Trump Putinlə danışıqlarının təfsilatlarını gizlətdiyini inkar edir

Donlad Trump 2018-ci ildə Helsinkidə Vladimir Putinlə görüşüb. Fotonun müəllifi Reuters
Image caption Donlad Trump 2018-ci ildə Helsinkidə Vladimir Putinlə görüşüb.

ABŞ prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının təfərrüatlarını gizlətdiyini inkar edərək "heç nəyi gəzlətmədiyini" bildirib.

The Washington Post-un iddia etdiyinə görə, 2017-ci ildə azı bir dəfə Trump tərcüməçisinin qeydlərini ondan götürüb.

Xəbərlərə görə, ötən il ABŞ və Rusiya prezidentləri arasında Helsinki-də keçirilmiş və iki saat çəkmiş təkbətək danışıqların da qeydləri Trump-da yoxdur.

Donald Trump-ın ilə prezident seçildiyi 2016-cı ilədək Rusiya əlaqələri ABŞ-da federal səviyyədə aparılan istintaq tərəfindən araşdırılır.

İstintaqa Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş rəisi Robert Mueller rəhbərlik edir.

Ötən həftənin əvvəlində New York Times-ın yaydığı xəbərə görə, 2017-ci ildə James Comey-ni vəzifəsindən azad etdikdən sonra prezident Trumpın Rusiyanın xeyrinə gizli işləyib-işləmədiyini aydınlaşdırmaq məqsədilə daha bir istintaqın açılmasınnı xəbər verib.

İddia edildiyinə görə, bu araşdırma Mueller-in rəhbərliyi altında aparılan istintaqa əlavə edilib.

2016-cı ildə ABŞ kəşfiyyatı belə nəticəyə gəlib ki, Rusiya kiber hücumlar təşkil edib və ABŞ-da prezident kampaniyası zamanı Trump-ı dəstəkləmək, onun rəqibi Hillary Clinton-un prezidentlik şanslarına zərbə vurmaq üçün isə sosial mediada saxta xəbərlər yayıb.

Trump bu məsələyə dair nə deyib?

Son xəbərlərlə bağlı Trump deyib ki, "heç nəyi gizlətmir" və deyilənlər "onun vecinə deyil".

O deyib ki, Helsinki də Rusiya prezidentilə "digər prezidentlərlə" danışdığı kimi danışıb, onların çox yaxşı söhbəti alınıb və tərəflər iqtisadi məsələləri müzakirə ediblər.

"Həmin görüşü hamı dinləyə bilərdi, - o deyib. - Rusiya ilə bağlı bütün bu məsələlər uydurmadır".

Ağ Evin nümayəndəsi Sarah Sanders deyib ki, Washington Post qəzetindəki məqalə o dərəcədə qeydi-dəqiqdir ki, ona reaksiya verməyə dəyməz.

Washington Post-da nə yazılıb?

Qəzet Trump administrasiyasının adı çəkilməyən keçmiş və hazırkı rəsmilərinə sitinadən bildirib ki, Donlad Trump Putinlə danışıqlarının təfərrüatlarını administrasiyasının yüksəkrütbəli rəsmilərindən gizlədib.

Qəzet yazıb ki, 2017-ci ildə Hamburqda Putinlə görüşəndən sonra Donal Trump təcüməçisinin qeydlərini özünə götürüb.

Helsinkidə iki prezident bağlı qapılar arasında iki saat ərzində danışıblar, həmin görüşdə yalnız onların tərcüməçiləri olub.

Keçmiş rəsmilər deyirlər ki, bu cür praktika əvvəlki ABŞ prezidentlərinin dövründə təsbit olunmuş danışıqlar aparmaq qaydası ilə ziddiyyət təşkil edir.

The Washington Post əlavə edir ki, Trump "ümumilikdə müşafirlərinə onun Putinlə telefon danışıqlarını dinləməyə icazə verib".

Bu barədə daha geniş