Kadırov İstagram-a tapança ilə qayıdıb. Amma qısamüddətli

Kadırov Fotonun müəllifi Yelena Afonina/TASS
Image caption "İstagram müxtəlif ölkələrdən olan insan və xalqlar arasında sərbəst ünsiyyətin inkişafına xidmət etməlidir", - Kadırovun bu bəyanatını "VK" sosial şəbəkəsində oxumaq olar.

Çərşənbə gününün axşamı Çeçenistan lideri Ramzan Kadırovun İnstagram-dakı şəxsi səhifəsinə 2017-ci ildə qoyulan giriş qadağası qaldırılıb.

Çeçenistan lideri bir neçə post dərc edəndən sonra hesaba yenidən daxil olmaq mümkün deyil.

Ramzan Kadırov öz ilk postunu tapançasına həsr edib:

"Mənim sənə deyəcəyim çox şeylər var, dostum. Sanki bu sükutda yalnız sən və mən varıq. Səninlə neçə çətin il yaşamışıq? Mənim ləyaqətim, qeyrətim və həyatımı müdafiə edərək düşmən və yaramazlara neçə sərrast qurğuşun "sözləri"ni demisən".

Fotonun müəllifi @kass_my_ass via Tjournal

Çeçenistan lideri yazır ki, tapança haqqında "mülahizələr" hələ 2017-ci ildə hazır idi, lakin bloklanmaya görə onları sosial şəbəkəyə köçürmək mümkün olmadı.

"Çərşənbə axşamı günü mənim İnstagram-dakı səhifəmə qoyulan blok qaldırılıb. Ədalət zəfər çalıb. Buna 11 ay vaxt tələb olundu, - Kadırov yazır.

Baş vermiş səhvin təkrar olunmayacağına ümid edirəm".

Bu barədə daha geniş