ABŞ-da kəskin şaxtalar: Göl buz bağlayıb, uçuşlar təxirə salınır

Fotonun müəllifi Getty Images
Image caption Chicago: 1966-cı ildən bəri ən soyuq havanı yaşayır

ABŞ-ın orta Qərbində kəskin soyuqlar davam edir.

Ekstremal hava şəraiti 250 milyon amerikalının yaşadığı bölgələrdə hökm sürür.

Mənfi 17 və daha kəskin şaxtalı havanın təsirini hiss edənlərin sayı isə 90 milyon ətrafındadır.

ABŞ-da şaxtalar Fotonun müəllifi Reuters

Bir çox bölgələrdə məktəb, dövlət idarələri, müəssisə və muzeylər bağlı qalır.

İctimai nəqliyyatın aramsız işi pozulub.

Son məlumatlara görə şaxtalar nəticəsində ən azı 8 nəfər həlak olub.

ABŞ-da şaxtalar Fotonun müəllifi AFP

Chicago şəhərinin meri Rahm Emmanuel zərurət yaranmasa bayıra çıxmamağa çağırıb.

Bir çox yerlərdə bayıra çıxan sakinlərə soyuq havada dərindən nəfəs almamaq barədə rəsmi tövsiyələr verilir.

ABŞ-da şaxtalar Fotonun müəllifi Reuters

Orta Qərbdə kəskin soyuqlara görə ən iri aviaşirkətlər tərəfindən 1,8 min uçuş ləğv edilib.

Çərşənbə axşamı günü United Continental şirkəti Chicago aeroportundan reyslərin təqribən 80 faizini təxirə salıb.

ABŞ-da şaxtalar Fotonun müəllifi Getty Images

Chicago polisi qarətçilik hallarının artdığını qeyd edir.

Cinayətkarlar insanların isti paltarlarını, ilk növbədə bahalı gödəkcələrini əlindən alır.

ABŞ-da şaxtalar Fotonun müəllifi AFP

ABŞ-ın insan resursları xidməti bəyan edib ki, hava şəraitinə görə federal idarələrin işçiləri növbədənkənar tətilə çıxa və ya işə bir neçə saatlıq gecikmə ilə gələ bilərlər.

ABŞ-da şaxtalar Fotonun müəllifi Reuters

Şaxta, kəskin külək və qar çovğunu ABŞ-ın şərqindən də yan ötüşməyib.

New York şəhərinin yollarında görmə məsafəsi azalıb və əhalini şəxsi avtomobillərin istifadəsindən yayınmağa səsləyirlər.

ABŞ-da şaxtalar Fotonun müəllifi Getty Images

Hava şəraitinə görə yol-nəqliyyat qəzalarının sayı artıb, Pensilvaniya ştatı və New York-un bəzi yollarında tixaclar əmələ gəlib.

Bir çox avtomobil sahibi, maşınlarını işə sala bilmir.

ABŞ-da şaxtalar Fotonun müəllifi EPA

Sinoptiklərə əsasən, havanın kəskin dəyişməsi güclü arktik siklonla bağlıdır.

Alimlər kəskin şaxtaları qlobal iqlim dəyişməsi ilə əlaqələndirirlər.

ABŞ-da şaxtalar Fotonun müəllifi AFP

***

Bu barədə daha geniş