Səudiyyə şahzadəsi əl-Feysal ABŞ-ın Suriyadan çıxmasına qarşı xəbərdarlıq edir

Mike Pompeo danışıqlar aparmaq üçün Ər-Riyada gəlib. Fotonun müəllifi Reuters
Image caption Mike Pompeo danışıqlar aparmaq üçün Ər-Riyada gəlib.

Səudiyyə kral ailəsinin yüksək səviyyəli üzvü ABŞ qoşunlarının Suriyadan çıxmasına qarşı xəbərdarlıq edib.

Şahzadə Turki Əl-Feysal BBC-yə deyib ki, bu addım İran, Rusiya və Bəşər Əsədin hakimiyyətini daha da gücləndirəcək.

Şahzadə Faysal, ABŞ Dövlət katibi Mike Pompeo-nun Ər-Riyada səfəri ərəfəsində bunu deyib.

ABŞ prezidenti Donald Trump ABŞ qoşunlarının Suriyadan çıxarılacağını dekabr ayında elan edib.

Mike Pompeo Yaxın Şərqdə səfərdədir və artıq İraq, İordaniya, Misir və Bəhreynə baş çəkib.

Şahzadə Faysal nə deyib?

Fotonun müəllifi Getty Images
Image caption Şahzadə əl-Feysal onilliklər ərzində Səudiyyə hökümətində vəzifələr tutub.

O deyib ki, dünya birliyi Suriya xalqının aqibətinə laqeydlikdə günahkardır və ABŞ qonşuları çıxandan sonra vəziyyət daha da pisləşəcək.

"ABŞ-ın addımları, məncə, vəziyyəti daha da mürəkkəbləşdirəcək, yalnız iranlıların deyil, eləcə də rusların və Bəşər Əsədin mövgeyini daha da gücləndirəcək. Mənim fikrimcə, bu, addımın mənfi təsiri olacaq" - şahzadə deyib.

Şahzadə əl-Feysal hazırda Səudiyyə hökümətinin üzvü olmasa da, vaxtilə onilliklər ərzində hökümət vəzifələrini tutub.

Bu barədə daha geniş