Britaniyada iqtisadi və psixoloji şiddət ailədaxili zorakılıq sayılacaq

A woman moving a curtain to look out of the window from her home Fotonun müəllifi Getty Images

Britaniya hökuməti qanunlardakı ailədaxili zorakılıq anlayışını, psixoloji və iqtisadi zorakılığı da əhatə edəcək şəkildə genişləndirməyə hazırlaşır.

Parlamentə təqdim edilən qanun layihəsi qəbul edilərsə, partnyorlardan birininin digərini iqtisadi baxımdan asılı saxlayacaq "manipulyasiya" tədbirləri də ailədaxili zorakılıq çərçivəsində qiymətləndirliləcək. Məsələn, partnyorun bank hesablarına girişinə mane olmaq, ya da işə getməsinin qarşısını almaq üçün avtomobil açarlarını gizlətmək də cinayət sayılacaq.

Ailədaxili zorakılıq anlayışını ilk dəfə fiziki zorakılıqdan o tərəfə aparan bu tənzimləmə, insan haqları təşkilatları tərəfindən qadına qarşı zorakılıqla mübarizədə əhəmiyyətli dönüş nöqtələrindən biri olaraq qiymətləndirilir.

Qanun layihəsi cinayətkarın zərər çəkmiş şəxsə yaxınlaşmasını və ya vəkili vasitəsiylə məhkəmədə sorğu-sual edilməsinə də mane olacaq qərarları nəzərdə tutur.

Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi müddətindəki müzakirələr səbəbiylə ilk olaraq 2017-ci ildə gündəmə çıxarılan tənzimləmənin nə zaman təsdiqlənəcəyi hələki məlum deyil.

"İqtisadi zorakılıq qorxulu bir istismar formasıdır"

Daxili işlər nazirinin köməkçisi Victoria Atkins qanundakı anlayışın niyə genişləndirilməsinin planlaşdırıldığını açıqlayarkən bunları söyləyib:

"İqtisadi zorakılıq qorxulu bir istismar formasıdır və illərlə davam edən bir təzyiq dövrü ola bilər. Bu bank hesablarını nəzarətə götürmək, qadının xəbəri olmadan kredit götürmək, hətta qadının avtomobilinin açarlarını oğurlayaraq işə gecikməsinə və dolayısı ilə işini itirərək iqtisadi baxımdan asılı vəziyyətə gəlməsinə səbəb olmağa qədər hər şey ola bilər".

"Bir insana işləməyəcəyini söyləmək, o insanın həyatına fövqəladə dərəcədə təzyiq göstərmək deməkdir. Həmin qanun layihəsiylə bu cür məcburedici davranışları da ailədaxili zorakılıq olaraq gördüyümüzü və bunun fiziki zorakılıq qədər qanundan kənar olduğunu söyləyirik".

Bu barədə daha geniş