Şimali Amerikanın "ən iri almazı" tapılıb

552 karatlıq sarı almaz Fotonun müəllifi Courtesy Dominion Diamond Mines
Image caption 552 karatlıq sarı almaz daşı Kanadadakı mədəndə aşkar olunub

Kanadadakı mədəndə ölçüsü Şimali Amerika üçün yeni rekord sayılan böyük bir almaz tapılıb.

Dominion Diamond Mines şirkəti 552 karatlıq sarı rəngi olan almazın tapıldığını bildirib.

Almaz daşı oktyabr ayında ölkənin şimalında Diavik Diamond mədənində aşkar olunub.

Şirkət bildirib ki, yeni tapılmış almaz daşı 2015-ci ildə tapılan və o zaman rekord sayılan almaz daşından "xeyli böyükdür".

"Foxfire" adlı əvvəlki rekordçu almaz daşı 187.7 karatlıq olub və o da Diavik mədənində aşkar edilib.

Dominion Diamond Mines şirkətinin başçısı və şirkətin səhmlərinin 40 faizinin sahibi qeyd edib ki, yeni aşkar olunmuş almazın "rəngi və strukturu unikaldır".

Daşın ölçüləri belədir: 33.74mm x 54.56mm

Daş satışa çıxarılmaqdan əvvəl kəsiləcək və sonra cilalanacaq.

"Daşın ölçüsü və quruluşu elədir ki, dünyada yalnız bir neçə zərgərlik ustası onu cilalaya bilər," - şirkət qeyd edib.

Şirkət yeni tapılan daşın dəyərinin müəyyən edilməsinin hələ xeyli tez olduğunu bildirib.

Məlumdur ki, əvvəlki rekordçu sayılan Foxfire almazından iki sırğa hazırlanmışdı. 1.5 milyon dollar qiymət qoyulan həmin sırğalar bu yaxınlarda hərraca çıxarılıb.

Bu barədə daha geniş