Rusiya: Putin öz hökumətini rep musiqisilə "məşğul olmağa" çağırıb

Prezident Putin Fotonun müəllifi EPA
Image caption Prezident Putin hesab edir ki, rep ifaçılığı mədəniyyətini qadağan etmək yox, ona nəzarət etmək lazımdır.

Rusiyada repçi musiqiçilərin bir neçə konserti təxirə salındıqdan sonra prezident Vladimir Putin hökuməti onlarla "məşğul olmağa" çağırıb.

Repi qadağan etmək "mümkün deyil", odur ki, dövlət bu sahəyə nəzarət edilməsində daha əhəmiyyətli rol oynamalıdır, Putin qeyd edib.

Mədəniyyət Nazirliyi gənclər üçün konsertləri "istiqamətləndirməyin" ən yaxşı yolunu tapmalıdır, Rusiya prezidenti əlavə edib.

Putinin şərhri Rusiyada Husky adlı gənc repçi həbs olunduqdan və onun bir neçə konserti təxirə salındıqdan sonraya təsadüf edib.

Dekabr ayında repçinin Krasnodar şəhərində keçirilməsi nəzərdə tutulan konserti "ekstermizm" səbəbilə təxirə salınıb.

Əsl adı Dmitri Kuznetsov olan repçi avtomobilin damına çıxıb konsert verdiyinə görə sonradan 12 sutkalıq müddətə həbs altına alınıb.

Fotonun müəllifi AFP/Getty
Image caption Rusiyada bir neçə repçi ifaçıların konserti son vaxtlarda qadağan olunub.

Rusiya prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının Sankt Peterburqda keçirilmiş iclasında bu mövzuda danışan prezident Putin qeyd edib ki, bu problemlə "böyük ehtiyatla" məşğul olmaq lazımdır.

"Mən razıyam ki, bunu dayandırmaq mümkün deyilsə, onda ona rəhbərlik edərək tələb olunan istiqamətə yönəltmək lazımdır", - Putin deyib.

Prezident gənclər arasında narkotik aludəçiliyindən narahatlıq keçirdiyini bildirib.

Putin deyib ki, rep və digər müasir ifaçılıq növləri üç sütuna söykənir:"seks, narkotik və etiraza".

"Məni ən çox narahat edən nakotiklərdir, bu, millətin deqradasiyasına gətirib çıxarır", - Rusiya prezidenti qeyd edib.

Bu barədə daha geniş