ABŞ-dan Venesuelaya xəbərdarlıq: “Hər hansı təhlükə olsa, cavab verəcəyik”

Venesuela, Maduro Fotonun müəllifi EPA
Image caption Nikolas Maduro bazar günü ordu təlimində iştirak edib

ABŞ Venesuelaya Amerika diplomatlarına və müxalifət lideri Juan Guaidó-ya qarşı hər hansı təhlükə törədildiyi halda "əhəmiyyətli cavab" verəcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, belə bir "hədə-qorxu" "qanunun aliliyinə ağır zərbə" olardı.

Venesuelalı müxalifət lideri Juan Guaidó-nu 20-dən çox ölkə müvəqqəti prezident kimi tanıyıb.

O, çərşənbə və şənbə günləri anti-hökumət etirazlarına çağırıb.

Şənbə günü İspaniya, Almaniya, Fransa, Böyük Britaniya daxil bir neçə Avropa ölkəsi Venesuelanı yaxın günlərdə seçki elan etməsə, müxalifət lideri Juan Guaidó-nu prezident kimi tanıyacağını bildirib.

Ancaq ölkə başçısı Maduro bunu rədd edib. O deyib ki, Venesuela Avropaya bağlı deyil və "bu, haqsızlıqdır".

Cənab Maduro müxalifətlə "hərtərəfli dioloqa hazır olduğunu" bildirib.

O, bazar günü ordunun hərbi təlimində iştirak edib.

Fotonun müəllifi Reuters
Image caption Polkovnik Silva hərçiləri Juan Guaidó-nu prezident kimi tanımağa çağırıb.

Venesuelanın ABŞ-dakı hərbi nümayəndəsi Nicolás Maduro-nun hökümətini tərk edib.

Polkovnik José Luis Silva bildirib ki, müxalifət lideri Juan Guaidó-nu ölkə prezidenti kimi tanıyır.

Juan Guaidó çərşənbə günü özünü "fəaliyətdə olan prezident" elan edib.

Onu prezident kimi, ABŞ da daxil, bir neçə ölkə tanıyıb.

Buna cavab olaraq Nicolás Maduro rəqibini dövlət çevrilişi cəhdində ittiham edib və ABŞ ilə münasibətləri kəsib.

Bu ayın əvvəlində Nicolás Maduro ikinci müddətə prezident seçilərək, seçkidən sonra and içib. Bu seçkilər müxalifətin boykotu və səsvermənin nəticələrinin saxtalaşdırılması barədə ittihamlar fonunda keçib və Maduro-nun əleyhinə etirazlarla nəticələnib.

Polkovnik Silva-nın addımı niyə vacibdir?

Venesuelada Maduro əleyhinə on minlərlə adam etiraz edib, lakin ordu onu indiyədək dəstəkləyir.

Fotonun müəllifi Reuters
Image caption Guaidó-nun tərəfdarları onun həbs olunacağından ehtiyat edirlər.

Təhlükəsizlik qüvvələri bu böhranda həlledici oyunçu sayılır və Guaidó onlardan "Venesuela xalqının tərəfinə keçməyi" xahiş edib.

Venesuelanın Washington-dakı səfirliyində çəkilmiş filmdə polkovnik Silva Venesuelada azad seçkilərin keçirilməsinə və hərbçiləri Juan Guaidó-nu qanuni prezident kimi tanımağa çağırıb.

O, bundan sonra Reuters agentliyinə bildirib ki, Venesuelanın ABŞ-dakı konsulluğunun iki əməkdaşı da Guaidó-nu ölkənin lideri kimi tanıyıblar.

Guaidó polkovnik Silvaya təşəkkürünü bildirib və digər hərbçiləri də ona qoşulmağa çağırıb.

Venesuela-nın müdafiə nazirliyi isə polkovnik Silvanı xəyanətdə ittiham edərək "xain" adlandırıb.

Maduro-nu kim dəstəkləyir?

Rusiya, Çin , Meksika və Türkiyə açıq şəkildə Maduro-nu dəstəkləyiblər.

Şənbə günü BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Rusiya Washington-u Venesuelada çevriliş hazılamaqda ittiham edib.

Lakin 10-dan çox Latın Amerika ölkəsi və eləcə də Kanada Guaidó-nu prezident qismində dəstəkləyib.

Bir neçə Avropa ölkəsi, o cümlədən, İspaniya, Almaniya, Fransa və Britaniya da Guiado-nu, 8 gün ərzində prezident seçkiləri keçirilməsə, Venesuela prezidenti kimi tanıdıqlarını bildirib. Yunanıstan höküməti isə Maduronu dəstəkləyib.

Venesuela-nın Xarici İşlər naziri Jorge Arreaza BMT TŞ iclasında edilmiş seçki çağırışlarını rədd edərək bildirib: "Heç kim seçkilərin keçirilib-keçirilməməsinə dair bizə göstəriş verə bilməz".

Maduro niyə bu qədər qeyri-populyardır?

Venesuela iqtisadi böhran vəziyyətindədir - hiperinflyasiya və əsas məhsulların çatışmazlığına görə milyonlarlarla insan ölkəni tərk etməyə məcbur olub.

İnsan hüquqları sahəsində vəziyyətə və iqtisadi böhrana görə Maduro ölkə daxilində və xaricdə tənqidlə üzləşir.

O, ötən il ikinci müddətə prezident seçilib - lakin həmin seçkilər müxalifət namizədlərindən çoxlarının seçkiyə ya buraxılmaması və ya həbs ediməsi şəraitində keçib.

Yanvar ayında Venesuela Ali Məhkəməsinin hakimi Christian Zerpa ABŞ-a qaçaraq jurnalistlərə bildirib ki, "seçkilər azad və rəqabətli olamyıb".

Bu barədə daha geniş