Vombatların kubşəkilli qığının sirri aşkar edilib

Wombat Fotonun müəllifi EPA
Image caption Avstraliyalı bu vombat bir gecədə 100 kibşəkilli nəcis ixrac edir.

Vombatın məskəni Avstraliyadır, bu heyvan kisəlilər ailəsinə aid edilir, xarici görüşünüşü isə kiçikölçülü ayını xatırladır.

Heyvanlar arasında yalnız vombatlardan nəcisın kub şəklində çıxdığı aşkar olunub.

Alimləri uzun müddət məəttəl qoyan bu müəmmanın səbəbini Atlantadakı Georgia Texnoloji İnstitutunun bir qrup tədqiqatçısı izah edib.

Avstraliyanın bu kisəli heyvanı bir gecəyə 100-dək kubşəkilli qığ ifraz edə bilir.

Vombatlar həmin qığdan ərazini işarələmək üçün istifadə edirlər.

Kub forması qığın yuvarlanmasının, yerinin dəyişməsinin qarşısını alır.

Vombatın anusu digər məməlilərin anusu kimi dairəvidir, lakin vombatların nəcisi digər heyvanların nəcisindən fərqli olaraq kürə, silindr və ya qalaq şəklində olmur.

Alimlər aşkar ediblər ki, nəcisin kub şəklinə düşməsinə səbəb bağırsaqların dəyişən elastikliyidir.

Georgia Texnoloji İnstitutundan doktor Patricia Yang-ın rəhbərliyi altında tədqiqatçılar vombatların mədə-bağırsağını muayinə ediblər.

Müəyyən edilib ki, vombatlarda quru nəcis bağırsağın sonuncu dörddə bir hissəsində formalaşmağa başlayır.

Lakin bağırsağın ən axırıncı 8 faizlik hissəsində bağırsaq divarlarının dəyişən elastikliyi quru nəcisi bir-birindən ayrılan və ölçüsü təxminən 2 sm olan kubşəkilli qığ formasına salır.

Vombatlar sonradan qığlarından qalaq düzəldir - bu yolla onlar digər vombatlara müəyyən işarərələr verir.

"İndiyə qədər kubun hazırlanmasının iki yolu məlum olub - qəlibə tökmək və ya hansısa materaldan onu kəsmək. İndi isə biz daha bir üsulu da kəşf etmişik.", - doktor Yang deyib.

Bu barədə daha geniş