Almaniyada qızıl külçələri kim və niyə göndərir?

Qızıl Fotonun müəllifi Reuters
Image caption Almaniyanın şimalında bir sıra yerli assosiasiyalara qızıl külçələrlə ianələr göndərilib.

Almaniyanın şimalındakı kiçik şəhərdə bir sıra yerli assosiasiyalara anonim ünvandan qızıl külçələrlə ianələr göndərilib, xəbərlərdə deyilir.

Cuxhaven şəhərində ahıllar evi və heyvanların hüquqlarının qorunması assosiasiyasının ünvanına 6 dekabr Müqəddəs Nicholas Günü və növbəti gün poçtla iki qızıl külçə çatdırılıb.

Yerli icmanın daxili yardım qrupuna da poçt vasitəsilə qızıl külçələr göndərilib.

Ümumi çəkisi 500 qram olan qızıl külçələrin qiyməti təxminən 19,000 dollar təşkil edir.

Qızıl külçərlə birgə göndərilən qırmızı rəngli kağızda yazılmış məktubda deyilib: "Bu, Cuxhaven şəhərində görülən mühüm işləri dəstəkləmək məqsədilə göndərilən ianədir. Xoş və şən vaxt keçirin, Milad Bayramınız mübarək!"

Bu epizod Braunschweig şəhərində müəmmalı ianə əhvalatına bənzəyib. Burada 2011-2015-ci illərdə anonim donor yerli tədbirlərin keçirilməsinə 500 avroluq əskinaslar ilə dolu paketlər paylayıb.

Yerli assosiasiyalar və ya fərdlər anonim ianələr şəklində 10,000 avro pul alıb, ümumilikdə isə 250,000 avrodan çox pul ianə şəklində paylanıb, xəbərlərdə deyilir.

Müqəddəs Nicholas 4-cü əsrdə yaşamış yepiskop olub və gizli şəkildə hədiyyələr paylamaqla məşhurlaşıb.

O, Şaxta Baba obrazının yaranmasında nümunə rolunu oynayıb.

Bu barədə daha geniş