Dünyada ötən həftə şəkillərdə: 8-14 dekabr 2018

Dünyada ötən həftə baş vermiş bəzi hadisələrə fotokameranın gözü ilə baxış.

Strasbourg Fotonun müəllifi PATRICK HERTZOG / AFP
Image caption Fransada Strasbourg Milad Bazaraında silalı əsgər keşik çəkir. Dekabrın 11-də Cherif Chekatt adlı şəxs odlu silahdan atəş açaraq burada üç nəfəri öldürüb. dekabrın 13-də Chekatt polis tərəfindən öldürülüb.
Presentational white space
Britaniya, İcmalar Palatası Fotonun müəllifi Stefan Rousseau / PA
Image caption Britaniyada Komitə 1922 adlı parlament qurumunun sədri Graham Brady (mərkəzdə) Baş nazir və Konservatorlar partiyasının lideri Theresa May-in parlamentdəki partiya üzvlərinin etimad səsverməsini qazandığını elan edir. İcmalar Palatasında Theresa May rəhbərlik etdiyi partiya üzvlərinin 200 səsini qazanıb, onun əleyhinə isə 117 səs verilib.
Presentational white space
İtaliya əsgərləri Vatikanda Fotonun müəllifi TIZIANA FABI / AFP
Image caption Vatikanda Italiya əsgərləri Roma Papası Francis-in şəklini çəkirlər.
Presentational white space
Almaniya Fotonun müəllifi KLAUS-DIETMAR GABBERT / Getty Images
Image caption Almaniya: Harz bölgəsindəki Brocken dağının zirvəsində yerləşən reastoranın eyvan hissəsini qırov örtüb.
Presentational white space
İtaliya, Roma, köhnə fabrik binası. Fotonun müəllifi Stefano Montesi / Getty Images
Image caption İtaliya: Santa Claus geyimində şəxs Romada penisillin fabriki binasının qarşısında dayanıb. Polis köhnə binaya sıönan miqrantları oradan çıxardıqdan sonra, camaat bina önünə toplaşıb.
Presentational white space
Belçika, Brüssel - "Sarı gödəkçələr" hərəkatının etiraz aksiyası Fotonun müəllifi Yves Herman / Reuters
Image caption Belçika, Brüssel: Polis gənc qadının üzünə gözyaşardıcə qaz püskürdür. Hadisə "Sarı gödəkçələr" hərəkatının etiraz aksiyası zamanı baş verib. Reuters fotomüxbiri Yves Herman hadisənin şahidi olub. "Bir gənc həbs ediləndə, onunla olan gənc qadın polis cərgəsinə tərəf cumaraq həmin gənc oğlanın heç nə etmədiyini qışqıraraq bildirdi... Gənc qadının əynində heç sarı gödəkçə də yox idi", - fotoqraf qeyd edib.
Presentational white space
Fransa prezidenti Emmanuel Macron Fotonun müəllifi LUDOVIC MARIN / AFP
Image caption Fransada "Sarı gödəkçələr" hərəkatının etirazları dörd həftə ərzində davam etdikdən sonra ölkə prezidenti Emmanuel Macron ölkəyə xüsusi müraciətlə çıxış edərək etirazlarla bağlı ilk şərhlərini açıqlayıb.
Presentational white space
Yaponiya, Tokio Fotonun müəllifi KAZUHIRO NOGI / Getty Images
Image caption Yaponiya: Köpək ilinin təhvil olmasının və Qaban ilin gəlməsinin rəmzi kimi Tokioda hotel binasının pəncərələrini təmizləyən işçilər Köpək və Qaban qiyafəsində iş görürlər.
Presentational white space
Weisskeissel, Şərqi Almaniya Fotonun müəllifi PATRICK PLEUL / AFP
Image caption Weisskeissel, Şərqi Almaniya: Qanunsuz fişənglər idarə olunan partlayış üsulu ilə partladılan zaman.
Presentational white space
Milad çilçırağı - İngiltərə Fotonun müəllifi Matt Cardy / Getty Images
Image caption Somerset, İngiltərə: Burnham-on-Sea şəhərində ki Trinity Close ərazisində yerləşən evin xarici Milad çilçırağı ilə bəzədilib. Artıq 11 ildir ki, yerli sakinlər evlərini və evlərinin qarşısındakı bağçaları çilçıraqban edərək xeyriyyə üçün bu yolla pul toplayırlar.

Bütün fotolar müəlliflik hüququ ilə qorunur.

Bu barədə daha geniş