“Brexit” olmayacaq? Theresa May parlamentdə əsas səsverməni təxirə salıb

May Fotonun müəllifi AFP
Image caption Theresa May deyib ki, razılaşma hazırkı vəziyyətdə parlament tərəfindən qəbul edilməsə "ölkə asılı vəziyyətdə qalacaq.

Britaniya rəhbərliyi ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsi məsələsiylə bağlı mühüm səsverməni təxirə salıb.

Britaniya rəhbərliyi ölkənin Avropa İttifaqını (Aİ) tərk etməsi məsələsiylə bağlı mühüm səsverməni təxirə salıb. Çərşənbə axşamına təyin edilən səsvermədə parlament üzvləri baş nazir Theresa May və Brüssel arasında neçə aylardır davam edən danışıqlar nəticəsində əldə edilən razılaşmaya öz münasibətlərini bildirməli idilər.

Bazar ertəsi Theresa May səsvermənin təxirə salındığını parlamentdə bəyan edib. BBC-nin siyası şöbəsinin redaktoru Laura Kuenssberg-in mənbələri əvvəlcədən səsvermənin təxirə salınacağı ehtimalı barədə xəbərdarlıq etmişdi.

Bu, niyə mühümdür?

May-in razılaşması insanların Britaniya və qitə arasında sərbəst hərəkəti və Britaniyanın mövcud sərhədləri kimi çətin məsələlər istiqamətində Brüssellə 18 ay apardığı danışıqların nəticəsidir.

Müşahidəçilərin əksəriyyəti hesab edir ki, hazırkı vəziyyəti ilə razılaşma səsvermənin tarixindən asılı olmayaraq təsdiqlənməyəcək. Bu sənədi avroskeptiklərlə yanaşı "Brexit" əleyhdarları da tənqid ediblər.

Bununla belə, əgər bu baş verərsə, martın 29-na təyin edilən Britaniyanın Aİ-nı tərk etməkdə son yolu əhəmiyyətli dərəcədə asan olacaq.

Əgər razılaşma qəbul olunmasa hadisələrin inkişafında Britaniyanı 6 mümkün variant gözləyir.

Nə baş verəcək

Parlament tərəfindən iyun ayında Aİ-nı tərk etmək barədə qəbul edilən qanun bir sıra qaydaları müəyyənləşdirir.

Əgər "May razılaşması" parlamentarilər tərəfindən qəbul edilməzsə, hökumət 21 gün ərzində yeni fəaliyyət planı təqdim etməlidir.

Fotonun müəllifi Getty Images
Image caption Seçkilər elan olunarsa Brexit əsas mövzu olacaq

Daha sonra parlament 7 gün ərzində ona səs verməlidir. Lakin hökumət daha tez də hərəkət edə bilər.

Bundan başqa, vəziyyətin dəyişməsi ehtimalı həmişə vardır. Əgər parlament razılaşmanı qəbul etməsə, hadisələrin inkişafının müxtəlif variantları mümkündür.

Lakin ən çox gözlənilən olunan aşağıdakı 6 ehtimaldır:

  • Razlaşmasız çıxış
  • Razılaşma üzrə yeni səsvermə
  • Aİ ilə yeni danışıqlar
  • Yeni ümummilli seçkilər
  • Hökumətə etimadsızlıq səsverməsi
  • Daha bir referendum

"May razılaşması" qəbul edilməyəcəyi təqdirdə parlamentarilər istənilən hökumət fəaliyyəti planına alternativ təklif etmək imkanı əldə edəcəklər.

Lakin istənilən parlament təşəbbüsü hökumət tərəfindən təsdiqlənməlidir.

1. Razılaşmasız "Brexit"

Əgər parlament təqdim olunan razılaşmanı təsdiqləməsə və martın 29-na kimi yeni razılaşma əldə etməyə cəhd etməsə, o zaman "razılaşmasız çıxış" baş verəcək.

Ehtimal var ki, hökumət bu cür tərk etməyə hazırlıq çərçivəsində hansısa qanunları qəbul edəcək. Lakin bu mütləq deyil.

Əgər parlament hökumətin Aİ-ni razılaşmasız tərk etməsi barədə qərarından narazı qalarsa, deputatlar hökumətə təsir göstərmək üçün bir sıra tədbirlər qəbul edə bilərlər.

Məsələn, onlar etimadı səsverməyə qoya bilərlər. Bu variant 5-ci bənddə yer alıb.

2. Hazırkı razılaşma üzrə yeni səsvermə

Əgər hazırkı razılaşma birinci dəfə təsdiqlənməsə, o zaman hökumət onu yenidən parlamentdə səsverməyə çıxara bilər. Burada çətinliklər var.

Cünki rəsmi olaraq deputatlardan bir parlament sessiyası çərçivəsində eyni məsələ üzrə iki səsverməni tələb etmək olmaz.

Lakin əgər hökumət Aİ-nı razılaşmaya kiçik dəyişikliklər (məsələn, qeyri-məcburi siyasi hissəsində) etməyə inandıra bilsə, o zaman razılaşma yenidən səsverməyə çıxarıla bilər.

Bundan başqa, icma palatasının katibi David Natzler "əgər palata açıq-aşkar bu arzusunu bildirərsə", o zaman iki səsvermə barədə qaydaların diqqətə alınmayacağının mümkün olduğunu bildirib.

Beləliklə, hazırkı razılaşmanın və ya ona bənzər sənədin bir qədər sonraya təyin edilən tarixdə qəbul edilməsi mümkündür. Yekunda bu sənədlə bağlı ikinci səsvermənin mümkün olub-olmadığı barədə qərarı palatanın spikeri verməlidir.

Lakin parlament üzvləri hazırkı razılaşmanın təkrar səsverməyə çıxarılmasını istəməyə bilərlər. Hökumət də hər dəfə qəbul ediləcəyi ümidlə bu layihəni təkrar-təkrar səsverməyə çıxara bilməz.

3. Razılaşmada əhəmiyyətli dəyişiklik

Hökumət yaxşı şərtlər ümidiylə Aİ ilə danışıqları davam etdirməyi təklif edə bilər.

Fotonun müəllifi Getty Images
Image caption Birləşmiş Krallıqla Aİ arasına sövdələşmənin ən mübahisəli hissəsi Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında yeganə quru sərhədidir. Hazırda Britaniya ilə İrlandiya arasında sərhəd "şəffafdır"

Biz artıq bilirik ki, yenidən səsverməyə çıxarılması üçün sənədə kiçik dəyişikiklik bir neçə həftə ərzində edilməlidir. Mühüm dəyişikliklərin edilməsi isə daha çox vaxt aparacaq.

Bunun üçün, çox güman ki 50-ci maddənin fəaliyyətini və buna müvafiq olaraq Aİ-dan rəsmi çıxışı təxirə salmaq tələb olunacaq. Bunun üçün iki addım atmaq lazımdır. Əvvəlcə Britaniya Brüsseldən təxirə salmağı xahiş etməlidir.

Aİ üzv ölkələrinin hamısı bunun lehinə səs verəcəyi təqdirdə bu xahiş qəbul edilə bilər.

Daha sonra hökumət tərk etmək barədə hazırkı qanunda "Aİ-nı tərk etmək günü" anlayışının məzmununu dəyişmək üçün hüquqi aktı səsverməyə çıxarmalıdır. Aİ gələcək danışıqlardan imtina edəcəyi təqdirdə hökumət digər variantlardan birini nəzərdən keçirməli olacaq.

4. Ümumilli seçkilər

Theresa May vəziyyətdən çıxış yolunu parlamentin dəstəyini qazanmağa kömək edəcək erkən ümummilli seçkilərin keçirilməsində görə bilər.

May özü yeni seçkilər təyin edə bilməz. Lakin 2017-ci ildə baş verdiyi kimi, o parlamentin fəaliyyəti barədə 2011-ci ildə qəbul edilən qanuna uyğun olaraq parlamentin səsverməyə çıxarılması təşəbbüsünü irəli sürə bilər.

Erkən seçkiləri parlamentin üçdə ikisi dəstəkləməlidir. Belə olan halda parlamentdəki səsvermədən 25 gün sonra seçkiləri keçirmək mümkündür.

Dəqiq tarixi isə baş nazir təyin etməlidir.

Danışıqların davam etdirilməsində olduğu kimi, bu ssenariyə də həmçinin "Brexit"in təxirə salınması barədə Avropa ittifaqına rəsmi müraciət də daxil ola bilər.

Bu erkən seçkilərlə bağlı yeganə mümkün ssenari deyil.

5. Hökumətə etimadsızlıq səsverməsi

Əgər parlament təklif edilən razılaşmanı təsdiqləməsə, müxalifət hökumətə etimad barədə səsvermənin keçirlməsinə təşəbbüs göstərə bilər.

Bu cür səsverməyə hətta May özü də, parlamentin ona etimad göstərməsi ümidylə təşəbbüs edə bilər.

Parlamentin fəaliyyətinin məhdud müddəti barədə qanuna uyğun olaraq, əgər hökumətə etimadsızlıq göstərilsə hadisələrin inkişafının bir neçə variantı var.

Əgər parlament 14 gün ərzində mövcud hökumətə və ya onun alternativ tərkibinə etimad göstərməsə o zaman yenidən seçkilər keçiriləcəkdir.

Seçkiləri 25 gündən sonra keçirmək mümkündür.

Lakin 14 gün ərzində hökumət parlamentin etimadını qazana bilsə, o zaman fəaliyyətini davam etdirəcək.

Bundan başqa, hökumət tamamilə dəyişə bilər.

Bu isə Britaniyanın başqa baş nazirlə koalisiya hökuməti və ya parlamentin etimad göstərdiyi partiya tərəfindən formalaşdırılan daha bir mühafizəkar hökumət azlığı əldə edəcəyi deməkdir.

Yeni hökumətlərdən hər birinin əlbəttə ki, "Brexit"lə bağlı öz siyasəti ola bilər.

6. Yeni referendum

Hökumət Britaniyanın Aİ-ni tərk etməsiylə bağlı daha bir referendum keçirməyə cəhd edə bilər.

Danışıqların davam etdirilməsi və erkən seçkilərdə olduğu kimi bu "Brexit" tarixinin təxirə salınmasını tələb edə bilər.

Fotonun müəllifi PA
Image caption Hökumət Britaniyanın Aİ-ni tərk etməsiylə bağlı daha bir referendum keçirməyə cəhd edə bilər.

Hazirda isə çox güman ki, martın 29-na qədər referendum keçirməyə cəhd etmək artıq gecdir.

Bundan başqa referenduma təşəbbüs elə də asan məsələ deyil.

Onun keçirilməsi barədə qaydalar siyasi partiyalar, seçkilər və referendumlar barədə qanunda öz əksini tapır.

Yeni referendum üçün, onun qaydalarını və seçicilərin minimum yaş həddini müəyyən edəcək yeni qanunvericilik aktı lazımdır.

Yeni referendumun keçirilməsi barədə qərarı qəbul etmək üçün çox güman ki, uzun vaxt lazımdır, çünki seçki komissiyası onu təsdiqləməlidir.

"Brexit" razılaşması niyə tənqid olunur

May-in təklif etdiyi razılaşma layihəsilə bağlı səsvermə "Brexit"ə hazırlıqda yeni mərhələnin başlanğıcı olacaq.

Lakin razılaşmanın özü ciddi tənqid olunur.

Birləşmiş Krallıqla Aİ arasına sövdələşmənin ən mübahisəli hissəsi Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında yeganə quru sərhədidir.

Hazirda bu sərhəd sözdə mövcuddur.

Bu mövqe Şimali İrlandiyada silahlı münaqişəyə son qoyan tarixi Mübarək Cümə sazişiylə qurulub.

"Brexit"in şərtləri barədə razılaşmada deyilir ki, əgər tərəflər arasında digər razılaşmalar əldə olunmasa, Birləşmiş Krallığın bütün ərazilərində Aİ gömrük qaydaları, Şimali İrlandiyada isə digər Avropa normaları tətbiq ediləcək.

Tənqidçilər "Brexit"ə münasibətlərindən asılı olmayaraq göstərirlər ki, bu təklif Şimali İrlandiyanı ölkənin qalan ərazisindən ayırır, Londonu üçüncü ölkə ilə şəxsi ticarət razılaşmalarına nail olmaqdan məhrum edir və onu qəbuluna heç bir təsiri göstərə bilmədiyi Avropa rəhbər orqanlarının bütün qərarlarını yerinə yetirməyə məcbur edir.

Britaniya hökuməti noyabrın 15-də Aİ-nı tərk etmək şərtləri barədə razılaşma layihəsini təsdiqləyib.

Bundan sonra kabinetin bir neçə üzvü, o cümlədən "Brexit" üzrə nazir Dominic Raab da oranı tərk edib.

Theresa May bir qədər əvvəl deyib ki, razılaşma hazırkı vəziyyətdə parlament tərəfindən qəbul edilməsə "ölkə asılı vəziyyətdə qalacaq.

Və Aİ-nı razılaşmasız tərk etmək və ya ümumiyyətlə tərk etməmək riski tamamilə real olacaq", deyə bəyan edib.

Bu barədə daha geniş