Bələdçi itlər: Bu ideya necə yaranıb?

Bələdçi itlər siyasətçilər və ya Şaxta Baba kimidir: onları körpə kimi təsəvvür etmək bir az çətindir.

Bu hekayə görmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi şəkildə böyüdülən bələdçi itlər haqqındadır: ideya necə yaranıb, onlara doğular-doğulmaz niyə dırnaq boyası vurulur, niyə atəşfəşanlıqdan qorxmurlar və niyə onlar üçün Guns N' Roses rok qrupunun mahnılarını səsləndirmək lazımdır?

Gəlin başlayaq.

itlər
Presentational white space

Abby Seales adlı itimiz bir isti iyul axşamı 12 küçüyünü mətbəximizdə bir dəqiqəlik ara ilə dünyaya gətirdi.

Yarı-Labrador yarı-Retriever cinsindən olan beş yaşlı Abby, doqquz həftəlik hamiləliyi boyu tipik simptomlar yaşamışdı: ürəkbulanma-qusma, zəif iştaha və son saatlarda təngnəfəslik və ağrı.

Qarnından cift içində küçüklər çıxdıqca spazmaları görmək mümkün idi. Vəhşi təbiətdə cifti ana yarıb açır. Bu halda isə Abby-nin insan ailəsi köməyə çatırdı.

Beş saat və "görəsən biri də qalıbmı?" təlaşından sonra, altı dişi və altı erkək bala analarının ətrafında yatırdı. Onlardan on biri qara və biri qızılı rəngdə idi.

Bəs niyə bu canlıların qismətinə həyat dəyişdirən bir işi icra etmək payı düşüb? Niyə onlar baytar poliklinikasına yox, Midlands-da yerləşən bir bunqaloya aparılacaqlardı? Çünki bu, standart təcrübədir.

Hər il Birləşmiş Krallıqda (BK) doğulan 1400-1500 it balası və dünyaya Guide Dogs (Bələdçi İtlər adlı təşkilat) gətirən 270 ana it könüllülərlə birlikdə işləyirlər.

Digərləri kimi Abby də heç vaxt bələdçi it kimi işləməyib, lakin onun valideynlərinin gen və qan xətti xeyriyyə şirkətlərinin axtardığı bir növ olduğuna görə dünyaya gəlməmişdən əvvəl nəsilverən fondun siyahısına salınıb.

Ana Abby dünyaya 12 küçük gətirib
Image caption Ana Abby dünyaya 12 küçük gətirib
Presentational white space
İtlər
Presentational white space

Abby-nin doğuşundan öncə könüllülər itin doğuş prosesini öyrədir və evə rahat və su çəkən yataq dəstləri, tibbi əlcəklər və küçüklərin yaşayacağı xüsusi qutular göndərirlər. Həmin qutunun kənarları dəmir çubuqlardan ibarət olur. Fövqəladə hallarda isə Guide Dogs təşkilatının 24 saat işləyən xəttinə zəng vurmaq tapşırılır.

Pis səslənsə də, vurğulamaq istəyirəm ki, Labrador balaları yeni doğulan zaman heç də sevimli olmurlar. Onlar qırışmış dağsiçanına bənzəyirlər. Andrex Fazası adlanan və təxminən beşinci həftədə başlanan dövrdə isə çox sevimli və şirin itlərə çevrilirlər.

Altı həftədə isə bizim küçüklər Leamington Spa-da yerləşən Guide Dogs National Breeding Centre adlı mərkəzə aparılacaq və həyatlarının ilk sınağı - küçük profilinin müəyyənləşdirilməsi testindən keçiriləcəkdilər. Testi keçməyənlər bələdçi it proqramından kənarlaşdırılırlar. Bu xırda balalar ilə test günü arasında duran şey nədir?... Yalnız və yalnız biz insanlar.

it
Presentational white space

İtlər doğulan zaman yaş olurlar. Çox tez soyuqlana bildikləri üçün, yumşaq dəsmal vasitəsilə qurudulur və anaları ilə birlikdə infraqırmızı isidici lampa altına yerləşdirilirlər.

Onları bir-birinin yanına uzatdıqdan sonra, ortaya bir problem çıxır: bir neçə saatlıq bu küçüklərin hamısı eyni görünür. Amma onları ayıra bilmək vacibdir.

Rəngli xaltalar işə yaraya bilər, amma döyüşən-oynaşan balalar bir-birinin xaltasına ilişə bilir. Çarə isə dırnaq boyasıdır. Hər küçüyün üzərinə doğulandan az sonra, fərqli rəngdə boya sürtülür.

Bu isə asanlıqla görünən bir hissəyə sürtülür: ayağına və ya quyruğunun üzərinə.

Qabaq sağ ayağı üzərinə boya çəkilən dişi bala "RFG" və ya "right fore girl" (sağ ön ayaq qız) kimi bilinir. Və "LHB" və ya "left hind boy" (sol arxa ayaq oğlan) isə erkək balalara deyilir.

İtlər
Presentational white space

Yaxşı ad deyil, düzdür. Bu balalara altı həftəlik olarkən National Breeding Centre-ə aparılanda ad verilir.

Biz isə bir istisna etmişdik. Qızılı rəngli küçüyə məşhur futbol məşqçisi Jose-nin soyadını verdik: Mourinho.

it
Presentational white space

Labradorlar acgöz itlər sayılırlar və təsdiq edə bilərəm ki, acgözlük erkən yaşlardan başlayır. Yemək vaxtı çatanda hər birimiz süd axtaran raketə çevrilirdik.

Sıfır və iki həftə arası onlar nə görür, nə də eşidirlər. Hətta ayaq üzərində belə dura bilmirlər. Buna görə də yerdə suiti kimi sürünürlər. Döş axtarmayan zamanalarda isə onlar analarının ətrafında bir-birinin böyrünə sığınmış şəkildə yuxulayırlar.

Several puppies feed from their mother, Abby
Presentational white space

Bizim küçüklərimizdən biri isə digərlərindən fərqlənirdi. O, digərləri kimi süd üçün özünü öldürmürdü. İki günlük olarkən onun südü o birilərindən daha az əmdiyi və daha zəif olduğunu hiss etdik.

Ən pisi isə çəkisi artmaq əvəzinə, sürətlə azalırdı. Bu yaşda küçüklərin sağlamlığı bir neçə saat içində dəyişə bilər və onu itirə bilmək qorxusu canımıza düşmüşdü.

Yorğana büküb, diqqətimizi üzərindən çəkmədiyimiz küçük üçün Abby-nin gözəl "it mamaçası Karen Stanton-dan məsləhət almaq qərarına gəldik. Onun fikri: hər iki saatdan bir şırınqa və ya süd butulkası vasitəsilə xüsusi hazırlanmış süd içirtmək.

it
Image caption "Nasaz Küçük" balaların inkişafında mühüm vaxt sayılan iki günlük bir məqamda anasını yaxşı əmə bilmirdi
Presentational white space

Bu heç də asan yol deyildi. Əvvəldə "Nasaz Küçük" (onu belə adlandırmağa başlamışdıq) ölümcül halda idi və heç başını qaldıra bilmirdi. Şükürlər olsun ki, proses uğurlu nəticə verdi. Bir neçə həftə ərzində anasından əmdiyi südlə yanaşı əlavə süd, onun çəkisini sağlam həddə çatdırdı.

Three black puppies lie sprawled out in the whelping box
Presentational white space

İt balaları son dərəcə sürətlə böyüyürlər. Bu həm insana həzz verir, həm də bir az kədərləndirir.

İki və üç həftə arasında onlar ayaq üzərində durmağı öyrənir, sərxoşlar kimi hərəkətlər edirlər. Sonra isə düz yeriməyə başlayırlar. Quyruqlar yellənir, zəif ulama səsi çıxarırlar və hər an dalaşan bir cüt bala görmək mümkündür.

Bələdçi it balaları ilk bərk qidanı üç və dörd həftə arası yeyirlər. Və yemək zamanı bulanmayan yer qalmır. Təşkilat "multi-feeder" adlı alətə üstünlük verir. Bu halda altı bala eyni zamanda altı ayrı kasadan yemək yeyə bilər. Lakin bu, nadir hallarda baş verir, çünki başqa qaba başını soxmaq istəyən bala az olmur.

Xoşbəxtlikdən küçüklər çox yatmağı sevirlər. Onların Olimpiadaya hazırlaşan idmançılardan daha xorultulu yatdıqları mövzusunda isə israrlıyam. Yer üzündə ən gözəl əsnəyən canlılar da it balalarıdır.

A black pup and a yellow one sleep curled up on each other
Presentational white space
A yellow puppy yawns expansively while a black one sleeps
Presentational white space
A yellow puppy yawns while partly buried under soft toys
Presentational white space
A black puppy asleep on a woman's lap
Presentational white space

Əvvəl vurğuladığım Guns N' Roses mövzusundan da bəhs etmək istəyirəm. İstər inanın, istərsə də yox, bunu yazıma diqqət çəkmək üçün qeyd etməmişdim.

"Küçüklərin sosiallaşdırılmasının" bir hissəsi kimi musiqi, bu ev heyvanlarının insanları başa düşməsi və münasibət qurması prosesində mükəmməl rol oynayır və beləliklə başqa səslərdən də qorxmurlar.

Könüllülər məsələn, siyahı tərtib edirlər: üç həftədə səsli oyuncaqlardan, zəngli saatlarndan istifadə və müxtəlif növ musiqilər. Bizim balalar klassik rok, Motown əfsanələri, bir az Vivaldi və bir az nəfəs alətləri orkestrləri dinləyirdilər.

Bələdçi balaların zibil maşınları, şimşək və sair kimi qorxulu səslərə alışması üçün təşkilat "pis" səslərlə dolu CD də verir.

A puppy peers through a gate with a slightly manic look on its face
Presentational white space

Artıq altı həftədə onların iti dişləri analarını incitməyə başlayır və təlim həyatlarının ilk hissəsi ilə tanış olmağa hazırdırlar.

Uzun çəkən sağollaşma prosesindən sonra, küçüklərin on ikisi birdən aparılır. Onlar National Breeding Centr-ə yola düşürlər və ev anidən sakitləşir.

Mərkəzdə mütəxəssislər onların temperamentlərini yoxlayır və özünəinam səviyyələrini müəyyənləşdirirlər. Bütün proses bir az qəddar səslənə bilər, amma qorxaq və utancaq küçüklərdən yaxşı bələdçi çıxmaz. Təşkilat isə onları gərəksiz stressə salmaq istəmir.

Sınaqdan keçməyən balaları da xoş aqibət gözləyir. Onlar yardım və terapiya itləri təlimi aparan başqa xeyriyyə təşkilatlarına verilirlər.

Misal üçün, Dogs for Good adlı təşkilat itlərə, fiziki məhdudiyyətli insanlara kömək etmək üçün təlim keçir.

Onların yetişdirdiyi mükəmməl heyvanlar supermarket rəflərindən məhsulları götürə, qapıları aça və hətta paltaryuyan maşını boşaltmağa belə kömək edə bilirlər.

Bəzi küçüklər isə tibbi dəstəkçilər kimi böyüdülür. Belə ki, onlar ciddi sağlamlıq problemləri olan insanlara kömək edirlər. Məsələn, ləpələrə qarşı ciddi allergiyası olan insanlar üçün qidaları iyləyən itlər.

bələdçi itlər
Image caption Bələdçi İtlərin Milli Damazlıq Mərkəzindən Anna Marinker iki küçüklə
Presentational white space
bələdçi itlər
Presentational white space

Guide Dogs testlərini keçən itlər isə BK boyu Puppy Walker-lərin (Küçük Gəzdirənlər) himayəsinə göndərilir.

Bu könüllülər isə onlara yeddi həftəlikdən təlimlər üçün hazır olacaqları on dörd aylığa qədər baxırlar.

Bu yazım ilə əlaqədar mənə mərkəzdə son bir dəfə balalarımızı görmək şansı verildi. Nasaz Küçüyü bu cür gördüyümə inana bilmirdim: sağlam, şən və yeni bir macəranın başlanğıcında.

Bələdçi itlər
Presentational white space

Hər il BK-da 850 yeni bələdçi it görmə məhdudiyyətli və ya kor insanlara verilir. Bir çox hallarda bu partnyorluq həyat dəyişən uğurlu nəticə verir.

Xoşbəxtlikdən bizim küçüklərimizin hamısı sınaqları keçə bilib.

Bələdçi itlər
Presentational white space
Bələdçi itlər
Presentational white space

Bütün şəkillər müəlliflik hüququ ilə qorunur.

Bu barədə daha geniş