Yer Günəş qasırğasına məruz qalanda nələr baş verə bilər?

Solar storms taking place on the sun Fotonun müəllifi Getty Images

Güclü Günəş qasırğası Yerdə rabitənin işini poza bilər və güclü iqtisadi zərərin dəyməsinə səbəb ola bilər, alimlər xəbərdarlıq edir.

Günəş qasırğaları niyə belə dağıcıdır?

1972-ci ildə Vyetnamın ərazi sularında onlarla dəniz minası müəmmalı tərzdə partlayıb.

Bu yaxınlarda təsdiqlənib ki, bunun səbəbi Günəş qasırğaları olub, həmin qasırğalar Yerin maqnit səhəsinin ahəngini ciddi dərəcədə poza bilər.

Bu gün buna bənzər hadisələrin nəticəsi daha ciddi ola bilər - peyklərdən tutmuş elektrik şəbəkələrin fəaliyyətini təmin edən texnologiyaların işini poza bilər.

Bu cür gözlənilməz hadisədən təkcə Britaniya iqtisadiyyatına təxminən 20,6 milyard dollar zərər dəyə bilər.

Günəşdə hansı proseslər gedir?

Günəş tərkibi qaynayan, elektrik yüklü hidrogen kütləsindən ibarətdir. Bu kütlə hərləndikcə mürəkkəb maqnit sahəsinin enerjisi artır.

Bu maqnit enerjisi Günəş püskürtüləri və Günəş qasırğaları şəklində Günəşin daxilindən kosmik fəzaya atılır.

Günəş püskürtüləri Yerdə radio rabitəni pozursa, Günəş qasırğaları daha böyük təhlükə yaradır.

Hər bir qasırğada olan enerji Yer üzündə olan bütün nüvə arsenalının enerjisindən 100 min dəfə çoxdur, düzdür, bu enerji nəhəng ölçüsü olan bir məkana yayılır.

Fotonun müəllifi Getty Images
Image caption Finlandiya üzərində Şimal Qütb parıltısı

Günəş kosmik fəzaya bütün istiqamətlərdə püskürtülər tullayan, fırlanan nəhəng fişəngə bənzəyir.

Həmin püskürtülərdən hansısa, Yer istiqamətində buraxılanda elektromaqnit təsir nəticəsində Yerin maqnit sahəsində uzun quyruğa bənzər bir deformasiya əmələ gəlir.

Həmin deformasiya olunmuş hissə əvvəlki vəziyyətinə qayıdanda isə özü ilə birgə Yer kürəsi istiqamətində eletrik yüklü hissəcikləri də sürətləndirir.

Lakin Yerin maqnit sahəsinin digər, daha ciddi nəticələri ola bilər.

Güman olunduğuna görə, 1972-ci ildə dəniz minalarını partladan məhz Günəş qasırğası olmuşdu.

Həmin minalar metal gövdəsi olan gəmilərin yaxınlaşması zamanı maqnit sahəsinin dəyişməsinə reaksiya verərək partlamalı idilər. Lakin mühəndislər Günəş qasırğasının da maqnit sahəsinə təsir edə biləcəyini nəzərdən qaçırmışdılar.

Müşahidələr

Alimlər qasırğanın yaranmasının səbəbini və qasrğa baş verəndən sonra kosmik məkanda püskürtüləri necə izləməyin yolunu axtarmaqdadırlar.

Yerin maqnit sahəsinin 19-cu əsrin ortalarından bu yana aparılan müşahidələrin xronologiyasına əsaslan Günəş qasırğalarının təxminən hər 100 ildən bir baş verdiyini güman etməyə əsas verir.

Fotonun müəllifi Getty Images
Image caption Peykin buraxılışını izləyən müşahidəçilər.

Günəş qasırğasının püskürdüyü yüksək enerjili hissəciklər kosmik aparatların və təyyarələrin miniatür elektron cihazlarını sıradan çıxara bilər, qasırğanın yaratdığı güclü elektromaqnit sahə isə Yerin elektrik şəbəkəsinin işini poza bilər.

Proqnozlaşdırma

Bütün dünya boyu, ABŞ-dan tutmuş Avstraliyaya qədər alimlər Günəşdə gedən prosesləri izləməklə qasırğaları oncədən proqnozlaşdırmağa çalışırlar.

Hər şey düzgün alınanda, qasırğanın Yerə təsir edəcəyini hadisədən 6 saat əvvəl proqnozlaşdırmaq mümkündür. Bu, hazırlıq üçün elə də çox vaxt qoymasa da, proqnozlaşdırma Britaniya iqtisadiyyatına dəyə bilən zərəri 20,6 milyard dollardan 3,9 milyard dollaradək azalda bilər.

Fotonun müəllifi Getty Images
Image caption Mauna Kea Observatoriyası - Havay Adaları

Hökümət agentlikləri enerji şirkətləri, kosmik agentliklər və aviaşirktlərlə əlaqə yaradaraq onların kosmik məkanda kritik hava şəraitinin fəsadlarını minimallaşdırmaq üşün müvafiq planlarının olub-olmaması ilə maraqlanır.

Misal üçün belə hallarda kifayət miqdarda ərzaq, dərman, su və yanacaq ehtiyatının olması olduqca vacibdir.

Bəzi peyklərlə rabitə pozulduğu hallarda, sat-nav adı ilə tanınan kosmik naviqasiya proqramları və peyk televisiyasının işi kəsilə bilər.

Alimlər təyyarələrin və kosmik gəmilərin elektrik cihazlarının dayanıqlığı və davamlılığını təmin etmək üçün Günəş qasırğalarının öyrənilməsini və tədqiqini davam etdirirlər.

Fotonun müəllifi Getty Images

Kosmik havanın dəqiq proqnozu Günəş qasırğası və digər kritik hava şəraiti hallarında opertorlara nəqiyyat vasitələrini, gəmiləri və digər növ avadanlığı qasırğa sovuşana qədər qorumağa imkan verir.

Misal üçün Şimal Qütb parıltısı zamanı aviadispetçerlər Avropadan Şimali Amerikaya Arktika üzərindən uçan təyyarələrin marşrutunu elə dəyişirlər ki, təyyarələr Şimal Qütb üzərində toplaşa yüksək enerjili hissəciklər axını ilə toqquşmasın.

1972-ci ildən bəri kosmik hava şəraitinə dair məlumat bazası xeyli artıb, lakin müasir texnologiyaların durmadan inkişaf etməsi Günəş püskürtüləri və qasırğalarından yarana biləcək ən mürəkkəb fəsadların qarşısının alınmasının təmin olunmasını tələb edir.

Bu barədə daha geniş