Venesuelada hakimiyyət böhranı: müxalifət lideri özünü "müvəqqəti prezident" elan edib

Citizens raise their hands as Juan Guaido, President of the Venezuelan Parliament, announces that he assumes executive powers Fotonun müəllifi EPA
Image caption Juan Guaidó özünü "müvəqqəti prezident" elan edir.

Venesuela lideri Nicolas Maduro ABŞ-ın müxalifət lideri Juan Guaidó-nu "müvəqqəti prezident" kimi tanımasından sonra ABŞ-la əlaqələri kəsdiyini bildirib və diplomatlara 72 saat ərzində ölkəni tərk etmək göstərişini verib.

Ancaq ABŞ deyib ki, "keçmiş prezident Maduronun" artıq səlahiyyəti yoxdur.

Juan Guaidó və ABŞ ordunu Nicolas Maduro-ya tabe olmamağa çağırıb, amma müdafiə naziri əvəzində müxalifət liderini qınayıb.

Braziliya, Kolumbiya və Peru daxil yeddi Cənubi Amerika ölkəsi, Kanada Juan Guaidó-nu dəstəkləyib, Avropa İttifaqı yeni seçkilərə çağırıb.

Meksika, Kuba və Bolviya Nicolas Maduro-ya dəstək verdiyini bildirib.

Fotonun müəllifi AFP

Hadisələr çərşənbə günü prezident Nicolas Maduro-ya qarşı baş verən kütləvi etiraz aksiyalarında dramatik hal alıb.

Yüksək inflyasiya, elektrik enerjisinin kəsilməsi və sosial böhran milyonlarla adam etiraz üçün küçələrə axışıb.

Nicolas Maduro ötən may seçkisindən sonra bu ayın əvvəli ikinci müddətə prezidentliyi üçün and içmişdi.

Çərşənbə günü nə baş verib?

Cənab Maduro Washington-u Venesuelan-ı uzaqdan idarə etməyə çalışmaqda və müxalifəti "qiyam qaldrımaqda" itiham edib.

Parlamentin sədri cənab Guaidó paytaxt Karakasdə kütlə qarşısındakı çıxışında bildirib ki, etirazlar "Venesuela azad olana qədər" davam edəcək.

O, sağ əlini qaldıraraq deyib: "Mən rəsmi olaraq müvəqqəti prezidentliyi qəbul edirəm". Juan Guaidó keçid hökumətinə rəhbərlik etməyə və azad seçkilər keçirməyə söz verib.

Fotonun müəllifi EPA
Image caption QHT-lər deyir ki, etirazlar zamanı 14 adam ölüb.

O, ordu rəhbərliyini hökumətə itaətsizliyə çağırıb, amma Venesuelanın müdafiə naziri onu ABŞ-la anlaşmada ittiham edib.

BBC-nin Latın Amerikası üzrə redaktoru Candace Piette deyir ki, Nicolas Maduro ordu rəhbərliyini öz tərəfində saxlamaq üçün qızğın iş aparır, zabitlərə yüksək dövlət postları vəd edir, hərbi ilə əlaqəli firmalara gəlirli neft xidmətləri müqavilələri təklif edir.

Venesuelanın QHT-ləri etirazlarda 14 adamın öldürüldüyünü bildiriblər.

Çərşənbə günü Maduro tərəfdarlarının da aksiyası keçirilib, ancaq onların sayının az olduğu deyilir.

Juan Guaidó kimdir?

Fotonun müəllifi Getty Images
Image caption Juan Guaidó

Juan Guaidó Venesuela-da müxalifətin nəzarətinə keçmiş parlamentə nəzarət edənə qədər tanınmış şəxs olmayıb.

35 yaşlı Guaidó 2007-c ildə o vaxtın prezidenti Hugo Chavez-ə qarşı keçirilən etirazlar zamanı siyasətə gəldiyini söyləyir.

Venesuelanın Vargas əyalətində doğulmuş Guaido'nun ailəsi 1999-cu ildə bölgədə 30 mindən çox adamın öldüyü torpaq sürüşməsi hadisəsindən sağ çıxsa da, evsiz-eşiksiz qalmışdı.

Juan Guaido ABŞ-da George Washington Universitetində təhsil alıb.

Müxalifət 2017-ci ildə parlament seçkilərində qələbə qazanıb. Amma 2017-ci ildə Nicolas Maduro qanunvericilik səlahiyyətləri olan ayrı bir qurum yaratdı.

Fotonun müəllifi EPA

Adamlar niyə etiraza çıxıblar?

Nicolas Maduro 2013-cü ildə insan haqlarının pozulmasına və iqtisadiyyatı öz əlində saxladığına görə tənqid olunmuş Hugo Chavez-in ölümündən sonra hakimiyyətə gəlib.

Ölkədə tibbi dərmanlar, ərzaq qıtlığına görə 3 milyon adam Venesuela-nı tərk edib.

Parlamentin açıqlamasına görə, illik inflyasiya 1,300,000 faizə çatıb.

Çərşənbə günü başlayan etirazlardan iki gün əvvəl Milli Qvardiyanın 27 əsgəri hökumətə qarşı üsyan qaldırması ittihamı ilə həbs olunmuşdu.

Amma hələ də Maduro hökumətinə loyal münasibət bəsləyənlər var. Onlar hesab edirlər ki, Venesuela-nın problemləri ABŞ-dan, onun dəstəklədiyi sağçı müxalifətdən qaynaqlanır.

Bu barədə daha geniş