Milad bayramı "müsəlman İsanı" - İsa peyğəmbəri yada salmaq vaxtıdır

  • Emre Azizlerli
  • BBC
A Muslim points out where Jesus is mentioned in the Koran

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Ərəb dünyasında Isa adlandırılan Jesus-un adı Quran kitabında Məhəmməd peyğəmbərdən daha çox çəkilib.

"Milad bayramını Türkiyədə necə qeyd edirsiniz?"

21 il bundan əvvəl Britaniyaya gələndən hər dəfə Milad bayramı yaxınlaşanda mənə bu sual verilir.

Mən isə cavab verirəm ki, Türkiyə müsəlman əhalisi çoxluq təşkil edən ölkə olduğundan 25 dekabr orada təqvimin sadəcə adi günlərindən biridir.

Nə? Milad bayramı qeyd olunmur?

Təkcə Türkiyə yox, dünya əhalisinin üstünlük təşkil edən hissəsi də Milad gününü bayram kimi qeyd etmir.

Bu, nə qədər təəccüblü səslənsə də, Qərb ölkələrində bəzi insanlar hesab edirlər ki, Milad bayramı bütün dünyada qeyd olunan bayramdır.

Amma Milad Xristianlığın peyğəmbəri İsa Məsihin doğum gününün bayramıdır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Milad işıqları uzun gecələr boyu işıq saçır.

Bu gün Yəhudi, Hindu və Müsəlman təqvimlərində bayram sayılmır.

Başqa sözlə, müsəlman dünyasında da ailələrin bir yerdə qeyd etdiyi bayram var, amma bu, Milad bayramı vaxtı yox, Ramazan bayramında olur.

Bu məsələdə fərqi anlamaq vacibdir.

Lakin eyni zamanada bizi biri-birimizə bağlayan oxşarlıqları da bilmək mühümdür.

Jesus? Yəni, Isa?

Islamda İsa Məsihin doğum günü qeyd olunmur, lakin İsaya ehtiram göstərilir.

Müsəlmanlar onların dində özunəməxsus yer tutan Xristianlıq peyğəmbərinə böyük ehtiramla yanaşırlar.

Şəklin mənbəyi, Unknown

Şəklin alt yazısı,

Müsəlman rəssamın Quranda təsvir olunan bakirə Məryəmdən bəhs edən illüstrasiyası

Qurana əsasən, İsa peygəmbər Məhəmməd peyğəmbərə qədər dövrün ən böyük ehtiramla yanaşılan şəxslərindəndir.

Faktiki olaraq, ərəb dünyasında Isa adlandırılan Jesus-un adı Quran kitabında Məhəmməd peyğəmbərdən daha çox çəkilib.

Bundan əlavə, İslamın müqəddəs kitabında yalnız bir qadın öz adı ilə qeyd olunub.

Mary? Yəni, Məryəm?

Ərəbcə Məryəm kimi adı çəkilən Bakirə Mary-yə (Virgin Mary) Quran kitabında bakirəli doğuşdan bəhs edən bir fəsil həsr olunub.

Lakin İslamda İsa Məsihin doğulması epizoduna aid hissədə nə Yusif ( Joseph) peyğəmbər, nə müdriklər, nə də ki axur qeyd olunur.

Məryəm səhrada, palma ağacı altında doğur.

Möcüzəvi olaraq, bu zaman Məryəmin yanında ağacdan yerə xurma düşür, ayaqları olan tərəfdə isə bulaq əmələ gəlir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

İsanın yatması, İtalyan rəssamı Giovanni Battista Salvi-nin əsəri

Ərdə olmayan qadının uşaq doğması onun əxlaqına dair suallar doğurur.

Amma yeni doğulmuş körpə, Jesus (İsus) Allahın peyğəmbəri kimi danışmağa başlayır.

Bu möcüzə onun anasına bəraət qazandırır.

Ruhun peyğəmbəri

Müsəlmanlar İsa peyğəmbərin adını çəkəndə sülh və əmin-amanlıq ifadəsi olan "Əs-Səlamu aleykum" kəlməsini də dilə gətirməlidirlər, yəni, Məhəmməd peyğəmbərin adı çəkiləndə deyilən eyni sözlər deyilməlidir.

Və tapın görək, İslama əsasən, Qiyamət gününədək Yer üzündə ədaləti bərpa etmək üçün Yerə kimin qayıdacağı vəd edilir?

Əlbətdə ki, İsa peyğəmbər, onun ikinci gəlişi və müsəlman ədəbiyyatında izzəti Qurandan kənara çıxır.

Sufi filosof Əl-Ğazali İsa peyğəmbəri "ruhun peyğəmbəri" kimi təsvir edir.

İbn Ərəbi onun haqqında "müqəddəslərin möhürü" ifadəsini işlədir.

Müsəlmanlar öz oğlan övladlarına Isa (Jesus), qız övladlarına isə Məryəm (Mary) adlarını verirlər.

Xristian ailəsində uşağına Məhəmməd adı verilməsini təsəvvür etmək olarmı?

İslam aləminə İsa peyğəmbər tanışdı, çünki İslam nəzəriyyəsi yeddinci əsrin əvvəllərində dinə çevrildiyi dövrdə Xristianlıq Yaxın Şərqdə artıq özünə yer eləmiş bir din olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Boloniyanın baş kilsəsi - San Petronio Bazilikası

Sonrakı əsrlərdə İslam İsaya hörmət edərkən ədalət naminə deyək ki, Kilsə heç də həmişə eyni münasibəti göstərməyib.

İtaliyanın Bologna şəhərində San Petronio kilsəsinin freskosunda müsəlmanların peyğəmbəri cəhənnəmdə, şeytanın ona əzab verdiyi halda təsvir olunub.

Avropa boyu yaradılmış incəsənət əsərləri müsəlmanların aşağılanmasını təsvir edir.

Cəhənnəmin doqquzuncu təbəqəsi

İtaliyalı rəssam Giovani da Modena Məhəmməd peyğəmbəri özünün İlahi Komediyasında cəhənnəmin doqquzuncu təbəqəsinə göndərmiş şair Dante-dən ilham alıb.

Dante-nin kitabı 1800-cü illərdə bir çox avropalı rəssamı Məhəmməd peyğəmbərin cəhənnəmdə cəzalanmasını təsvir etməyə sövq edib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Imam Sami Səlim Roma Santa Maria kilsəsində mərasimdə

Onların arasında İngiltərə poeziyası və təsviri sənətində özünəməxsus iz qoymuş William Blake-in akvarel işi də var.

Belçikadakı kilsədə, 17-ci əsrə aid rahib kürsüsünün üzərində İslam mələklərin ayaqları altında, tapdalanaraq yerə basılan vəziyyətdə təsvir olunub.

Əlbəttə, Kilsə artıq bu mövqedə durmur.

Zaman dəyişib, lakin bizim dövrün də öz gərginlik nöqtələri, qərəz və ekstremist zorakılığı mövcuddur.

Dinlərarası dialoq

2002-ci ildə islamçı silahlılar Bologna kilsəsində freskaları partlatmağa hazırlıq görməkdə şübhəli bilinmişdilər.

O vaxtdan bəri İslam adı ilə Avropa və bir çox müsəlman ölkələrində keçirilmiş hücumlar çoxsaylı insan itkilərilə nəticələnib, icmalar arasında nifaq yaradıb.

Müsəlman İsa haqqında bilikləri artırmaq və onu öyrənmək xristianlar və müsəlmanlar üçün indi əvvəlkindən bəlkə daha da mühümdür.

Dünya dinlərini birləşdirən ümumi məqamlara diqqət yetirilməsi gərginlik və nifaq doğuran amilləri aradan qaldırmağa kömək edə bilər.