İngilis demokratiyasının yaranması: Hüquq haqqında petisiya

Kral I Charles Fotonun müəllifi Wikimedia Commons
Image caption I Charles-ın üç rakursdan çəkilmiş portreti - rəssam Anthony van Dyck

İngiltərəni tez-tez müasir demokratiyanın vətəni adlandırırlar.

Avropanın qitə ölkələrindən fərqli olaraq məhz ingilislər uzun əsrlər boyu öz krallarının hakimiyyətini ardıcıl olaraq məhdudlaşdırmaqla məşğul olublar.

İngilis demokratiyasının tarixində Kral I Charles dövründə qəbul edilmiş Hüquq haqqında petisiya ingilis demokratiyası tarixində əlamətdar hadisələrdən biri sayılır.

BBC Rus Xidməti "İngilis demokratiyasının yaranması" adlı layihəsində Britaniyada konstitusiyalı monarxiyanın əsasını təşkil edən sənədlərdən və hadisələrdən söhbət açır.

Bundan əvvəlki hissələrdə Azadlıqlar xartiyasından, Magna Carta-dan, Parlamentin yaranmasından və Ordonanslardan söhbət gedib.

Beçinci hissə:Hüquq haqqında petisiya, və ya bura sizin üçün Fransa deyil

Fotonun müəllifi Wikimedia Commons
Image caption Hüquq haqqında petisiyanın Birləşmiş Krallıq parlamentində saxlanılan sürəti.

I Charles-ın 1625-ci ildə kral olmasının səbəbi onun böyük qardaşı Henry-nin taxt-tac növbəsi ona çatmamış vəfat etməsi olub.

Karl qardaşından bütün mənalarda daha geridə idi: boyu qısa, şəxsiyyət kimi də daha az parlaq, hətta Henry-nin hərbi geyimləri də Cherles-ın əyninə böyük gəlirdi.

Lakin Charles-ın sinəsində sanki bir atəş yanırdı - onda kral hakimiyyətinin ilahi təbiətə malik olduğuna güclü inam var idi.

Charles Fransada taxt-tacda otursa idi, bəlkə də, heç nə baş verməyəcəkdi - fransızlar mütləqiyyətə vərdiş ediblər, XVII əsrdə başqa variantlardan söhbət hələ getməyib.

İngilislər isə bircə dəqiqəyə olsun da belə, Magna Carta-nı yaddan çıxarmayıblar, elə parlament də o zaman real hakimiyyətə malik olub.

Pul verin! Verməyəcəyik!

Fotonun müəllifi Wikimedia Commons
Image caption 30 illik müharibə faktiki olaraq katoliklərlə protestantların müharibəsi idi və I Charles həmin müharibədə iştirakı özünün müqəddəs borcu sayırdı.

Vəfat etmiş kraı atasından I Charles-a miras qalan 30 illik müharibə oldu, İngiltərə Qabsburqlara qarşı koalisiyada da müharibə aparırdı və külli miqdarda müharibəyə pul xərcləmişdi.

Ümid edilirdi ki, taxt-taca gələndən sonra I Charles müharibənin davam etdirilməsində özünü daha ehtiyatlı aparacaq.

Lakin hakimiyyətə gələn kimi kral parlamentdən müharibənin davam etdirilməsinə 700 min funt pul tələb etdi.

İndiki pula çevirəndə, bu, ən azı, 2 milyard funt sterlinq edir.

XVII əsrdə ingilis kralları artıq maliyyə üçün xalq deputatlarına xahişlə müraciət etməli olublar.

Parlament dirəniş göstərərək yalnız 112 min funt strelinq verməyə razılaşdı və vergilərdən bəzilərini yığmağa dair kralın hüququnu məhdudlaşdırdı ( bu isə, kral üçün ən ağrıverici qərar idi).

Sonra nə edəcəyini bilmirsənsə, parlamenti buraxmaq lazım deyil

Fotonun müəllifi Royalcollection.org.uk
Image caption Alleqorik rəsm: Hermes simalı Buckingham hersoqu azad sənətləri Artemis və Apollo kimi təsvir edilmiş I Charles və Henrietta Maria-ya təqdim edir.

İncikli və qəzəblənmiş I Charles parlamentin buraxıldığını elan edir - bu, 1625-cil il iyulun 11-də baş verib.

Lakin pula ehtiyacı qalmaqda davam etdiyindən avqustun 1-də parlamenti yenidən toplayır.

Parlament üzvləri özlərində yenidən güc hiss edib, nəinki pul verməkdən imtina etdilər və bu azmış kimi, kralın favoriti olan Buckingham hersoqunun fəaliyyətinin araşdırılmasını da tələb etdilər.

Parlament üzvləri hesab edirdilər ki, hersoq Buckingham müharibədən xəcalət çəkmədən varlanmaq üçün istifadə edirdi.

Avqustun 12-də kral I Charles yenidən parlamenti buraxır.

Çıxılmaz vəziyyətə düşən kral, zadəganları icbari vergi altına salmaq qərarına gəlir. Bir çox aristokrat bu addımı qanunsuz sayaraq vergi ödəməkdən imtina edir.

Nəticədə 70-ə yaxın adam həbsxanaya salınır.

Bu, əhvalat gedtikcə daha çox dərəcədə fars şəklini almağa başlayırdı, çünki hakimlər həbs edilənlərin hansı cinayətə görə həbsxanaya salındıqlarını bilmirdilər.

Bu arada isə I Charles vergiləri ödəməyi tələb etməkdə davam edirdi, zadəgənlər isə bunun onlara aid olmadığı kimi özlərini aparırdılar.

Nəticədə, kralın gəlirləri daha sürətlə azalırdı və 1627-ci ildə o, növbəti dəfə parlamenti toplamağa məcbur olur.

Davam edən siyasi fiasko nəticəsində yeni parlament üzvlərinin çoxu krala olduqca düşməncəsinə yanaşırdılar.

Onların arasında, o cümlədən, o dövrdə hələ heç kimin tanımadığı Oliver Cromwell adlı Cambridgeshire-dən olan centlmen də var idi.

Tam xaos

Fotonun müəllifi RFStock
Image caption Cromwell-in Ingiltərənin taleyində oynadığı rolu I Charles təsəvvür edə bilməzdi

I Charles-ın növbəti addımları onun vəziyyətini getdikcə daha da çox ağırlaşdırırdı.

Britaniyalı tarixçi Simon Schama-nın sözlərinə görə, I Charles-ın dardüşüncəliyi onun kral hakimiyyətinin məhdudlaşdılrılmasını qəbul edə bilməməsindədir.

Müharibəyə pul yığmaq və məvacib alamadıqlarından üsyan qaldıran əsgərləri sakitləşdirmək üçün I Charles hərbi vəziyyət elan edir.

Vətəndaşlardan tələb olunurdu ki, onlar müharibəyə pul ayırsınlar, əsgərlərə evlərində yerləşməyə icazə və yemək versinlər.

O dövrdə hərbi vəziyyət yeni qanunların tətbiqindənsə daha çox, qüvvədə olan qanunların qüvvəsinin dayandırılması ilə fərqlənirdi.

Lakin hərbi vəziyyət yalnız "ölkə müharibə durumunda olduğu və ya ölkəni üsyanlar baş alıb getdiyi" dövrdə elan etmək olardı.

Fotonun müəllifi Wikimedia Commons
Image caption Şotlandiya kraliçası Mary Stuart-ı İngiltərədə taxt-taca gətirmək cəhdindən sonra I Elizabeth İngiltərənin şimalında hərbi vəziyyət elan edib. Bu şəkildə Elizabeth-in imzaladığı Şotlandiya kraliçasına ölüm hökmünün sürəti təsvir göstərilib.

Misal üçün, Şotlandiyada yerli zadəganlar üsyan qaldırıb İngiltərə taxt-tacına Mary Stuart-ı oturtmağa cəhd edəndən sonra, I Elizabeth ölkənin şimalında hərbi vəziyyət elan etdi.

Lakin I Charles hərbi vəziyyət elan edəndə, onun nə I Elizabeth qədər populyarlığı, nə də ki, parlamentdə dəstəyi var idi.

Nəticədə, bu qərar xalq deputatlarının daha böyük qəzəbinə səbəb oldu, hərbi vəziyyətin elan olunmasından isə dövlət xəzinəsinə heç bir xeyir gəlmədi.

Öhdəsindən gələ bilmədiyinizdən küsmək olmaz

Fotonun müəllifi Stavros1 at English Wikipedia
Image caption Kralın parlamentlə qarşıdurması vətəndaş müharibəsilə başa çatdı. Naseby yaxınlığında kralın qoşunları həlledici məğlubiyyətə uğradılar. Bununla da kral I Charles-ın taleyi həll olundu.

Kralın isə əvvəlki kimi artıq müharibəyə pulu yox idi.

Əvvəlki hadisələrdən nəticə çıxarmaq əvəzinə isə kral növbəti dəfə parlamenti yığıb pul xahiş etmək qərarına gəldi.

Deputatlar 1628-ci il martın 16-da toplaşaraq krala maliyyə ayırmaq məsələsi əvəzinə ingilis azadlıqları ilə bağlı məsələni müzakirə etməyə başladılar.

Nəticədə, krala İngiltərədə çoxdandır ki, əvvəlki kralların qəbul etdiyi qanunların olduğunu xatırladan bir sənəd hazırlandı.

Hüquq barədə petisiya adlanan bu sənədin məzmunu belə idi ki, I Charles həmin qanunları pozmaqdan əvvəl, addımlarını yaxşı-yaxşı götür-qoy etməlidir.

Qısa, lakin vacib sənəd

Həmin petisiya belə başlayırdı:

"Bu petisiya indiki parlamentin ruhani və dünyəvi lordları tərəfindən əlahəzrətə təqdim edilir və onun rəiyyətinin müxtəlif hüquq və azadlıqlarına aiddir, əlahəzrət kral bu barədə parlament qarşısında tam cavab verməlidir".

Cümlənin sonundan artıq üsyan qoxusu gəlirdi.

Fotonun müəllifi Wikimedia Commons
Image caption Parlamentlə qarşıdurmada həqiqət I Charles-ın tərəfində deyildi. Buna baxmayaraq, sənətkarları, rəssamları, yazıçıları və şairləri ilhamlandıran kralın şəhid kimi obrazı formalaşdı. Fransız rəssam Eugène Lami-nin çəkdiyi bu rəsmdə gənc qız əsir tutulan krala qızıl gül verir.

Deputatların monarxdan istədikləri nə idi?

Səlahiyyətlərinin böyük hissəsindən imtina etməsini, parlamentin aliliyilə razılaşmasını, vətəndaş azadlıqlarına dair qanunlara hörmət etməsini və ümumiyyətlə, kral olsa da belə, özünü daha təvazökar aparmasını.

"Suverenimiz, lord kralımızdan təvazökarcasına xahiş edirik ki, <…> o, I Edward-ın vaxtında qəbul edilmiş qanuna əməl etsin <…>, arxiyepiskopların, qrafların, baronların, cəngavərlərin və vətəndaşların <…> eləcə də parlamentin razılığı və təsdiqi olmadan, kral və ya onun varisləri tərəfindən bizim krallıqda heç bir vergi tətbiq edilməyəcək".

Uzun sözün qısası: pul verməyəcəyik, özün isə pulu yığmağa heç cəhd də göstərmə! Petisiyanın ardı isə bundan da maraqlıdır.

"Və "İngiltərədə Böyük Azadlıqlar Xartiyası" adlanan qanuna görə<…> heç bir azad insan, özünə bərabər olanların qanuni məhkəməsi olmadan və ya ölkə qanunu əsas tutulmadan, həbsxanaya salına, əmlakı və azadlıqlarından məhrum edilə <...> qanundan kənar elan oluna və ya sürgünə göndərilə bilməz."

Image caption I Charles ilə parlament arasında qarşıdurma kralın edamı ilə nəticələndi. Kral I Charles edam edilən gün - 1649-cu il yanvarın 30-da - balta zərbəsilə cücərən demokratiya ilə tarixə göndərilən mütləqiyyət arasında mübarizəyə nöqtə qoyuldu: Britaniyada konstitusiyalı monarxiya dünyaya gəldi.

Qanuna onun da əməl etməli olduğunu krala xatırladan petisiya müəllifləri Charles-a başa saldırıblar ki, onun yürütdüyü hərbi vəziyyət komendantların ixtiyarı və əmrilə onlarla günahsız vətəndaşların istintaq və məhkəmə keçirilmədən edam olunmasına gətirib çıxarıb.

Sənədin sonuna salınmış müddəanı isə kraldan parlamentə tabe olmaq və dekorativ bir fiqura çevrilmək tələbi kimi qəbul etməmək mümkün deyil.

"Bütün bunları bildirərək çox möhtərəm əlahəzrətdən xahiş edirik ki, <...> qeyd olunmuş hüquq və azadlıqlara uyğun olaraq, əlahəzrət elan etsin ki, burada qeyd edilənlərdən sizin riayyətə qarşı heç bir halda istifadə edilməyəcək<...>və əlahəzrət öz riayyətinin təhlükəsizliyi və rahatlığı naminə öz zabitləri və nazirlərinə iradəsini bildirəcək ki, onlar sizə bu dövlətin qanunlarına uyğun olaraq qulluq etsinlər, çünki bu sizin şərəfiniz və dövlətin çiçəklənməsinə xidmət edəcək".

Nəticəəhəmiyyət

Fotonun müəllifi Wikimedia Commons
Image caption Deyilənə görə Cromwell kral Charles-ın edam olunmasını, guya, istəməyibmiş, amma buna ehtiyac siyası səbəbdən yaranıbmış.

I Charles sənədi imazalamaqdan əvvəlcə imtina edib, lakin son nəticədə petisiya imzalanıb.

Dərhal bundan sonra kral həmin sənədi öz maraqlarına uyğunlaşdırmaq yollarını aramağa başlayıb.

Özü də ki, kral petisiyanı elə tərzdə imzalamışdı ki, onu kral iltifatı kimi də başa düşmək olardı: yəni söhbət dəyişməz qalan və ya xitam olunmayan qanundan yox, verildiyi kimi geri götürülə bilən iltifat səciyyəli qərardan gedirdi.

1629-cu ilin martında parlament üzvlərinin çoxusu hesab edirdi ki, kral onları aldadıb.

İş o yerə çatdı ki, martın 10-da İcmalar Palatasının spikeri ser John Finch iclası bağlamağa hazırlaşanda, radikal ruhlu bir neçə parlament üzvü güc tətbiq edərək onu kürsüdə saxladılar və bu, deputatlara kralın son hərəkətlərinə qarşı bir neçə qanun qəbul etməyə imkan verdi.

Deputatların bu cür hərəkəti kralın qəzəbinə səbəb oldu və o, parlamentin buraxıldığını elan etdi.

Bunun üstündən keçən 11 il ərzində parlament toplanmadı.

Bu addımı ilə I Charles göstərdi ki, parlamentdən xoşu gəlmir, o, kral olaraq təkbaşına hökmranlıq etmək və vergilər yığmaq niyyətindədir.

I Charles ilə parlament arasında qarşıdurma kralın edamı ilə nəticələndi.

1649-cu il yanvarın 30-da kral I Charles boynunu vuran balta zərbəsi İngiltərədə mütləqiyyətin eyhamlarına belə son qoymuş oldu.

Bir çox tarixçi hesab edir ki, o zaman kralın edam olunması Britaniyaya, 150 ildən sonra Fransanı bürümüş terrordan, xilas etmiş oldu.

Bu barədə daha geniş