Çində bir şirkət işçilərini ayda 180000 addım etmədikləri halda cərimələyir

Addımlayarkən Fotonun müəllifi Getty Images
Image caption Addımların sayı ilə bağlı hədəfdən daha çox geriləyən işçinin cəriməsi də daha çox olur.

Xəbərlərə görə, Çində bir şirkət işçiləri gündə 180000 addım etmədiyi halda onları cərimələyir.

Information Times nəşrinə əsasən, ölkənin cənubundakı Quançjou şəhərində mülkiyyət bazarının iştirakçısı olan bir şirkət qeyd olunan hədəfə çata bilməyən işçilərini hədəfə çatmaq üçün edilməmiş hər bir addıma görə 0,01 yuan (0.1 sent) məbləğində cərimələyir.

İşçilərdən biri bunla bağlı qəzetə bildirib ki, tez-tez iş vaxtı bitəndən sonra da işçilərin işdə qalıb işləməli olduğundan, iş vaxtının xaricində gündə azı 6000 addım etmək ağırdır.

"Başa düşürəm ki, şirkət bizi hərəkət etməyə həvəsləndirmək istəyir, amma bizim heç yatmağa vaxtımız yoxdur, qalsın ki, hədəf seçilmiş sayda addım atmağa", - həmin işçi deyib.

Yerli hüquq şirkətinin təmsilçisi Liu Fengmao deyib ki, sözügedən şirkətin işçilərinin atdığı addımları və bunu iş qabiliyyətinin meyarı kimi qiymətləndirməyə qanuni əsası yoxdur.

Hüquqşünas hesab edir ki, bu cür qaydaların yeridilməsi şirkət üçün problemlər yaradacaq.

Liu Fengmao qeyd edib ki, işçilər iş yeri xaricində gəzişmək məcburiyyətini əlavə iş vaxtı kimi, həmin gəzinti zamanı xəsarət alarlarsa, iş yerində qazanılmış xəsarət kimi öz mümkün iddialarında qiymətləndirə bilərlər.

Çində populyar Sina Weibo mikrobloq saytının istifadəçiləri sözügedən şirkətdə yeridilmiş qaydalardan məəttəl qaldıqlarını bildiriblər.

"Deyəsən, bu şirkət öz işçilərindən pul dartmaq üçün bəhanə axtarır", - istifadəçilərdən biri yazıb.

Bəzi istifadəçilərsə bu yeniliyin son nəticədə işçilər üçün xeyirli olduğunu zənn edirlər.

"Bunun müsbət tərəfi sağlamlığınıza dəyən xeyirdir!" - daha bir istifadəçi qeyd edib.

Bu barədə daha geniş