İndoneziyada tsunami nəticəsində 220-dən çox adam həlak olub

Tsunami nəticəsində bir çox evlər dağıdılıb. Fotonun müəllifi AFP/Getty Images
Image caption Tsunami nəticəsində bir çox evlər dağıdılıb.

İndoneziyanın Sunda Boğazının sahil boyu ərazisində yerləşən yaşayış ərazilərinin güclü tsunamiyə məruz qalması nəticəsində, son məlumatlara görə, 220-dən çox insan həlak olub, 843 nəfər yaralanıb, rəsmilər bildirir.

Tsunaminin doğurduğu dalğalar sahilə gecə saatlarında çataraq, yüzlərlə binanın dağılmasına səbəb olub.

Rəsmilərə görə, tsunamiya səbəb Anak Krakatau vulkanının püskürməsi ola bilərdi.

Java və Sumatra adaları arasında yerləşən Sunda Boğazı Java dənizini Hind okeanı ilə bağlayır.

Sosial şəbəkələrdə tsunami dalğasının çimərlikdə konsert verən yerli rok-qrupu musiqiçilərini səhnədən yuyub apardığını göstərən video yayılıb.

Bir müddətdən sonra qrupun vokalisti Instagram-da video dərc edərək bildirib ki, qrupun bir musuqiçisi və meneceri həlak olublar, qrupun daha üç üzvü və onun arvadı isə itkin düşüblər.

Fotonun müəllifi Getty Images
Image caption Son aylar ərzində Anak Krakatau vulkanı bir neçə dəfə püskürüb.
Fotonun müəllifi OYSTEIN LUND ANDERSEN
Image caption Şənbə günü Anak Krakatau vulkanı belə vəziyyətdə olub.
Fotonun müəllifi Reuters
Image caption Tsunamidən xilas olmağa çalışan sakinlərin bir qismi məscidə sığınıb.
Fotonun müəllifi BNPB
Image caption Tsunami evləri dağıdıb. avtomobilləri aşırıb.
Fotonun müəllifi EPA
Image caption Java adasında tsunami nəticəsində evlər xarabalığa dönüb.

Bu barədə daha geniş