Ukraynada 30 günlük hərbi vəziyyət tətbiq edilib

Parlamentin qərarına görə, 28 Noyabrdan etibarən 30 gün müddətində Rusiyaya sərhəd bölgələrində hərbi vəziyyət tətbiq ediləcək. Fotonun müəllifi EPA
Image caption Parlamentin qərarına görə, 28 Noyabrdan etibarən 30 gün müddətində Rusiyaya sərhəd bölgələrində hərbi vəziyyət tətbiq ediləcək

Ukrayna bazar günü üç dəniz gəmisi və 23 ekipaj üzvünün Rusiya tərəfindən ələ keçirilməsindən sonra ölkənin bir hissəsində hərbi vəziyyət elan edib.

Qərara görə, 28 Noyabrdan etibarən 30 gün müddətində Rusiyaya sərhəd bölgələrində hərbi vəziyyət tətbiq ediləcək.

Hadisədən sonra Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyətin elan olunması haqqında qərarının tətbiqi üçün sərəncam imzalayıb. Deputatlar onun tələbini dəstəkləyib.

Hökumət indi ictimai mitinqləri məhdudlaşdıra və mətbuatı tənzimləyə bilər.

Krım yarımadasının sularında baş verən hadisə iki ölkə arasında gərginliyin artması deməkdir.

Hadisədə iki silahlı qayığın və təyyarənin ələ keçirildiyi və bir neçə ukraynalı dənizçinin yaralandığı deyilir. Hadisəyə görə tərəflər bir-birini günahlandırır.

Fotonun müəllifi AFP
Image caption Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında prezident Petro Poroşenko Rusiyanın hərəkətlərini "əsassız və sərsəm" adlandırıb.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında prezident Petro Poroşenko Rusiyanın hərəkətlərini "əsassız və sərsəm" adlandırıb.

O deyib ki, bazar ertəsi günü parlamentə hərbi vəziyyətin tətbiq olunması üçün müraciət edəcək.

Lakin Ukrayna prezidenti bu addımın "müharibə bəyannaməsi" olmadığını vurğulayıb.

"Ukrayna heç kimə qarşı mübarizə etməyi planlaşdırmır", o deyib.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi orduya tam döyüş hazırlığı barədə əmr verildiyini açıqlayıb.

Fotonun müəllifi AFP
Fotonun müəllifi Getty Images
Image caption Bazar ertəsi axşamı təxminən 150 nəfər Kiyevdə Rusiya səfirliyinin önündə toplaşıb.
Fotonun müəllifi Reuters
Image caption Bazar günü gecəsi onlarla ukraynalı Kiyev şəhərindəki Rusiya Səfirliyinin qarşısında toplaşıb və səfirlik avtomobilinə od vurulub.

Bazar ertəsi axşamı təxminən 150 nəfər Kiyevdə Rusiya səfirliyinin önündə toplaşıb. Onlardan bəziləri yandırıcı maddələr atıb və nəticədə azı bir maşın alovlanıb.

"Bu gün buraya Rusiyanın bugünkü hərəkətlərinə, hərbiyyəmizin atəşə tutulmasına etiraz etmək üçün toplaşmışıq", Oleksiy Ryabov Reuters xəbər agentliyinə deyib.

"Çox qəzəbliyik. Biz uzun müddət əvvəl bu ölkə ilə diplomatik əlaqələrimizi ayırmalı idik", o deyib.

Son zamanlar Qara dənizdə və 2014-cü ildə Rusiyaya birləşdirilmiş Krım yarımadasının Azov dənizində gərginlik artıb.

Böhran necə yaranıb?

Böhran Rusiyanın Ukrayna gəmilərini qeyri-qanuni yollarla sulara daxil olmaqda günahlandırması ilə başlayıb.

Səhər saatlarında Ukraynanın Berdyansk və Nikopol kanoner qayıqları və Yan Kapa yedək gəmisi Odessanın Qara dəniz limanından iki ölkənin paylaşdığı Azov dənizindəki Mariupola getməyə çalışıb.

Ukrayna bildirir ki, Rusiya gəmiləri dayandırmağa çalışıb.

Fotonun müəllifi Reuters
Image caption Berdyansk gəmisi (Arxiv foto)

Gəmilər Azov dənizinə yeganə çıxış olan Kerç Boğazına doğru üzməyə davam edib, ancaq rusların körpünün altına yerləşdirdikləri bir tanker tərəfindən qarşıları alınıb.

Rusiya əraziyə iki döyüş təyyarəsi və iki vertolyot göndərib. Rusiya gəmiləri sulara qeyri-qanuni yollarla girməkdə günahlandırır və hərəkətin təhlükəsizlik səbəbindən dayandırıldığını söyləyir.

Daha sonra Ukrayna donanması bölgədən çıxmağa çalışdıqları üçün gəmilərin vurulduğunu və sıradan çıxarıldığını, altı ekipaj üzvünün yaralandığını deyib.

Daha sonra Rusiyanın Federal Təhlükəsizlik Bürosu patrul gəmilərindən birinin üç Ukrayna gəmisini ələ keçirmək üçün güc tətbiq etdiyini təsdiqləyib, ancaq yalnız üç dənizçinin yaralandığını söyləyib.

Ukrayna gəmilərinin dənizdən Mariupola hərəkət planı barədə Rusiyaya xəbər verdiyini bildirir.

Bu barədə daha geniş