Şəkillər: Fransada polislə etirazçılar arasında toqquşmalar

Fotonun müəllifi AFP

Fransada etiraz aksiyaları, etirazçıların polislə toqquşması hər həftəsonu, xüsusilə də, şənbə günləri artıq bir aydır ki, davam edir. Etirazçılar benzin və dizel yanacağına hökümətin qiyməti kəskin artırmaq planlarından narazıdır. İndi hökümət qiymət artımı planından imtina edib.Lakin bu addım etirazların səngiməsinə gətirib çıxarmayıb.

Fotonun müəllifi AFP

Etiraz aksiyalarında iştirak edən insanlar yürüş zamanı əyinlərinə sarı gödəkcə geyinirlər, bu səbəbdən, sözügedən kütləvi etirazllara "Sarı gödəkçələr hərəkatı" adı verilib.

Fotonun müəllifi Getty Images

Bazar günü Parisin mərkəzində 5 minədək insan toplaşaraq etiraz yürüşü keçirməyə cəhd göstəriblər.

Yürüş iştirakçılarının yolunu polis qüvvələri kəsib - nəticədə, keçən həftəsonu günləri olduğu kimi, polislə etirazçılar arasında toqquşmalar baş verib.

Fotonun müəllifi AFP

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər polisin atdığı gözyaşardıcı qaz dolu balonları geri, polisə tərəf tullamağa cəhd ediblər.

Fotonun müəllifi Getty Images

Nəticədə, bu cür "futbol at-tut" oyununa polis nəfərləri də qoşulmağa məcbur oldular.

Fotonun müəllifi AFP
Fotonun müəllifi AFP

Nümayişçilər hökümətə artıq 40-dan çox bəndi olan tələblər siyahısı təqdim ediblər. Həmin syahıya minimal əmək haqqı və pensiyaların artırılması, vergi sisteminin dəyişdirilməsi və pensiya yaşının endirilməsi kimi tələblər daxil olunub.

Fotonun müəllifi EPA

Parisdə yüzlərlə etirazçı saxlanılıb. Küçələrə zirehli maşınlar çıxarılıb. Etirazçılar isə küçələrdə barrikadalar qurub.

Fotonun müəllifi Reuters

Toqquşmalar zamanı bəzi etirazçılar avtomobillərə od vurub.

Fotonun müəllifi AFP

Fransa rəsmiləri iddia edirlər ki, nümayişlərə və küçə yürüşlərinə radikal dəstələrin üzvləri də qoşulub. Lakin jurnalistlərlə danışan bir etirazçılar bildiriblər ki, aksiyalarda "adi insanlar" iştirak edir.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi AFP

Misal üçün, bu plakatda Fransa prezidentinə belə bir şüar ünvanlanıb: "Macron, biz bura uşaqlarımıza görə gəlmişik, istefa ver".

Fotonun müəllifi AFP

Daha bir etirazçının qaldırdığı plakatda isə yazılıb: "Macron, öz xalqını yedizdir".

Bu barədə daha geniş