"Beş göz" alyansı Huawei şirkətinə qarşı: Qərblə Çin arasında texnoloji hegemoniya uğrunda savaş

Huawei-in Qərbdə bəxti gətirəcəkmi? Fotonun müəllifi AFP
Image caption Huawei-in Qərbdə bəxti gətirəcəkmi?

Huawei şirkətinin təsisçisinin qızının Kanadada həbsi texnologiyalar və ticarət sahəsində Qərblə Çin arasında hegemoniya uğrunda xalçaaltı mübarizəni üzə çıxarmış oldu.

Təhlükəsizlik sahəsində ekspertlər onilliklər ərzində güzəştsiz "standartlar müharibəsini" proqnozlaşdırırlar.

Huawei-in telekomunikasiya avadanlığı faktiki olaraq ABŞ, Avstraliya və Yeni Zelandiyada qadağan olunub. Qərbin ingilisdilli ölkələrinin "Beş göz" adlandırılan xüsusi xidmətləri alyansının yalnız iki üzvü - Kanada və Britaniya - hələ ki, Çin telekomunikasiya nəhəngilə açıq qarşıdurmaya getməyib.

Meng Wanzhou-nun Kanadada həbsindən sonra qalır yalnız Britaniya, amma orada da davakar səslər getdikcə daha ucadan eşidilməkdədir.

ABŞ, Avstraliya və Yeni Zelandiya təhlükəsizlik risklərini əsas tutaraq mobil rabitənin beşinci nəsli olan 5G şəbəkəsi üçün avadanlığın alınmısını qadağan edib.

Chatham House analitik mərkəzin kiber təhlükəsizlik üzrə mütəxəssisi Emily Taylor hesab edir ki, son on ildə ticarət və texnologiyalar sahəsində əməkdaşlıq ab-havası xeyli dəyişib.

"10 il bundan əvvəl nikbinlik daha çox idi", - o deyir.

İndi isə həm Çində, həm də ABŞ-da hakimiyət dəyişib. Pekin açıq bildirir ki, gələcəyin texnologiyaları sahəsində Qərbi ötmək niyyətindədir.

Washington isə çinliləri intellektual mülkiyyəti oğurluqda ittiham edərək onlara qarşı ticarət müharibəsi elan edib.

Fotonun müəllifi AFP
Image caption Çinlilər - Trump-ın xarici siyasətinin əsas hədəfidir.

Huawei-in maliyyə direktoru Meng Wanzhou-nun Kanadada həbsinə də çoxları məhz bu müharibənin prizmasından baxırlar.

Ona qarşı irəli sürülən ittihamın təfsilatları məlum deyil, amma ABŞ-da bu şirkətin İrana qarşı sanksiyaları pozduğu ehtimalı araşdırılır.

Chatham House-dan Emily Taylor bu hadisəni Qərblə Çin arasında 5G sürətli mobil rabitə texnologiyası sahəsində birincilik uğrunda rəqabətin bir epizodu sayır.

"Bu müharibənin məqsədlərindən biri - öz istehsalçılarının avadanlığına və texnologiyasına üstünlük verən ölkənin bunun nəticəsi kimi ticarətdən əldə etdiyi qazancdır. Çin isə, güman olunduğu kimi, 5G texnologiyalarında dünyada hamıdan irəlidədir", - Emily Taylor deyir.

Ütüdə də Çin texnologiyası olacaq?

Bu məsələ nəyə görə məhz indi qalxıb? Huawei uzun müddətdir ki, Qərbə avadanlıq ixrac edir - həm mobil rabitə, həm də kabel şəbəkələri üçün və əksər ölkələr Çin şirkətlərinin işindən narazalıq bildirmirdi.

Çünki 5G tamam başqa məsələdir, Britaniyadakı Rusi tədqiqat şirkətinin müdafiə eksperti Ewan Lawson hesab edir.

Fotonun müəllifi Corbis/Getty Images
Image caption 5G mobil rabitə sistemi "əşyalar internetinə" yol açacaq.

"Burada iki amil öz rolunu oynayır: 5G şəbəklərinə hər şey qoşulacaq, biz "əşyalar internetinə" doğru hərəkət edirik. Və xarici avadanlığa əvvəllər münasibət daha mülahim idi, Amma indi hər şey dəyişib," - o deyir.

Bu zaman Huawei şirkətinin tarixi də nəzərə alınır. Şirkətin təsisçisi və həbs olunan Meng-in atası Ren Zhengfei, hərbi mühəndisidr və Çin ordusunda informasiya texnologiyaları ilə vaxtı ilə məşğul olub. Eyni zamanda o həm də Çin Kommunist Partiyasının üzvüdür.

Huawei hökümətlə və hərbiyyə ilə hər hansı əlaqəsini həmişə inkar edib.

Lakin Çin qanunvericiliyi və dövlətin strukturu rəsmilərin iri biznesə təsiri məsələsində birmənalı nəticə çıxarmağa imkan vermir.

Meng-in həbsi, çox güman ki, İranla münaqişədən daha çox Çinlə münaqişənin davamıdır, Chatham House-dan Emily Taylor deyir.

"Beş göz" alyansın iştirakçılarından biri - Avstraliya - hələ 6 il əvvəl öz mobil operatorlarına milli genişzolaqlı internetə çıxış üçün Huawei və daha bir Çin şirkəti olan ZTE-nin avadanlığından istifadəni qadağan etmişdi, avqust ayında isə bu qadağa 5G şəbəkələrinə də şamil olunmuşdu.

Bunun ardınca qonşu Yeni Zelandiya da analoji qadağa tədbirləri gördü. ABŞ isə öz daxili bazarını çinlilər üçün çoxdan bağlayıb.

Fotonun müəllifi VCG/Getty Images

Huawei təəssüfünü və kompromis axtarmağa hazır olduğunu bildirərək dünya boyu öz avadanlığının geniş istifadə olunduğunu xatırladıb.

Bu ilin yazında çinlilər Rusiyanın "Vımpelkom" şirkətilə 5G şəbəkəsinin inkişafı ilə bağlı müqavilə imzalayıblar.

Britaniyada da Huawei problemsiz işləyir.

2000-ci illərin əvvəlindən BT və Vodafone şirklətləri Çin şirkətindən 2G, 3G və 4G, şəbəkələri üçün avadanlıq alıblar, 5G şəbəkəsinin işə düşməsi ərəfəsində isə Huawei ilə Britaniyanın bütün iri mobil şirkətləri əməkdaşlıq edir.

Lakin vəziyyət dəyişməkdədir. Bu yaxınlarda Financial Times xəbər verib ki, hökümət mobil rabitənin təhlükəsizliyilə bağlı telekommunikasiya şirkətlərinə məktub göndərib.

Bir müddətdən sonra elə həmin qəzet bildirib ki, BT şirkəti özünün 4G şəbəkəsinə Huawei avadanlığını sökmək və onu 5G şəbəkəsilə bağlı layihələrə buraxmamaq niyyətindədir.

Britaniya çətin seçim qarşısındadır, Rusi şirkətinin təhlükəsizlik üzrə eksperti Erwan Lawson qeyd edir: "Huawei şirkətinə qarşı qadağa tətbiq etsələr, Çinin buna necə cavab verəcəyi, hansı biznes əlaqələrini qıracağı məlum deyil. İndi bunun üçün heç uyğun vaxt deyil".

Bu barədə daha geniş