Məhəmməd Salah: Misirli futbolçu it və pişiklərlə bağlı mübahisəyə qoşulub

Liverpool forvardı özünün Siam pişiklərilə şəklini çəkib. Fotonun müəllifi Mo Salah
Image caption Liverpool forvardı özünün Siam pişiklərilə şəklini çəkib.

Misirli futbol ulduzu, İngiltərənin Liverpool komandasının hücumçusu Məhəmməd Salah Misirdə evsiz itləri və pişikləri ixrac etmək planlarına qarşı çıxıb.

Ehtiyat olunur ki, həmin heyvanlardan qida kimi istifadə oluna bilər.

"Pişiklər və itlər heç yerə ixrac olunmayacaq. Bu, olmayacaq və ola da bilməz", - Salah Twitter hesabında yazıb.

Heyvanların hüquqlarını müdafiə fəallarını bu qərar hiddətləndirib, çoxları bu təcrübəyə son qoyulmasını tələb edir.

Misir küçələrində evsiz it və pişiklər çoxdur.

Qalmaqal ötən həftə Misirin Kənd Təsərrüfatı Nazirliyinin 4000 it və pişiyin xaricə göndərilməsinə icazə verdiyi barədə xəbər yayıldıqdan sonra başlayıb.

Ötən çərşənbə Misirin özəl al-Masry al-Youm qəzeti bildirib ki, təxminən 2400 pişik və 1600 itin ixracına başlamaq üçün nazirlik sağlamlıq sertifikatlarının verilməsi prosesinə start verib.

Bir gündən sonra nazirliyin sözçüsü Misirin TenTV televiziya kanalına bildirib ki, heyvanlar xəstəliklərə qarşı peyvəndlənib və qanuni prosedurlara uyğun olaraq hava yolu ilə daşına bilərlər.

Rəsmilər heyvanların hansı ölkələrə və nə məqsədlə göndəriləcəyini izah etməyiblər.

İngiltərənin Liverpool və Misir millisinin hücumçusu Salah ötən gün debatlara qoşularaq "heyvanların hüquqlarının pozulmasına yox" həştəqilə Twitter-də özünün pişiklərlə şəklini yerləşdirib.

İstifadəçilərin çoxu onun bu addımını alqışlayıb.

Bəzi istifadəçilər isə qeyd edib ki, Misirin daha ciddi problemləri var. İstifadəçilərdən biri yazıb: "Gəlin, əvvəl insan haqlarına baxaq, bundan sonra heyvanların haqları barədə düşünmək olar".

Ötən ay, Margaret Azir adlı siyasətçi Misir küçələrində evsiz itlərin sayının artması problemini həll etmək üçün həmin itləri kökəldib ixrac etməyi hökümətə təklif edib. Onun bu təklifi qalmaqala səbəb olub.

Həmin siyasətçi xanım Youm7 vebsaytına bildirib ki, bəzi yerlərdə itlər "qoyun qədər qiymətlidir".

Cümə günü Misir rəsmiləri heyvanların ixracı ilə hökümətin məşğul olacağını təkzib edərək, bildiriblər ki, hökümət bu işə yalnız lisenziya verməklə məşğuldur.

Sözçü Həmid Abdel Dayim al-Hadath al-Youm nəşrinə bildirib ki, heyvanların yeyilmək üçün ixrac olunması barədə iddialar "əsassızıdr".

Lakin parlamentin deputatı Nadia Henry it və pişiklərin ixracına qadağa qoyan qanun layihəsinin hazırlanması xahişilə parlamentə artıq müraciət edib,

Bu barədə daha geniş