1968-ci ildə Miss America etirazları zamanı döşəmə silən taxtalar və hündür daban ayaqqabılarla yanaşı, büstqalterlər də təqdim olunmuşdu

Bra-vo

  • Dəmirli büstqalterlərin ilkin versiyası ilk dəfə 1893-cü ildə New York-da yaranıb və "döş dəstəkçisi" kimi patentləşdirilib
  • Outdoor Media Mərkəzi tərəfindən bütün dövrlərin ən yaxşı görünüşü kimi Eva Herzigova-nın 1994-cü ildə Wonderbra lifçiyində reklam lövhəsi seçilib
  • M&S ilk büstqalterini 1926-cı ildə satıb və artıq hər il 20 milyon ədəd satır
  • Dünyanın ən bahalı lifçiyi 17 milyon manat dəyərində olan Victoria's Secret şirkətinin Heavenly Star Bra-sıdır. 2001-ci ildə yaradılan bu branın üzərinə 1200 çəhrayı Şri Lanka sapfiri və 90 karat zümrüd formalı almaz yerləşdirilib.

Eggerue deyir ki, dünya-aləm-vecimə-deyil fikrini tətbiq etmək üçün qadınlar ona və onun "sosial cəhətdən qəbul olunmayan" döşlərinə baxmalıdırlar.

"Mən həyatımın ən gözəl dövrünü yaşayıram və döşlərim mənin qarşımı kəsə bilməz," o söyləyir.

Bu barədə daha geniş