Londonun Gatwick aeroportuna dron hücumu: polis saxlanılanları azad edib

Gatwick

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Gatwick aeroportu üzərində dron gözə dəydikdən sonra uçuşlar 36 saatlıq müddətə dayandırılmışdı.

Londonun Gatwick aeroportunu təxminən 36 saat ərzində iflic vəziyyətinə salan dron hücumunun təşkilində iştirak etməkdə şübhəli bilinən iki nəfər azalığa buraxılıblar.

47 yaşında bir kişi və 54 yaşında qadın cümə günü axşam saatlarında saxlanılmışdılar.

Onlar Gatwick aeroportu üzərində dron göndərməkdə şübhəli sayılırdılar.

Sussex qraflığının polisi bildirib ki, cütlüyə qarşı şübhələr aradan qaldırılıb və indi onlar artıq şübhəli sayılmırlar.

Polis sözçüsü Jason Tingley tutulanların istintaqla "aktiv əməkdaşlıq etdiyini" söyləyərək əmin olduğunu bildirib ki, həmin adamların baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Minlərlə sərnişin vaxtını aeroportda keçirməli oldu.

Cümə günü Gatwick aeroportu işini bərpa etdi, lakin 45 dəqiqədən sonra dhavada dronların görünməsi barədə yeni xəbərlərlə əlaqədar növbəti dəfə bağlandı.

Nəticədə bayramqabağı məzuniyyətə çıxıb səfərə yollanmaq arzusunda olan 140 minə yaxın sərnişinin uçuşu təxirə salınıb.

Britaniyada aeroportlardan 1 kilometrədək məsaafəd dronların uçuşu qadağandır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Gatwick aeroporunda insidentlə bağlı polis və ordu qüvvələri səfərbər olunmuşdu.

Şənbə günü hava limanının rəhbərliyi aeroport zolağının açıldığını və uçuşların cədvələ görə həyata keçirildiyini bildirirb. Lakin sərnişinlərə eyni zamanda xəbərdarlıq da edilib ki, bəzi reyslər təxirə salına bilər.