Meksikanın qəhrəman itləri şəkillərdə

Fotonun müəllifi Santiago Arau
Image caption Ecko (solda) ve Evil adlı itlə qoruyucu gözlüklər taxılmış vəziyyətdə.

Meksika Dəniz Qüvvələrinin axtarış-xilasetmə itləri 2 il əvvəl baş verən zəlzələdən sonra məşhurlaşıb. Onların arasında ən məşhuru Frida adlı köpəkdir. Meksikalı fotoqraf Santyaqo Arau Twitter hesabında digər itlərin də fotoşəkillərini paylaşıb.

Santiago Arau, zəlzələ zamanı dağıntılar altında qalan insanları axtararkən gözlərini tozdan və kimyəvi maddələrdən qorumaq üçün xüsusi gözlük taxılmış itlərin fotoşəkillərini çəkib.

Fotonun müəllifi Santiago Arau
Image caption Eska ve Eros itləri gözlüklərsiz.

2017-ci ilin sentyabrında itlər Meksikanın mərkəzi bölgələrində baş verən zəlzələnin ardınca aparılmış axtarış və xilasetmə işlərində mühüm rol oynayıb. Paytaxt Mexico City və qonşu bölgələrdə dağıntılar altında qamış yüzlərlə insanın xilas edilməsi işində xüsusi hazırlanmış axtarış itlərinin böyük köməyi dəyib.

Fotonun müəllifi Getty Images

Fəlakətdən sonra Frida adlı bir it Meksikalıların sevgilisinə çevrilib. Santiago Arau Fridanı qoruyucu gözlükleri taxılmış anda çəkib.

Fotonun müəllifi Santiago Arau

Frida və onun baxıcısı Israel Arauz Zalinas zəlzələdən sonra televiziya ulduzlarına çevrildilər. Arauz, Fridaya kəmər qoşqusunun nə üçün taxıldığını, həmin qoşqu vasitəsilə onu dağıntılar arasında salıb çıxardığını, itin ayaqlarına rezindən hazırlanmış xüsusi ayaqqabıların nə üçün geydirildiyini izah edib.

Fotonun müəllifi Getty Images

300-dən çox adamın ölümü ilə nəticələnən faciə zamanı meksikalılar Fridanı alqışlarla qarşılayırdılar və dağıntılar altında qalmış insanları taapacağına ümid edirdilər.

Frida zəlzələ nəticəsində çökmüş bir ibtidai məktəbin dağıntıları altında sağ qalmış bir insanı tapıb xilas etmişdi.

Dəniz qüvvələri rəsmilərinin bildirdiyinə görə, Frida, axtarış-xilasetmə sahəsində qulluq etdiyi dövr ərzində 50-dən çox insanın tapılmasına kömək edib və onun sayəsində dağıntılar altından 12 insan sağ çıxarılıb.

Fotonun müəllifi Getty Images
Fotonun müəllifi Getty Images

Frida'nın resimleri sprey boyalarla duvarlara çizilirken, Puebla halkı Frida ve bakıcısının bronz heykelini dikti.

Ancak fotoğrafçı Santiağo Arau için Frida'nın donanmada görev yapan tek köpek olmadığının bilinmesi önemliydi.

Frida'nın çalışma arkadaşları Belçika çoban köpekleri, Ecko, Evil, Eska, Eros, Acertijo ve Nahaul'un (aşağıda) fotoğraflarını çekti.

Meksikada boya ilə çəkilmişFrida köpəyinin təsvirlərinə binaların divarlarında rast gəlmək olar, Puebla bölgəsində Fridaya bürüncdən heykəl qoyulub.

Fotoqraf Santiağo Arau öz Twitter səhifəsində Dəniz Qüvvələrində qulluqxidmət çəkən digər qəhrəman itlərin də şəkillərini paylaşıb.

Onların arasında Belçika çoban itləri olan Ecko, Evil, Eska, Eros, Acertijo və Nahaul (aşağıda göstərilib) adlı itlərin də şəkilləri var.

Fotonun müəllifi Santiago Arau

İtlərəin baxıcıları deirlər ki, 2010-cu ilin Haiti zəlzələsi kimi fəlakət bölgələrinə göndərilməkdən əvvəl axtarış itlərinə bir ilədək məşq keçilir

Fotonun müəllifi AFP
Image caption Meksika Dəniz Qüvvələrinin axtarış-xilasetmə xidmətinin əməkdaşları itlərilə birlikdə 2010-cu ildə Haitidə baş vermiş zəlzələdə zərərçəkənləri xilas etməyə yollanırlar.

Santiago Arau-nun bu Twitter paylaşımı meksikalı istifadəçilər tərəfindən alqışlanıb.

Bəzi istifadəçilər öz itlərinin də şəkillərini paylaşaraq itləri görüşdürmək, Fridaya erkək dost it tapmaq təşəbbüsünü bildiriblər.

Bir qadın isə hətta Meksika bayrağındakı qartal təsvirini Frida köpəyin təsviri ilə əvəzləməyi təklif edib.

Bu barədə daha geniş