Menstrual sikl qadınların əqli sağlamlığına yaxşı təsir göstərir

Календар Fotonun müəllifi Getty Images

Aybaşıdan dərhal sonra, qadınlarda məkan hissiyyatı daha da yaxşılaşır. Üç həftə sonra isə şifahi bacarıqları pik həddinə çatır. Qadınların aylıq siklləri sən demə beyini dəyişirmiş - amma düşündüyümüz kimi yox, başqa cür.

Əvvəllər bu vəziyyət böyük "isteriya" kimi qəbul olunurdu.

Qədim Misirin sehrbaz təbiblərindən tutmuş, klassik Yunanıstanın saqqallı filosoflarına qədər kişilər bu vəziyyət üstündə baş sındırıblar. Xəbərdarlıq əlamətlərinə narahatçılıq və erotik xəyallar kimi bir çox şeylər daxil olsa da, bir şey aydın idi: bu, yalnız qadınların başına gəlir.

Platon inanırdı ki, isteriyanın səbəbi körpə daşımadığı zaman uşaqlığın, bir növ, matəmidir. Onun müasirləri isə isteriyanın, bədən içində dolaşarkən, orqanizmin müxtəlif hissələrində qapalı qaldığı an ortaya çıxdığını deyirdilər.

Bu inam, 19-cu əsrdə qadınlarda erkən vibratorlar vasitəsilə orqazm yaradılaraq pozuqluğun müalicə edildiyi vaxta qədər davam etmişdi.

Hətta indi belə, qadın biologiyasının onun beynini qarışdırdığı kimi populyar mədəniyyət mövcuddur.

Əgər bir qadın əhvalsızdırsa, ondan "ayın yenə o vaxtındasan, elə deyilmi" deyə soruşulur. Əgər özünü seksual hiss edirsə, ona ovulyasiya yaşadığı deyilir.

Əslində burada həqiqət payı çoxdur - bəzi qadınlar aybaşı ərəfəsində özlərini daha narahat və əsəbi hiss edirlər və doğrudur ki, uşaqlıq yumurta yaradan zaman seksə meylli olurlar. (Əlbəttə ki, simptomları həmişə və ya adətən bu cür izah etmək olmaz: qadınların şikayətlərinin "isteriya" kimi vəziyyətə bağlamaq tendensiyası təhlükəli nəticələrə səbəb ola bilər.)

Fotonun müəllifi Getty Images
Image caption Bəzi qadınlar aybaşı ərəfəsində özlərini daha narahat hiss edirlər, amma menstrual siklin onlara başqa təsirləri daha müsbət xarakter daşıyır.

Lakin bilinməyən bir şey var ki, menstrual sikl qadınların beyninə pozitiv yöndə də təsir göstərə bilər.

Sən demə, aybaşıdan sonra, qadınlarda məkan hissiyyatı kimi müəyyən bacarıqlar daha yaxşılaşır. Üç həftə sonra isə, kifayət qədər yaxşı kommunikatora çevrilirlər və qəribə səslənsə də, onlar qorxu hiss edən birini dərhal sezə bilirlər. Son olaraq, siklin bir hissəsində beyinləri daha böyük olur.

Bəs bütün bunlara səbəb nədir?

Bu dəyişiklərin əsas mənbəyi, yaramaz uşaqlıq yox, ay ərzində müxtəlif miqdarda estrogen və progesteron hormonları ifraz edən yumurtalıqlardır.

Hormonların əsas vəzifəsi uşaqlığı qalınlaşdırmaq və nə vaxt yumurta buraxılmasına qərar verməkdir. Onlar həm də qadının beyni və davranışlarına mühüm təsir göstərirlər.

Alimlər menstrual sikli 1930-cu illərdən bəri öyrənirlər. Araşdırma mövzusu kimi bu qədər populyarlıq təəccüblüdür və artıq biz aybaşının qadınların siqaretdən imtina etməsidən tutmuş, hər gecə gördüyü yuxulara təsirinə qədər maraqlı gücü olduğunu bilirik.

Amma bu böyüklükdə məlumat qadın biologiyasına qarşı sevgidən əldə olunmayıb. Əksinə, kişi və qadınların fərqləri və səbəbləri əsasında formalaşıb.

Bu fərqlərdən birinin misalı beynimizdədir. Cinslər arasındakı fiziki fərqlər orqanlarımıza qədər çatır və elm adamları uzun illər bunu hormonlara bağlayıblar.

"Biz əsasən bu təbii dəyişkənlikləri seks hormonlarının səviyyələri ilə ölçürük," Durham Universitetindən nevroloq Markus Hausmann deyir.

"Bu, qadınlarda menstural sikl və kişilərdə testosteron səviyyələrinin mövsümi dəyişikləri ola bilər. Bunlar hamısı tam təbii təcrübələrdir."

Fotonun müəllifi Getty Images
Image caption Menstrual sikllər boyu beynin dəyişikliyi - məkan bacarıqlarından, seksual istəklərə qədər

Qadınları fərqli edən digər nüans onların üstün sosial bacarıqlarıdır. Qadınların empati hissi daha güclüdür və daha yaxşı məntiqə malikdirlər. Yəni, onlar digər insanların özlərindən fərqli yanaşmaya sahib olduğunu anlayışla qarşılayırlar.

Eləcə də daha yaxşı kommunikasiya bacarıqları olur. Məhz buna görə də oğlan uşaqlarına daha çox yüksək funksiyalı autizm diaqnozu qoyulduğu düşünülür. Qızlar simptomları gizlətməkdə daha üstündürlər.

"Qızlar oğlanlardan daha tez dil açır, şifahi mənada qadınlar kişilərdən daha səlisdirlər və tələffüzdə də kişilərdən daha bacarıqlıdırlar," Chicago-da yerləşən Illinois Universitetindən Pauline Maki deyir.

Fotonun müəllifi Getty Images
Image caption Qadınların şifahi bacarıqları bəlkə də təkamülün məlumatları övladlarına ötürmə nəticəsi kimi daha yaxış inkişaf edib.

Bu sosial üstünlüyün min illər öncə təkamül etdiyi zənn edilir. Belə ki, həyati vacib məlumatları övladına ötürmək üçün ananın rolu daha mühüm olub.

Bəs hormonların hər hansı rolu varmı? Və əgər varsa, bu nə dərəcədədir?

Hormonal balans

2002-ci ildə Baltimore-da yerləşən Gerontologiya Araşdırma Mərkəzində Maki və həmkarları hər ay dəyişən estrogen səviyyələrinin qadının bacarıqlarına təsirini araşdırıb.

Hər iştirakçı iki dəfə yoxlanışdan keçirilib: bir dəfə estrogen və progesteron səviyyələrinin aşağı olduğu aybaşı qurtardıqdan dərhal sonra və növbəti dəfə estrogen və progesteron səviyyələrinin yuxarı olduğu ovulyasiyadan bir həftə sonra.

Bu kiçikçaplı araşdırma idi və 16 qadın üzərində aparılırdı. İştirakçılardan müxtəlif məntiqi testlər etmək tələb olunub. Nəticələr isə kifayət qədər diqqətəlayiq olub.

Müəyyənləşib ki, bədən sistemlərində daha çox dişi hormonları olan zaman iştirakçılar, kişilərin daha yaxşı bacardıqları şeylərdə son dərəcə pis (məsələn, məkan hissiyyatı) və qadınların bacardığı şeylərdə daha da yaxşı (məsələn, yeni sözlər yaratmaq bacarığı) nəticə göstərirlər.

Hormon səviyyələri aşağı olan zaman isə məkan hissiyyatı bərpa olunub.

Fotonun müəllifi Getty Images
Image caption Kişilərdə daha yaxşı inkişaf edən məkan hissiyyatı bacarığı qadınlarda aybaşıdan sonra, daha yaxşı olur.

Qadın hormonları yüksək olan zaman bir bacarıq özünü daha yaxşı büruzə verib: şüuraltı, asanlıqla xatırlanan yaddaş.

Bu cür söz yaddaşı kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün çox əhəmiyyətlidir. Bu zaman biz heç vaxt eşitmədiyimiz müasir bir söz və ya ifadəni daha tez yadda saxlayıb, istifadə edirik.

Fotonun müəllifi Getty Images
Image caption Qadın hormonları daha yüksək olan zaman yeni sözlər tapmaqda daha yaxşı nəticələr göstəriblər

Nəticədə Maki inanır ki, aylıq dəyişiklərin əsas səbəbi estrogen hormonudur.

Bu hormon beynin iki qonşu hissəsinə təsir edir.

Birincisi xatirələri yaddaşa çevirən dənizatı formalı hipokampusdur. Çoxsaylı dəlillər də göstərir ki, hipokampus sosial bacarıqlar üçün mühüm əhəmiyyət kəsb edir.

Belə ki, öz təcrübələrini yada salaraq, başqalarının başına gələnləri anlayışla qarşılamaqda kömək olur. Beyinin bu hissəsi hər ay qadın hormonları yuxarı səviyyədə olarkən daha da böyüyür.

İkinci isə amigdaladır ki, emosiyalarımızı emal etməyə kömək edir. Xüsusilə də mübarizə aparmaq və ya qaçmaq qərarı və qorxu kimi emosiyaların emalına.

Amigdala həm də sosial səhvlərdən yayınmağa kömək olur. Çünki insanın qorxusunu anlamaq - və bizim də qorxub-qorxmayacağımıza qərar vermək - üçün dünyanı onların perspektivindən görmək lazımdır.

Bu bacarığa sahibsinizsə, onu başqa vasitələrlə öz xeyrinizə istifadə edə bilərsiniz. Məsələn, mənəvi qərarlar vermək və ya hətta kiçik yalanlar söyləmək üçün.

Fotonun müəllifi Getty Images
Image caption Sistemlərində qadın hormonları çox olan zaman qadınlar, məsələyə başqalarının nöqteyi-nəzərindən baxmağı daha yaxşı bacarırlar.

Sən demə, qadınların qorxunu tanımaq bacarıqları hər ay estrogen səviyyəsi ilə artır. Əgər buna cavabdeh estrogen hormonudursa, demək ki, qadınların ümumiyyətlə daha yaxşı sosial bacarıqlara sahib olmasının açması da budur.

İdeyaya dəstək kimi, estrogen ifraz etmək qabiliyyətindən məhrum qadınların qorxunu daha pis sezdiyi və daha zəif sosial bacarıqlara sahib olduğunu irəli sürmək olar.

Maki inanır ki, menstrual sikllərin beynimizdə təsiri təsadüfdür. İllər boyu tədqiqatçılar aylıq dəyişikliklərin bir təkamül üstünlüyü olduğunu düşünüblər.

Misal üçün, ovulyasiya əsnasında qadınların daha cüssəli və simmetrik kişilərə üstünlük verməsi kimi. Lakin bir neçə böyük miqyaslı araşdırmalar bunun yanlışlığını üzə çıxarıb.

Beyin gücü

Mövcudluğunun səbəbindən asılı olmayaraq, qadınların beyinlərinin aylıq transformasiyası üstünlük kimi qəbul edilə bilər.

Buna səbəb isə kişi və qadın beyinlərinin fərqindədir. Bir işin öhdəsindən gəlmək - məsələn, riyaziyyat misallarını həll etmək üçün qadınlar beyinin bir tərəfi əvəzinə, hər iki tərəfini istifadə edir.

Sol-sağ bölgüsü isə nisbətən sabitdir.

"Beyinin bir tərəfli işləkliyi özünü adətən əllərin istifadəsi zamanı büruzə verir," Hausmann deyir.

"Misal üçün mən sağaxayam. Bu mənə dilin beynimin hansı hissəsində yerləşdiyindən xəbər verir. Sağ əllilərin əksəriyyətində dil beyinin sol tərəfində yerləşir."

Bir çox canlılar bu cür yarandığına görə xüsusiləşmənin faydalı olduğu düşünülür.

Fotonun müəllifi Getty Images
Image caption Qadınlar daha çox beyinlərinin hər ikisi hissəsindən istifadə etdiklərinə görə, düşüncə tərzləri daha elastik olur

Qadınların beyninin kiçikliyi isə böyük bir sirdir. Lakin bu da dəyişkəndir.

Belə ki, 2002-ci ildə Hausmann, başqa dişi əlamələtlərində olduğu kimi hər ay artan estrogen və proqesteron səviyyəsinə uyğun olaraq beyinin hər iki tərəfindən istifadəsi tendensiyası da artdığını aşkarlayıb.

Bunun bir mümkün üstünlüyü isə qadının düşüncə tərzindəki elastiklidir.

"Ay ərzində beyinləri müxtəlif formalara məruz qalan insanların, müəyyən problemi fərqli üsullarla həll etdiyinə şahid olmaq mümkündür," Hausmann deyir.

"Beyinlərinin sol yarımkürəsinə arxalanan insanlar problemləri məntiqi üsulla həll etməyə meylli olduqları halda, sağ yarımkürəyə arxalanan insanlar məsələnin həllində vahid proseslərə etibar edə bilərlər."

Növbəti dəfə hormonal olub-olmadığınızı soruşan birinə hə, lakin bu heç də pis şey deyil deyə cavab verə bilərsiniz.

Bu barədə daha geniş