Argentinada Putinlə görüşdə Erdoğan İdliblə bağlı yeni sammit keçirməyi təklif edib

Erdoğan və Putin Fotonun müəllifi DHA

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Argentinada keçirilmiş G20 zirvə görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Görüşün əsas hissəsi media üçün qapalı keçib.

Görüşün əvvəlində, Erdoğanı salamlayarkən, Vladimir Putin bu yaxınlarda İstanbulda Türk Axını layihəsinin dənizdən keçən hissəsinin başa çatması ilə əlaqədar İstanbul mərasimində iştirak etdiyini xatırladıb.

"Türkiyə bir daha öz xarici siyasətinin müstəqilliyini və etibarlı partnyor olduğunu təsdiqləyib", - Vladimir Putin üzünü Recep Tayyib Erdoğana tutaraq deyib.

Putin qeyd edib ki, İstanbul görüşündən sonra Rusiya tərəfi Türkiyə prezidentindən qaynaqlanan və nəzərdə tutulan məsələlərin həllinə yönələn "impulsları" görür və buna görə təşəkkürünü bildirib.

Öz növbəsində, prezident Erdoğan Rusiya prezidenti ilə görüşdə Suriyadakı vəziyyətə diqqəti çəkib.

"Mən bu yaxınlarda İdlibdə vəziyyətlə bağlı keçirilmiş İstanbul sammitini qeyd etmək istərdim", - Erdoğan görüşün əvvəlində deyib.

Həmin sammitdə Türkiyə, Rusiya, Fransa və Almaniya iştirak ediblər.

"Düşünürəm ki, daha bir sammitin keçirilməsi düzgün olardı", - prezident Erdoğan Rusiya prezidenti Vladimir Putinə deyib.

Rusiyanın İnterfax agentliyinin bildirdiyinə görə, Türkiyə prezdenti yeni sammitin mümkün formatını da müzakirə etməyi təklif edib.

Görüşdən sonra Erdoğan jurnalistlərin sualına cavab olaraq bildirib ki, Putinlə görüşdə "həyati məsələləri" müzakirə edib.

Bu barədə daha geniş