Avropadan Maduro-ya yeni seçkilər ultimatumu

Maduro və Guaidó

İspaniya, Almaniya və Fransa bildirib ki, Venesuela prezidenti Nicolás Maduro 8 gün ərzində yeni seçkilər çağırmasa, özünü müvəqqəti prezident elan edən, parlament spikeri Juan Guaidó ölkənin qanuni prezidenti tanınacaq.

İspaniyanın baş naziri Pedro Sanchez öz Twitter hesabında yazıb ki, "İspaniya Latın Amerikası üçün məsuliyyət daşıyır... Biz hökumətləri dəyişmək və ya əvəzləmək istəmirik, biz Venesuela üçün demokratiya və azad seçkilər istəyirik".

Gözlənilir ki, ABŞ hökuməti BMT Təhlükəsizlik Şurasından Venesuela parlamentini ölkənin "demokratik yolla seçilmiş yeganə" hakimiyyəti tanımağı tələb edəcək.

Ötən ilki mübahisəli seçkilərdən sonra Nicolas Maduro-nun ikinci müddətə prezidentliyə başlaması kütləvi etirazlara təkan verib.

Yanvarın 23-də müxalifətin lideri Juan Guaidó bildirib ki, konstitusiya ona hakimiyyəti müvəqqəti əlində cəmləmək imkanı verir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Vensuela: Bazarlarda çürümüş mal əti satılır. Zibilliklər - acların ərzaq yığdığı yerdir

Cənab Maduro ölkəni 2013-cü ildən idarə edir və bu ayın əvvəli ikinci dəfə and içib. Onun əsas rəqiblərinə prezidentliyə namizədliklərini irəli sürmək qadağan olunmuşdu.

ABŞ-da daxil, bir neçə ölkə parlamentin spikeri Juan Guaidó-ya Venesuelanın qanuni rəhbəri kimi dəstəyini elan edib. Lakin Rusiya Çin, Meksika və Türkiyə cənab Maduro-ya arxa çıxır.

Venesuela hərbiyyəsi də, faktiki olaraq, Nicolas Maduro-ya sadiq qalaraq müxalifətin dəstək çağırışına reaksiya verməyib.

Dünyanın ən iri neft istehsalçılarından olan Venesuela iqtisadiyyatı artıq bir neçə ildir ki, iflas vəziyyətindədir.

Bu barədə daha geniş