Şəkillərdə: Dünya Milad Bayramını qeyd edir

Dünyanın müxtəlif yerlərində xristianlar İsa Məsihin doğuluşunu qeyd edir.

Mərasimlərdən seçdiyimiz ən yaxşı şəkilləri təqdim edirik.

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı,

Milad Bayramı ərəfəsində Vatikanda Roma Papası Francis "paylaşmaq və əl tutmaq" üçün çağırışlar edib və müasir istehlakçılığın "doymaz xəsisliyini" pisləyib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Bu kiçik qız Misirin paytaxtı Qahirədə bir kilsə xidməti zamanı söylənənləri diqqətlə dinləyib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Bu arada, bu cütlük İstanbulda Milad ağacının yanında öpüşüb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Tayvanın paytaxtı Taipei-də bir kilsədə Roma Papası Francis-in karton şəkli qoyulub.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada bu qurbangah oğlanları bayram mərasimlərində əsas rol oynayıblar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Sidneyin Bondi çimərliyindəki ailələr bayramı cənub yarımkürəsinin yayının ortasında qeyd edirlər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Mərkəzi Amerikadan ABŞ-a səyahət edən minlərlə miqrant qrupundan olan bu yeniyetmə oğlan bayramı Meksikanın Tijuana şəhərindəki bir sığınacaqda qeyd edir.

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı,

Fransada "sarı gödəkcələr" adlandırılan nümayişçilər şimal şəhəri Somaindəki bir kəsişmədə bayramı qeyd ediblər.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Çinin Pekin şəhərindəki kilsədə sükutla dua edən qadın

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Santa Maria Kilsəsində bir xristian icması bayramı qeyd edir.

Bütün şəkillər müəllif hüququ sahiblərinə aiddir.