Kürd etirazçılar İraqda Türkiyənin hərbi düşərgəsinə hücum ediblər

İraqın Dohuk şəhəri yaxınlığında mülkilər Türkiyə hərbi düşərgəsinə hücum ediblər. Fotonun müəllifi Reuters
Image caption İraqın Dohuk şəhəri yaxınlığında mülkilər Türkiyə hərbi düşərgəsinə hücum ediblər.

İraqın kürd regionunda qəzəbli kütlənin Türkiyə hərbi bazasına basqın etməsi nəticəsində azı bir adam ölüb və 10 nəfər yaralanıb.

Türkiyənin əraziyə hava zərbələri endirməsinə etiraz edən sakinlər nəqliyyat vasitələrinə və tikililərə od vurublar

Deyilənə görə, həmin hava reydləri zamanı bir neçə insan həlak olub.

Türkiyə İraqla həmsərhəd ərazinin İraqa aid olan hissəsində bazalar qurmuş PKK silahlarına qarşı vaxtaşırı olaraq reydlər keçirir.

Hadisə ilə bağlı Türkiyə kürd silahlılarını mülki paltar geyərək ərazidə münaqişəni qızışdırmaqda ittiham edib.

Yerli rəsmi Nəcib Səid Türkiyə əsgərlərinin etirazçılara atəş açıb getdiklərini və həmin atəşin bir neçə partlayışa səbəb olduğunu bildirib.

O, bölgənin əsas şəhəri olan Dohuk yaxınlığında baş vermiş ölüm hadisəsinin nədən baş verdiyinin hələlik aydın olmadığını qeyd edib.

Türkiyə Müdafiə Nazirliyi bildirirb ki, hücum "PKK terror təşkilatının təxribatı" olub.

Şimali İraqda, Erbildə kürd höküməti şənbə günü baş vermiş hadisəyə görə "təxribatçıları" Türkiyə düşərgəsinə hücum etməkdə ittiham edib.

Kürdüstan Fəhlə Partiyası kimi də tanınan PKK təşkilatının İraqın şimalında və Türkiyədə bazaları var və PKK onilliklər ərzində Türkiyə hökümətinə qarşı döyüşlər aparır.

Bu barədə daha geniş