Dünyada ötən həftə şəkillərdə: 5-11 yanvar 2019

Dünyada ötən həftə baş vermiş bəzi hadisələrə fotokameranın gözü ilə baxış.

Londonda Westminster-də Britaniya parlamenti qarşısında Brexit əleyhdarı ilə Brexit tərəfdarı qarşı qarşı gəliblər. Fotonun müəllifi Jack Taylor / Getty Images
Image caption Londonda Westminster-də Britaniya parlamenti qarşısında Brexit əleyhdarı ilə Brexit tərəfdarı qarşı qarşı gəliblər. Bir neçə gündən sonra parlament üzvləri Baş nazir Theresa May-in Britaniyanın Avropa İttifaqından çıxmasına dair planı parlamentdə səsverməyə çıxarılmalıdır.
Presentational white space
Roma Papası Francis Sistine kapellasında Vatikanın xarici ölkələrdə səfirləri ilə birgə şəkil çəkdirib. Fotonun müəllifi Vatican Pool / Getty Images
Image caption Roma Papası Francis Sistine kapellasında Vatikanın xarici ölkələrdə səfirləri ilə birgə şəkil çəkdirib. Səfirlər qarşısında çıxışında Papa rahiblərin seksual zəmində təhqirinə məruz qalanlar üçün ədalətdən danışıb.
Presentational white space
Trabzonda türk bayrağı ilə Sis dağına yürüş. Fotonun müəllifi Hakan Burak Altunoz / Getty Images
Image caption Türkiyədə Birinci Dünya Müharibəsinin Sarıqamış döyüşünün 104-cü ildünömü anılıb: insanlar nəhəng Türkiyə bayrağı ilə Trabzonun Şalpazarı rayonunda yerləşən Sis dağına yürüş ediblər. Sarıqamış döyüşündə 90000 Osmanlı Türkiyə əsgəri həlak olub.
Presentational white space
Kanalın dibində isti hava şəraitində quruyan palçıqda ilişib qalmış qoyun. Fotonun müəllifi Nick Moir / Getty Images
Image caption Avstraliyada görünməmiş istilər quraqlığa səbəb olub. Cawndilla gölünə aparan kanalın quruyan yatağının palçığında heyvanlar ilişib qalıb. Drone vasitəsilə çəkiliş aparmış fotoqraf Nick Moir Sydney Morning Herald nəşrinə bildirib ki, o, uzaq məsafədə olduğundan və təhlükənin ciddiliyini nəzərə alaraq heyvanların köməyinə gələ bilməyib.
Presentational white space
Parisdə polis maşını qarşısında etirazçı. Fotonun müəllifi Bertrand Guay / Getty Images
Image caption Parisdə "sarı gödəkcələr" hərəkatını üzvlərinin hökümət əleyhinə etirazları davam edib. Bu şəkildə maska taxmış etirazçı Parisdə polis maşını qarşısında lentə alınıb.
Presentational white space
ABŞ-Meksika sərhədi Fotonun müəllifi Guillermo Arias / Getty Images
Image caption ABŞ-Meksika sərhədində köhnə hasar inşaat texnikasının köməyilə təzələnir. Prezident Trump müxalifətçi Demokratlara müraciət edərək Meksika ilə bütün sərhəd xətti boyu divarın tikilməsinə Konqresdə razılıq verməyə çağırıb. Bu məsələ ABŞ hökümətinin fəaliyyətinin qismən dayandırılmasına səbəb olub.
Presentational white space
İnstallyasiya Fotonun müəllifi Angela Weiss / Getty Images
Image caption Amerikalı moda dizayneri Virgil Abloh-un yaratdığı installyasiya. 12 mərtbə hündürlüyündə olan bu fiqur New York-da Louis Vuitton mağazasının binası üzərində yaradılıb.
Presentational white space
Yanğına məruz qalmış bazarın dağıntılarında yeriyən qadın. Fotonun müəllifi MOHAMED ABDIWAHAB / Getty Images
Image caption Somali paytaxtı Moqadişoda çəhərin ən böyük Bakara bazarında yanğın baş verib - bu şəkildə yanğın nəticəsində bazardan qalmış tüstüləyən xarabalıqda yeriyən qadın göstərilib.
Presentational white space
Yaponiyalı tennisçi Naomi Osaka Fotonun müəllifi Scott Barbour / Getty Images
Image caption Yaponiyalı tennisçi Naomi Osaka Avstraliyanın Melbourne şəhərində keçiriləcək 2019-cu ilin "Australian Tennis Open" turnirinə hazırlaşır.
Presentational white space
Donmuş göldə düzəldilmiş nohur. Fotonun müəllifi VCG / Getty Images
Image caption Çinin Liaoning vilayətinin Şenyan şəhərində Beiling parındakı gölü buz örtsədə, camaat buzu qıraraq buzlu suda üzmək üçün nohur açıb. Bu şəkil çəkilərkən havanın temperaturu -10C dərəcə olub..

Bütün fotolar müəlliflik hüququ ilə qorunur.

Bu barədə daha geniş