Venesuela böhranı: Maduronu nə gözləyir?

A Venezuelan in Honduras rips a sign depicting Nicolas Maduro Fotonun müəllifi Reuters

Venesuela müxalifətinin lideri Juan Guaido bildirib ki, prezident Nicolas Maduro hakimiyyətdən əl çəkərsə, barəsində amnistiya qərarı verə bilər.

Çərşənbə günü özünü prezident elan edən cənab Guaido böhranı sonlandırmaq üçün silahlı qüvvələr də daxil olmaqla bütün sektorlara səsləndiyini bəyan edib. .

Seçkilərin nəticəsi müxalifət tərəfindən boykot və saxtakarlıq iddiaları əsasında ləğv edilsə də, cənab Maduro ikinci müddətə prezidentliyə başlayıb.

Beynəlxalq ictimaiyyət onun hökumətini tanıyanlar və tanımayanlar üzrə iki hissəyə ayrılıb.

Amma Venesuela silahlı qüvvələri hələ ki, cənab Maduro-nu dəstəkləyir.

Kim kimə arxa çıxır?

Özünü qanuni prezident elan etdikdən sonra ABŞ, 10-dan çox Latın Amerikası ölkəsi, Kanada və Birləşmiş Krallıq (BK) Venesuela Milli Konqresinin lideri cənab Guaido-nu dəstəkləməyə başlayıb.

Lakin Rusiya cənab Guaido-ya qarşı çıxaraq bildirib ki, bu, beynəlxalq qanuna ziddir və "qan tökülməsinə aparan birbaşa yoldur". Çin, Meksika və Türkiyə də cənab Maduro-ya arxa çıxıb.

ABŞ Dövlət Katibi Mike Pompeo isə BMT Təhlükəsizlik Şurasının toplanması təklifini irəli sürüb.

Amerika Ştatları Təşkilatlarının (OAS) görüşündə o, cənab Maduro-nun hökumətini "mənən müflis" və "qeyri-demokratik əsaslı" kimi təsvir edib.

BMT-nin Milli Təhlükəsizlik üzrə müşaviri John Bolton deyib ki, Trump administrasiyası hazırda yeri açıqlanmayan cənab Guaido-ya maddi vəsait ötürmək planı üzərində işləyir.

İğtişaşlarla bağlı suala prezident Trump "bütün variantlar göz önündədir" deyə cavab verib.

Guaido nə deyib?

Cənab Guaido və müttəfiqləri cənab Maduro-nu saxta seçkilər vasitəsilə hakimiyyətdə qalmaqda ittiham edirlər.

"Bizim əsas vəzifəmiz azad seçkiləri təmin etməkdir və ən tez bir zamanda bunu istəyirik. Amma diktator rejimində yaşayırıq," cənab Guadio ABŞ-ın ispan dilli televiziya kanalı Univision-a deyib.

Bundan əvvəl isə o, Financial Times qəzetinə söyləmişdi: "Siyasi forma nə olursa olsun, heç kim bu cür yaşamaq istəmir: insanlar beş və ya altı ay evlərinə su gəlmədən, dərman və yemək almağa pulu çatmadan yaşayırlar".

Cənab Maduro barəsində mümkün amnistiyanı müzakirə edən cənab Guaido deyib ki, oxşar addım Çilinin demokratiyaya keçidində böyük rol oynayıb.

"Bu əfvlər yalnız konstitusional qaydanı bərpa edənlər üçün hazırdır," o söyləyib.

Fotonun müəllifi EPA
Image caption Cənab Guadio (ortada) Venesuelanın hərbçiləri və sivil liderlərinə əfv təklifi edir.

Seçkinin saxtalaşdırıldığını əsas tutan cənab Guadio daha əvvəl bildirib ki, konstitusiya ona hakimiyyəti müvəqqəti əlində cəmləmək imkanı verir.

Qalmaqal necə böyüyüb?

Çərşənbə günü cənab Maduro-ya qarşı böyük etiraz mitinqləri baş tutub. Eləcə də onu dəstəkləyən aksiyalar da keçirilib.

Karakasda baş tutan bir etirazda cənab Guadio özünü ölkənin müvəqqəti prezidenti elan edib.

Cəmi bir neçə dəqiqə ərzində cənab Trump cənab Guaido-nu Venesuelanın qanuni rəhbəri kimi tanıyıb. Bir sıra Cənubi Amerika dövlətləri, eyni zamanda Kanada və BK da ABŞ-ın izi ilə gedib.

Cənab Maduro ABŞ-ın şərhlərini "böyük təxribat" və "dağılmış diplomatik münasibətlər" kimi qiymətləndirib.

Cümə axşamı günü o, ABŞ-da yerləşən Venesuela səfirliyi və konsulluğunun bağlanması əmrini verib. Lakin cənab Guaido venesuelalı diplomatların ABŞ-da qalması ilə bağlı çağırış edib.

ABŞ Dövlət Departamenti əsas sayılmayan işçilərinin Venesueladan çıxması əmrini verib.

Karakasda yerləşən qeyri-hökumət təşkilatlarında biri Sosial Konflikt Müşahidəçisi (Observatory of Social Conflict) deyir ki, bu həftə etirazlarda ən az 26 nəfər öldürülüb.

İnsanlar niyə etiraz edir?

Cənab Maduro ölkəni 2013-cü ildən idarə edir və bu ayın əvvəli ikinci dəfə and içib. Onun əsas rəqiblərinə prezidentliyə namizədliklərini irəli sürmək qadağan olunmuşdu.

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi sayılan Venesuelanın iqtisadiyyatı artıq bir neçə ildir ki, iflas vəziyyətindədir.

Sənaye pis idarədən əziyyət çəkir və neft gəlirləri əhəmiyyətli dərəcədə azalıb.

Korrupsiya ilə bağlı ittihamlar da aktualdır. Noyabrda ABŞ məhkəməsi Venesuelanın keçmiş maliyyə rəhbəri Alejandro Andrade-yə pul yuyulması əsasında 10 illik həbs cəzası verib.

Prezident insan haqlarına görə daxili müqavimət və davamlı beynəlxalq tənqidlərlə üzləşir.

Yüksək inflyasiya, qida və dərman qıtlığı xalq üçün böyük çətinliklər yaradaraq, milyonlarla venesuelalının ölkəsindən qaçmasına səbəb olub.

Çin və Rusiya da daxil olmaqla ölkənin strateji tərəfdaşları çətin vəziyyətdə olan iqtisadiyyata ticarət əməliyyatları və kreditlər vasitəsilə yatırımlar ediblər.

Moskva Venesuelanı regionda ən yaxın müttəfiqlərindən biri kimi görür.

Bu barədə daha geniş