Dünyada ötən həftə şəkillərdə: 1-7 dekabr 2018

Dünyada ötən həftə baş vermiş bəzi hadisələrə fotokameranın gözü ilə baxış.

Paris, Fransa Fotonun müəllifi Stephane Mahe/REUTERS
Image caption Fransada "sarı gödəkcələr" hərəkatı etiraz aksiyalarını davam etdirib. Parisdə etirazçılar Zəfər Tağı yaxınlığında küçə yürüşü keçiriblər. Yanacağın bahalaşmasına etirazdan başlayan bu hərəkat indi təhsil sahəsində də islahatların keçirilməsini hökümətdən tələb edir.
Presentational white space
Former President George W Bush speaks at the state funeral for his father, former President George HW Bush Fotonun müəllifi Alex Brandon/Pool via REUTERS
Image caption Keçmiş ABŞ prezidenti George W Bush-un emosional anları - şəkil onun atası, keçmiş prezident George HW Bush-un dəfn mərasimində çəkilib. Dövlət səviyyəsində təşkil edilmiş dəfn mərasimi Washington-da keçirilib. Ata Bush 94 yaşında vəfat edib. O, 1989-1993 illərdə ABŞ prezidenti vəzifəsini sayca 41-ci prezident olaraq tutub.
Presentational white space
London Santa Run, Victoria parkı Fotonun müəllifi Peter Nicholls/REUTERS
Image caption Londonun Victoria parkında Şaxta Babalar qaçış yarışında (Santa Run) iştirak etməyə hazırlaşırlar. Milad və Yeni İl bayramları qabağı təşkil edilən bu tədbir artıq 10-cu ildir ki, Londonda keçirilir. Qaçış yarışı 5km və 10 km məsafələrə keçirilir. Tədbirdən yığılan pullar xeyriyyə məqsədlərinə yönəldilir.
Presentational white space
Boliviyada, La Paz Fotonun müəllifi Sara Aliaga/REUTERS
Image caption Boliviyada, La Paz şəhərində etirazçılar polislə toqquşub. Etirazlara səbəb prezidenti Evo Morales-in 2019-cu ildə prezident seçkilərində növbəti dəfə namizədliyini irəli sürmək planları olub.
Presentational white space
Keniyada Rəqs Mərkəzinin iştirakçıları Fotonun müəllifi YASUYOSHI CHIBA/AFP
Image caption Keniyada Rəqs Mərkəzinin iştirakçıları tamaşadan qabağ bir araya toplaşıblar. Onlar Nayrobi Milli Teatrında Şelkunçik baletində ifaçı kimi iştirak etməyə hazılarşırlar.
Presentational white space
Piazza San Pietro, Vatican Fotonun müəllifi TIZIANA FABI/AFP
Image caption Çex sənətkarı Radovan Zivny Vatikanda San Pietro meydanında qumdan xristian dini mövzusunda abidə qurur. Heykəltaraş bu abidəni qumdan yaradır.
Presentational white space
Qazaxıstan Fotonun müəllifi Pavel Mikheyev/REUTERS
Image caption Qazaxıstanda, Almatı şəhəri yaxınlığında keçirilən ənənəvi qartal ovu tədbirin iştirakçıları. Qazaxlar əsrlər boyu ova qartal, şahin, qırğı ilə çıxırlar.
Presentational white space
Herat, Afghanistan Fotonun müəllifi HOSHANG HASHIMI/AFP
Image caption Əfqanıstanda, Heratda kömür satan oğlan kömürü ələkləyir.
Presentational white space
Bollywood aktrisası Priyanka Chopra və amerikalı müğənni Nick Jonas Fotonun müəllifi Adnan Abidi/REUTERS
Image caption Bollywood aktrisası Priyanka Chopra və amerikalı müğənni Nick Jonas evləniblər. Onların toyu Hindistanda Yeni Dehlidə keçirilib.
Presentational white space
Londonun Clarence House bağlarında Cornwall qrafinyası Camilla şimal marallarına baxır. Fotonun müəllifi Kirsty Wigglesworth/PA
Image caption Londonun Clarence House bağlarında Cornwall qrafinyası Camilla şimal marallarına baxır.

ŞəkillərŞəkillər: Britaniyaya payız gəlib müəlliflik hüququ ilə qorunur.

Bu barədə daha geniş