Dünyada ötən həftə şəkillərdə: 15-21 dekabr 2018

Dünyada ötən həftə baş vermiş bəzi hadisələrə fotokameranın gözü ilə baxış.

Şəklin mənbəyi, EDGAR SU/REUTERS

Şəklin alt yazısı,

Sinqapurda Milad bayramı ərəfəsində təşkil olunan əyləncəli tədbirlər çərçivəsində Zhao Jian Wen adlı dalğıc Santa Claus geyimində dəniz suyunun dərinliyində skatlar növünə aid balinaya yem verir.

Şəklin mənbəyi, Dan Kitwood/Getty Images

Şəklin alt yazısı,

Dekabrın 19-da Londonun Gatwick aeroportu üzərində naməlum dronlar aşkar olunandan sonra uçuş zolağı bağlanıb və uçuşlar təxirə salınıb. Uçiş zolağı cümə gününədək bağlı qalıb. Minlərlə sərnişin uçuş reysləri təxirə salınıb. Polis hesab edir ki, dronların aeroport üzərindən uçuşu "aeroportun işini pozmaq cəhdidir".

Şəklin mənbəyi, Goran Tomasevic/REUTERS

Şəklin alt yazısı,

Konqo Demokratik Respublikası - Ebola virusundan öldüyü güman edilən uşağın anası.

Şəklin mənbəyi, MICHAEL DANTAS/AFP

Şəklin alt yazısı,

Braziliyanın Manaus şəhərində, Educandos məhəlləsində baş vermiş güclü yanğından sonra yerli sakinlər əmələ gəlmiş xarabalığı seyr edirlər. Yanğın nəticəsində heç kim həlak olmayıb.

Şəklin mənbəyi, Susana Vera/REUTERS

Şəklin alt yazısı,

İspaniya paytaxtı madriddə Julia adlı heykəl qurulub - fəhlələr tamamala işlərini başa çatdırırlar. Heykəli yaradan ispaniyalı skulptor Jaume Plensa-dır.

Şəklin mənbəyi, Zohra Bensemra/REUTERS

Şəklin alt yazısı,

Seneqal paytaxtı Dakarda küçə alveri - bu sırada Milad bayramı yolkalar və digər bəzək əşyaları satılır.

Şəklin mənbəyi, Shamil Zhumatov/REUTERS

Şəklin alt yazısı,

Beynəlxalq Kosmik Stansiyanın heyət üzvləri Soyuz MS-09 kapsulunda Yerə qayıdıblar. Soyuz MS-09 kapsulu Qazaxıstanın Jezqazğan şəhəri yaxınlığında Yerə enib - şəkildə xilasedicilərin kosmik apparata yaxınlaşdığı anı göstərilib.

Şəklin mənbəyi, Matt Cardy/Getty Images

Şəklin alt yazısı,

Öz kimliyini gizli saxlayan Banksy təxəllüslü britaniyalı rəssamın Uelsin Port Talbot şəhərində yaratdığı divar tablosu. Öz kimliyini açıqlamayan rəssam Instagram səhifəsi vasitəsilə bu divar rəsminin müəllifi olduğunu təsdiqləyib.

Şəklin mənbəyi, Obama Foundation/Chuck Kennedy/AFP

Şəklin alt yazısı,

Keçmiş ABŞ prezidenti Barack Obama uşaq tibbi mərkəzində Santa Claus papağında uşaqlara hədiyyə paylayır və onların valideynlərini salamlayır - Washington DC, 19 dekabr 2018

Şəklin mənbəyi, Hannah McKay/REUTERS

Şəklin alt yazısı,

Oğlanlardan ibarət xorun iştirakçıları Londonun St Paul kilsəsində məşq keçirirlər - 19 dekabr 2018

Bütün şəkillər müəlliflik hüququ ilə qorunur.