Venesuelada baş verənləri izah edən 7 şəkil

Images showing how much basic foodstuffs cost in Venezuela Fotonun müəllifi Getty Images
Image caption Venesuelada inflyasiya sürətlə artır

Venesuelada hiperinflyasiya, enerji kəsilmələri, ərzaq və dərman qıtlığına görə artan narazılıq siyasi böhrana səbəb olub.

Müxalifət lideri Juan Guaidó socialist prezident Nicolás Maduro əleyhinə genişmiqyaslı etirazların ardınca özünü keçid dövrünün prezidenti elan edib.

Son həftə ərzində nümayişlərdə 26 nəfərədək adam öldürülüb və BMT vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib.

Üç milyondan çox venesuelalı son illər ərzində aclıq, tibbi xidmətin aşağı səviyyədə olması, artan işsizlik və zorakılıq cinayətlərinə görə ölkəni tərk edib.

Ölkədəki böhranı 7 qrafika vasitəsilə izah etməyə çalışırıq.

venesuela

1. Inflyasiya

Venesuelalıların hər gün üzləşdikləri ən böyük problem hiperinflyasiyadır.

Müxalifətin nəzarətində olan parlamentin tədqiqatına əsasən, noyabr 2017 - noyabr 2018 dövründə Venesuelada inflyasiya 1300000% təşkil edib.

Keçən ilin sonunda Venesuelada qiymətlər orta hesabla hər 19 gündən bir ikiqat artıb.

Bir ABŞ dollarının (US$1) alınmasına tələb olunan bolivarların da sayı sürətlə artıb.

venesuela

2. ÜDM düşüb

Dünyada ən zəngin neft yataqlarına malik Venesuela bir vaxtlar Latın Amerikasının ən güclü iqtisadiyyata sahib ölkəsi olub.

Lakin 2013-cü ildə vəfat etmiş keçmiş prezident Hugo Chávez və hazırki prezident Maduro dövründə korrupsiya, pis idarəçilik və böyük borclar ölkə iqtisadiyyatını çökdürüb.

Prezident Chávez 2000-ci illərin yüksək neft qiymətləri fürsətindən istifadə edərək böyük borclara girib və hökümətin xərcləri sürətlə artıb.

Prezident Maduro-nun prezidentlik dövrünün ilk müddətində Venesuela iqtisadiyyatı kəskin düşüb.

Bunun səbəbini çoxları Maduro-da və onun sosialist hökümətində görür.

Prezident Maduro isə ABŞ və Avropa kimi "imperialistləri" Venesuelaya qarşı "iqtisadi müharibə" və hökümətinin bir çox üzvlərinə qarşı sanksiyalar tətbiq etməkdə təqsirləndirir.

2016-cı ildə neft qiymətlərinin düşməsi neftdən asılı olan ölkədəki böhranı daha da dərinləşdirib.

venesuela

3. Ərzaq çatışmazlığı

Venesuelalılar aclıq çəkir.

2017-ci ildə Venesuelada keçirilmiş sorğunun nəticələrinə əsasən, hər 10 nəfərdən səkkizi evlərində qida çatışmazlığına görə doyunca yemir.

İnsanların çoxu (64.3%) 2017-ci ildə arıqladıqlarını bildiriblər - bu, orta hesabla, hər adambaşına 11.4kg təşkil edib, yoxsul təbəqə daha çox çəki itirib.

venesuela

Araşdırmanın digər mühüm faktları:

  • Ənənəvi yeməklərin miqdarı və keyfiyyəti azalıb
  • Hər 10 nəfərdən doqquzunun gündəlik qidalanmağa pulu çatmır
  • 8,2 milyon adam gündə iki dəfə və ondan da az yemək yeyir
  • İnsanların pəhrizində dəmir, vitamin və digər qidalı maddələr çatışmır.
Venezuelans eating food provided by church volunteers Fotonun müəllifi Getty Images
Image caption Bəzi venesuelalılar yemək yemək üçün xeyriyyə cəmiyyətlərinə müraciət edirlər

Bunun nəticəsi kimi, venesuelalılar "yoxsulların yeməyi" sayılan ərzaq növlərindən daha çox istifadə etməyə başlayıblar.

Belə ki, maniok kartofu əvəzləyə bilən daha ucuz tərəvəzdir.

2015-ci ildə McDonald's restoranlar şəbəkəsi 2015-ci ildə Venesuela menyusunda qızardılmış kartofu qızardılmış maniokla əvəzləyib.

4. ...və dərman çatışmazlığı

Latın Amerikasının qonşu ölkələrindən fərqli olaraq Venesuelada malyariyaya tutulma hallarının sayı son illərdə kəskin artıb - qonşu ölkələrdə isə belə halların sayı azalıb.

1961-ci ildə bu xəstəliyin kökünü kəsməyi bacaran Venesuelada hazırda malyariya 24 ştatdan azı 10-da yayılıb.

Kanadının Icaso adlı QHT-si bildirib ki, hökümət hesabatından sızmış məlumata əsasən, malyariyaya tutulma halları arasında kökünün kəsilməsi çətin sayılan "plasmodium vivax" adlı malyariya halı da qeydə alınıb.

Venesuela Sağlamlıq Müşahidəsi təşkilatı ölkədə malyariya əleyhinə dərmanların çatışmazlığından xəbər verib.

Keçmiş səhiyyə naziri Jose Felix Oletta bildirib ki, 2017-ci illə müqayisədə 2018-ci il üçün xəstəlik halları sayının 50% artacağı gözlənir.

"Belə getsə, bir ilə xəstəlik hallarının sayı bir milyonu keçəcək, - o, Icaso təşkilatına bildirib. - Venesuela bu cür vəziyyət 20-ci əsrin əvvəlində olub. Malyariya Venesuelada nəzarətdən çıxıb".

venesuela

5. Neft hasilatı azalır

Venesuela dünyada xam neftin ən böyük təchizatçısı sayılır və neft emalı məhsulları ölkə ixracatının böyük hissəsini təşkil edir.

Hasilat 2002 - 2008 illərdə dəyişməz qalıb. 2008-ci ildə neft qiymətləri kəskin qalxdığından ölkənin bundan əlavə qazancı $60 milyard təşkil edib.

Lakin 2014-cü ilin sonunda, Hugo Chávez-in vəfatından bir il sonra neft qiymətlərinin düşməsi ölkənin neftdən asılı iqtisadiyyatını ağır vəziyyətə saldı.

Bir ildən sonra ölkənin ÜDM-i 6 faiz düşdü, inflyasiya isə artdı.

O vaxtdan bəri neft hasilatı azalır.

Xəritə

6. Bir çox venesuelalı ölkəni tərk edir

BMT-yə görə, 2014-cü ildən bəri üç milyon venesuelalı ölkəni tərk edib.

Onların əksəriyyəti qonşu Kolumbiyaya yollanır, oradan isə bəziləri Ekvador, Peru və Çiliyə yollanır. Digərləri Braziliyaya gedir.

Vitse-prezident Delcy Rodríguez BMT rəqəmlərini ölkəyə hərbi müdaxilə etmək üçün "düşmən ölkələr" tərəfindən şişirdildiyini bildirirb.

Xəritə

7. Ölkələr kimi dəstəkləmək məsələsinə görə parçalanıb

ABŞ, 10-dan çox Latın Amerika ölkəsi və Kanada artıq Venesuela parlamentinin seçilmiş lideri Guaidó-ya dəstək verərək, iki həftə əvvəl ikinci prezidentlik müddəti üçün and içmiş və vəzifəsinin icrasına başlamış prezident Maduronun mövqeyini zəiflədiblər.

Şənbə günü İspaniya, Almaniya, Fransa və Britaniya bildirib ki, Venesuelada 8 gün ərzində yeni seçki keçirilməsə, onlar Guaidó-nu dəstəkləyəcəklər.

Lakin Rusiya Juan Guaidó-ya xarici dəstəyi pisləyərək bildirib ki, bu, " qan axıdılmasına birbaşa aparan yoldur".

Çin, Meksika və Türkiyə də Nicolás Maduro-nu dəstəkləyiblər.

Xəritə Fotonun müəllifi BBC Sport

Materialı hazırlayanlar: Dominic Bailey, David Brown, Daniele Palumbo, Lucy Rodgers, Olesya Volkova, Sean Willmott.

Bu barədə daha geniş